Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-420/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aktın və qərarın ləğv edilməsi tələbi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh-yə qarşı iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə verərək «Halal» məhsullarının istehsalı üzrə inspeksiya nəzarətinin keçirilməsi barədə Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli aktın və İddiaçı MMC-nin istehsal etdiyi məhsullara verilmiş xx.xx.2017-ci il tarixli, AZ031 xx.xx.07848.17, AZ031 xx.xx.07849.17, AZ031 xx.xx.078450.17, AZ031 xx.xx.07851.17 saylı «Uyğunluq sertifikatları»nın qüvvədə olma müddətlərinin dayandırılması barədə Cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarın və İddiaçı MMC tərəfindən istehsal olunan məhsullara verilmiş xx.xx.2017-ci il tarixli AZ031 xx.xx.07848.17, AZ031 xx.xx.07849.17, AZ031 xx.xx.078450.17, AZ031 xx.xx.07851.17 saylı «Uyğunluq sertifikatları»nın ləğv edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında xx xxx 2014-cü il tarixli 965-İVQ saylı Azərbaycan Respublikası Qanunun 1.05-ci maddəsinə əsasən akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının 2014cü il 30 may tarixli 965-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il 229 saylı Fərmanının 3.1-2-ci bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsində “qurum” dedikdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 1.1.3-cü maddəsinə əsasən qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslər yoxlayıcı orqandır. Cavabdeh–nin sahibkarlıq sübyektlərində yoxlama aparmaq səlahiyyəti ona görə ki mövcud deyildir ki, o nə dövlət orqanı nə də publik hüquqi şəxsdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 saylı Qərarınında inzibati orqanlar müəyyən edilmiş, Həmin Qərarın V bəndinə əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqandır. Cavabdeh-yə inzibati akt qəbul etmək səlahiyyətinə malik olması barədə heç bir sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq, cavabdeh “xxxx” MMC hazırda Respublikada Qida Məhsullarına Halallıq Sertifikatı verən yeganə təşkilat olduğu mövqeyindən sui-istifadə edərək, özbaşınalıq edərək, bütün qanunları pozaraq, buna icazəsi və səlahiyyəti olmadan, şəxsi maddi maraqları əsasında aldatma, şantaj etmə yolu ilə, İddiaçı MMC-ni özündən asılı vəziyyətə salmaqla, ona təsir və təzyiq etməklə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-də öz maraqları dairəsində inspeksiya işlərinin aparılmasına və gələcəkdə təzyiq, təsir, şantaj etmə, hədə qorxu gəlmə və digər məqsədlərdə istifadə olunması üçün öz maraqlarına uyğun “Halal” məhsullarının istehsalı üzrə inspeksiya nəzarətinin keçirilməsi barədə xx xxxxx 2019-cu il tarixli Aktın tərtib edilməsinə nail olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4.-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Lakin aparilmiş yoxlama Cavabdeh tərəfindən Dövlət Reyestrinə daxil edilməmiş və yoxlamanın keçiriləcəyinə dair qeyd olunan Dövlət Reyestrindən çıxarılan hər hansı bir sənədi əvvəlcədən İddiaçı MMC-yə təqdim etməmişdir. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarliq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Lakin yuxarıda göstərlənləri nəzərə almadan Cavabdeh guya yoxlamanın keçirilməsinə dair İddiaçı MMC özü təşəbbüs göstərməsini etdirən müraciət məktubuna imzalanmasına İddiaçı MMC məcbur etmiş və xx.xx.2017-ci il tarixli 011H saylı müqavilənin ƏLAVƏ № 1-də göstərilənin icrası məqsədi ilə 4100 manat Dövrü inspeksiya işlərinin icrası məqsədi ilə pul vəsaitinin ödənilməsini tələb etmiş və göstərilən məbləğin İddiaçı MMC tərəfindən ödənilməsinə nail olmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlıməsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh dövlət orqanı və publik hüquqi şəxs olmadığı üçün yoxlayıcı orqan olmadığı üçün xx xxxxx 2019-cü il tarixli inspeksiya işlərinin aparılması barədə akt heç bir hüquqi nəticə yaratmamalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununn 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt etibarsız inzibati aktdır. Cavabdeh” MMC inzibati orqan olmadığı üçün xx xxxxx 2019-cü il tarixli inspeksiya işlərinin aparılması barədə akt heç bir hüquqi nəticə yaratmamalıdır. Qanunun 64.4-cü maddəsinə əsasən etibarsiz inzibati aktın hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konsitutsiyasınını 59.1-ci maddəsinə əsasən Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Lakin Cavabdeh öz səlahiyyətinə aid olmayan inzibati orqanın səlahiyyətini mənimsəməklə azad sahibkarlıq hüqunun həyata keçirilməsinə mane olur. Məhkəmə iclasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 işin mahiyyəti üzrə baxılmasını tələb edərək izahatında qeyd etmişdir ki, məhkəmə iddia ərizəsini icraatına qəbul edərkən məhkəmə aidiyyat qaydalarına riayət etməmişdir. Belə ki, Cavabdeh fəaliyyətini nizamnamə ilə yanaşı, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təadiq edilmiş əsasnaməyə əsasən həyata keçirir. Həmin əsasnaməyə görə publik hüqiqi şəxs olan inzibati orqan Azərbaycan Akkreditasiya Mərkəzi “Halal” məhsulların sertifikatlaşdırılmasını ilə bağlı səlahiyyətlərini Cavabdeh-yə vermişdir. Göründüyü kimi MMC inzibati orqan olan Azərbaycan Akkreditasiya Mərkəzinin səlahiyyətlərinin bir hissəsini həyata keçirdiyinə görə hazırki işə kommersiya mübahisəsi ilə bağlı deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aktın və qərarın ləğv edilməsi tələbi kommersiya məhkəməsində baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli qərarı ilə təsdiq olunmuş «Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə»yə əsasən, uyğunluğun sertifikatlaşdırılması - lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun zəmanəti inamlı şəkildə sübut edən üçüncü tərəfin fəaliyyəti; məcburi sertifikatlaşdırma - xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqi; könüllü sertifikatlaşdırma - istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısının (istehlakçılar cəmiyyətlərinin və ittifaqlarının), həmçinin dövlət orqanlarının (sonralar - sifarişçi) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır. Qeyd edilən qərara əsasən, təhlükəsizliyi təmin olunmalı məhsulların geniş siyahisı təsdiq edilmişdir. Qeyd edilən siyahıda ət, ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, Kosmetika və parfümeriya məhsulları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının «09» iyun 2015-ci il tarixli «**********03» nömrəli Qərarı ilə təsdiq edilmiş AZƏRBAYCAN RESPUBLİKASİNİN DÖVLƏT STANDARTİ «HALAL QİDA» Ümumi rəhbəredici sənəd (AZS 731-1-2015 (OİC/SMİİC 1:2011) təsdiq edilmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel Sərəncamı ilə ləğv edilmişdir. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 7.2-ci maddəsinə əsasən, dövlət orqanı ləğv edildikdə və ya onun hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul etmək hüququna malik olmamaqla yenidən təşkil edildikdə, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qeyd edilən qərarı müvafiq qaydada ləğv edilmədiyindən qüvvədədir. Həmin dövlət standartının 1-ci bəndinə (Tətbiq dairəsi) əsasən bu standart, islam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib- boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir. Bu standartdakı bütün qaydalar ümumi olub, ölçüsü və mürəkkəbliyindən asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb edilir. Bura xüsusən qida zəncirinin bir və ya daha çox mərhələsində işləyən təşkilatlar da daxildir. Bu standartın bütün təşkilatlarda tətbiqi əsasları Halal qidanın sertifikatlaşdırılması üzrə standartda göstərilmişdir. Həmin Standartın 3.2-ci bəndinə (termin və təriflər) əsasən, Halal qida islam qaydaları çərçivəsində istehlakına icazə verilən və bu standartda verilən qaydalara uyğun olan qida və içkilər. İş materiallarından görünür ki, Cavabdeh «Halal məhsullarının sertifikatlaşdırılması üzrə orqan» kimi Azərbaycan Respublikası Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi tərəfindən akkreditə olunmuş və həmin MMC-nin Əsasnaməsi müvafiq qurum statusunda Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi tərəfindən təsdiq edilmişdir. Həmin Əsasnamənin giriş hissəsinə əsasən, bu Əsasnamə AZS Milli sertifikatlaşdırma sistemində Cavabdeh-nin «Halal məhsulların sertifikatlaşdırılması üzrə orqanı» Azərbaycan Respublikasında istehsal olunan Halal qida məhsulların və kosmetik vasitələrin sertifikatlaşdırılması üzrə orqanı»nın fəaliyyətinə şamil edilir. Əsasnamənin 1.1ci bəndinə əsasən, Cavabdeh-nin «Halal məhsulların sertifikatlaşdırılması üzrə orqanı» istehsal, idxal və ixrax olunan Halal qida məhsullarının və kosmetik vasitələrinin sertifikatlaşdırıması üzrə orqandır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmə qeyd edir ki, Cavabdeh və İddiaçı MMC arasındakı münasibətlər normativ-hüquqi aktlarla təsdiq olunmuş «HALAL QİDA» Dövlət standartının tətbiqi və ona uyğunluğun qiymətləndirilməsindən irəli gəlir və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, müqavilənin predmeti «İcraçı»nın (İddiaçı MMC) sifarişinə əsasən, AZS milli serifikatlaşdırma sistemində «Halal» məhsullarının sertifikatlaşdırılmasının həyata keçirilməsidir. Göründüyü kimi Azərbaycan Respublikasında məhsulların sertifikatlaşdırmasını həyata keçirən publik hüqiqi şəxs olan inzibati orqan Azərbaycan Akkreditasiya Mərkəzi “Halal” məhsulların sertifikatlaşdırılması ilə bağlı inzibati aktın qəbul etmək səlahiyyətlərini Cavabdeh-yə vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC Cavabdeh-yə qarşı «Halal» məhsullarının istehsalı üzrə inspeksiya nəzarətinin keçirilməsi barədə Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli aktın və İddiaçı MMC-nin istehsal etdiyi məhsullara verilmiş xx.xx.2017-ci il tarixli, AZ031 xx.xx.07848.17, AZ031 xx.xx.07849.17, AZ031 xx.xx.078450.17, AZ031 xx.xx.07851.17 saylı «Uyğunluq sertifikatları»nın qüvvədə olma müddətlərinin dayandırılması barədə Cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarın və İddiaçı MMC tərəfindən istehsal olunan məhsullara verilmiş xx.xx.2017-ci il tarixli AZ031 xx.xx.07848.17, AZ031 xx.xx.07849.17, AZ031 xx.xx.078450.17, AZ031 xx.xx.07851.17 saylı «Uyğunluq sertifikatları»nın ləğv edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC Cavabdeh-yə qarşı «Halal» məhsullarının istehsalı üzrə inspeksiya nəzarətinin keçirilməsi barədə Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli aktın və İddiaçı MMC-nin istehsal etdiyi məhsullara verilmiş xx.xx.2017-ci il tarixli, AZ031 xx.xx.07848.17, AZ031 xx.xx.07849.17, AZ031 xx.xx.078450.17, AZ031 xx.xx.07851.17 saylı «Uyğunluq sertifikatları»nın qüvvədə olma müddətlərinin dayandırılması barədə Cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarın və İddiaçı MMC tərəfindən istehsal olunan məhsullara verilmiş xx.xx.2017-ci il tarixli AZ031 xx.xx.07848.17, AZ031 xx.xx.07849.17, AZ031 xx.xx.078450.17, AZ031 xx.xx.07851.17 saylı «Uyğunluq sertifikatları»nın ləğv edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də, 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2019-cu il tarixli qəbz geri qaytarılsın. İddiaçınə izah edilsin ki, hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-420/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-420/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver