Məhkəmə qərarları › İş №e-2-2(113)-420/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-420/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-420/2025 13.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X5 and Logistics” MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "X5 and Logistics” MMC-nin cavabdeh "xxxx" QSC-yə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "X5 and Logistics” MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" QSC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2022-ci il tarixli 384 nömrəli yük daşınmasına dair müqavilə üzrə ödənilməli olan ümumilikdə əsas borc 15000 manat pul məbləği iddiaçı, yəni daşıyıcıİddiaçı MMC-ə ödənilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunu və digər məhkəmə xərclərini cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli 384 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə çərçivəsində OTTL tərəfindən müvafiq öhdəliklər icra olunmuş, bu faktı tərəflər arasında imzalanmış aktlar təsdiq edir. Lakin Cavabdeh QSC tərəfindən müqavilənin icrası ilə əlaqədar ödənilməli olan məbləğin bir hissəsi(15000 manat) bugünədək OTTL-nin hesabına köçürülməmişdir. Şirkət tərəfindən hal-hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində OTTL üçüncü tərəflər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməmiş və küllimiqdarda maliyyə itkiləri ilə üzləşmişdir. Eyni zamanda, “X5 and Logistcs” tərəfindən Cavabdeh QSC-ə pretenziya ilə müraciət edilmişdir. Cavabdeh, yəni Cavabdeh QSC öhdəliyini hələdə icra etməmişdir.

3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2022-ci il tarixli 384 nömrəli yük daşınmasına dair müqavilə üzrə ödənilməli olan ümumilikdə əsas borc 10 000 manat pul vəsaitinin iddiaçı,yəni daşıyıcı iddiaçı "X5 and Logistics” MMC-yə ödənilməsi,eyni zamanda hüquqi xidmətlə əlaqəli Bakı şəhəri 5 saylı Vəkil bürosuna ödənilmiş 1300 manat pul vəsaiti və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:

7. İddiaçı "X5 and Logistics” MMC (“daşıyıcı”) ilə Cavabdeh QSC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2022-ci il tarixli 384 nömrəli yüklərin daşınmasına dair müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Sifarişçi tərəfindən verilən sifarişə əsasən, daşıyıcı müxtəlif yüklərin müvafiq istiqamətdə daşımağı və təyinat yerində yükü almağa müvəkkil edilmiş şəxsə (Yükalana) verməyi öz öhdəsinə götürür, Sifarişçi isə Tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun olaraq daşınma haqlarının, həmçinin daşıma ilə əlaqədar yaranmış əlavə xərclərin ödənilməsini həyata keçirir. - 1.2-ci bəndinə əsasən daşıma növündən asılı olaraq, hazırkı Müqavilə ilə əhatə olunmayan münasibətləri tənzimləmək üçün Tərəflər arasında belə daşımanın xüsusi şərtlərini ehtiva edən Əlavə Razılaşma imzalana bilər. Bu Müqavilə çərçivəsində bağlanan Əlavə Razılaşma və onların icrası üçün verilən sifarişlər hazırkı Müqavilənin ayrılmaz hissəsi kimi qəbul olunur. - 2.4-cü bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq sifarişçinin verdiyi sifariş daşıyıcı tərəfindən qəbul edildiyi təqdirdə,sifariçiyə daşınma haqqını özündə əks etdirən hesab-faktura təqdim olunur. - 3.2.3-cü bəndinə əsasən bu Müqavilədə,müvafiq Əlavə Razılaşmada və onun əsasında sifarişlərdə nəzərdə tutulan şərtlərə uyğun olaraq daşınma haqqı və əlavə - Xərclərin ödənilməsini həyata keçirmək sifarişçinin vəzifəsidir. - 4.1-ci bəndinə əsasən nma haq , hazırkı Müqavilənin 2.2-ci bəndində nəzərdə tutuİmuş qaydada tərəflər arasında elektron məktubların mübadiləsi vasitəsilə təsdiqlənir.Sifarişdə göstərilən məlumatlara əsasən daşıyıcı həmin daşınma üzrə tarifi müəyyən edir və sifarişçinin elektron ünvanına göndərir Sifarişçinin müvafiq qaydada təsdiq etdiyi daşınma haqqı (tarif) bu Müqavilə üzrə həyata keçirilən konkret daşınmaya tətbq edilir. Daşınma haqqı məbləğinin 100 faizi qafci an Daşıyıcının təqdim etdiyi hesab- fakturaya əsasən ödənilir. Daşınma haqqı məbləğinin Daş rın bank hesabına köçürülməsi ilə bağlı bütün xərciərin ödənilməsi Sifarişçinin hesabına həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş işlərin qəbul aktı ilə 3233.80 ABŞ dolları məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş işlərin qəbul aktı ilə 735.65 ABŞ dolları məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş işlərin qəbul aktı ilə 5212.20 ABŞ dolları məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. 20.02.2023-cü il tarixli yerinə yetirilmiş işlərin qəbul aktı ilə 734.30 ABŞ dolları məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. 20.02.2023-cü il tarixli yerinə yetirilmiş işlərin qəbul aktı ilə 713.32 ABŞ dolları məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

13. 20.02.2023-cü il tarixli yerinə yetirilmiş işlərin qəbul aktı ilə 2853.28 ABŞ dolları məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

14. 18.02.2023-cü il tarixli yerinə yetirilmiş işlərin qəbul aktı ilə 734.30 ABŞ dolları məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 2233.80 ABŞ dolları,xx.xx.2023cü il tarixli 735.65 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 5212.20 manat,xx.xx.2023-cü il tarixli 734.30 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 713.32 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 2853.28 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 734.30 ABŞ dolları,

16. İddiaçı tərəfindən cavabdehə EBDF 654244 saylı xx.xx.2023-cü il tarixli 3797.46 manat,EBDF 653965 saylı xx.xx.2023-cü il tarixli 1250.61 manat, EBDF 653824 saylı xx.xx.2023-cü il tarixli 8860.74 manat,EBDA 285841 nömrəli xx.xx.2023-cü il tarixli 1248.31 manat, EBDA 285487 nömrəli xx.xx.2023-cü il tarixli 1212.64 manat, EBDA 285771 nömrəli xx.xx.2023-cü il tarixli 4850.68 manat, EBDA 283346 nömrəli xx.xx.2023-cü il tarixli 1248.31 manat məbləğində elektron qaimələr göndərilmişdir.

17. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh QSC ilə bağlı) xx.xx.2024-cü l tarixli ödəniş tapşırığı ilə tədiq edilir ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat pul köçürülmüşdür.

18. "xxxx" ASC tərəfindən verilmiş ( İddiaçı MMC-yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 1300 manat xidmət haqqı köçürülmüşdür. IV. Tətbiq edilən hüquq:

19. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

22. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

23. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "X5 and Logistics” MMC ilə Cavabdeh QSC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 384 nömrəli ölkə daxili yüklərin daşınması barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh QSC -nin göstərilən müqavilə üzrə “X4” MMC -yə olan əsas borcu 10000 manat təşkil edir. Cavabdehin iddiaçıya 10000 manat məbləğində borcunun olması iş materiallarına əlavə edilmiş, müqavilə, qaimələr təhvil-təslim aktları ilə tam təsdiq olunur. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında mövqeyini ümumiyyətlə dəqiq bildirməmiş, və iddia ərizəsinə qarşı heç bir sübut məhkəəyə təqdim etməmişdir.

24. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 10000 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh QSC -dən 10000 manat tutularaq “X4” MMC -yə ödənilməlidir.

25. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 135 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 135 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh QSC-dən 10000 manat (on min manat) manat əsas borc,hüquqi yardım üçün ödənilmiş 1300 (bir min üç yüz) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 135 manat məbləğində pul vəsaiti iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar