Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4199/2022 28.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Nuranə Namiq qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 106,65 manat (o cümlədən, faizlər üzrə 6,65 manat, maliyyə sanksiyası üzrə 100 manat), İşsizlikdən Sığorta Fonduna olan 13,68 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 149,96 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 2054,98 manat, İşsizlikdən Sığorta Fonduna olan 67,99 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 106,65 manat məbləğində (o cümlədən, faizlər üzrə 6,65 manat, maliyyə sanksiyası üzrə 100 manat), İşsizlikdən Sığorta Fonduna 13,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 149,96 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2054,98 manat, İşsizlikdən sığorta fonduna 67,99 manat olmaqla, ümumilikdə 2393,26 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********233600, xx.xx.2021-ci il tarixli **********045000, xx.xx.2021-ci il tarixli **********039100, xx.xx.2021-ci il tarixli **********042800, xx.xx.2020-ci il tarixli **********065600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs həm fərdi sahibkar kimi özünün, həm də hüquqi şəxsin dövlət büdcəsinə, İşsizlikdən Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borclarının tam ödənildiyini bildirərək ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə elektron iş materiallarına əlavə edilmiş Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 99,82 manat təşkil edir, İşsizlikdən Sığorta Fonduna isə borcu yoxdur. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə elektron iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, dövlət büdcəsinə olan borcu 106,64 manat, İşsizlikdən Sığorta Fonduna olan 13,69 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 149,96 manat təşkil edir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərin surətindən görünür ki: - 14891 nömrəli mədaxil qəbzinə əsasən Maraqlı şəxs (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində (sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasına görə) ödəniş edilmişdir. - 937314564 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 150 manat məbləğində (sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasına görə) ödəniş edilmişdir. - 937298946 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 107 manat məbləğində (vergi borcuna görə) ödəniş edilmişdir. - 937313201 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 14 manat məbləğində (işsizlikdən sığorta haqqının vaxtinda ödənilməməsinə görə faizlərin hesablanmasına görə) ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 99,82 manat borcu olmuş, İşsizlikdən Sığorta Fonduna isə borcu olmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 106,65 manat, İşsizlikdən Sığorta Fonduna 13,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 149,96 manat borcu olmuşdur. Fərdi sahibkar Maraqlı şəxs tərəfindən DSMF-yə olan borca görə 100 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə olan borca görə 107 manat, İşsizlikdən Sığorta Fonduna olan borca görə 14 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borca görə 150 manat məbləğində ödənilmiş edilmiş və fərdi sahibkar Maraqlı şəxs və hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə, DSMF-yə və İSF-na olan borcu tam ödənilmişdir. Belə olan halda, fərdi sahibkar və hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur. Beləliklə, ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4199/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4199/2022
28.07.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver