Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-421/2024 14.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə aldığı mallar üçün 63600,56 manat (altmış üç min altı yüz manat əlli altı qəpik), ödənişlərin gecikdirilməsi üçün yaranan faiz məbləği 3180,03 manat (üç min yüz səksən manat üç qəpik) və mediasiya və məhkəmə xərcləri üçün ödədiyi 710 (yeddi yüz on) manat, cəmi 67490,59 manat (altmış yeddi min dörd yüz doxsan manat əlli doqquz qəpik) borcunu ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, **********174 saylı alqı-satqı müqaviləsi əsasında EBBW 508864 (18.05.22), EBBZ 176660 (30.06.22), EBBZ 219083 (01.07.22), EBCC 504253 (25.08.22), EBCC 504338 (25.08.22), EBCH 932241 (26.10.22), EBCH 932141 (26.10.22), EBCK 103036 (29.11.22) və EBCN 383439 (23.01.23) saylı və tarixli eqaimələrə əsasən cəmi 63600,56 manat dəyərində (ƏDV daxil) mallar Cavabdeh MMC-yə satılmışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən malların dəyəri hesab faktura əsasında 30 gün ərzində və ya sifariş orderlərində qeyd edilən müddət ərzində (qaimə/hesab faktura qəbul edildikdən 30 gün sonra) ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa, hətta xx.xx.2023-cü il tarixdə borcun hissə-hissə ödənilməsinə razılaşmağa baxmayaraq 63600,56 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda müqavilənin 7.6 və 7.7-ci maddələrini nəzərə alaraq Cavabdeh MMC İddiaçı MMC-yə 3180,03 manat əlavə cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət edilmiş, mediator tərəfdən Cavabdeh MMC mediasiyaya dəvət edilsə də, mediasiya prosesinə gəlməmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
4. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, **********174 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə satıcı müəyyən olunmuş malları (bundan sonra “mallar” adlanacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən alıcıya göndəriləcək malların adı, siyahısı, təsviri, çatdırılma müddəti və həmin malın satış qiyməti alıcı tərəfindən verilən və satıcı tərəfindən təsdiq edilən, bu müqaviləyə əlavə olunacaq sifariş orderində (bundan sonra “sifariş orderi”) təsbit edilir. Sifariş orderi bu müqaviləyə 1 saylı əlavədə göstərilən qaydada tərtib olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş satıcının təqdim etdiyi hesab-faktura (bundan sonra “hesab-faktura”) əsasında aparılır. Hesab-faktura (müvafiq sifariş orderində başqa müddət göstərilməyibsə) qəbul olunduğu tarixdən sonra 30 (otuz) bank günü ərzində alıcı müvafiq sifariş orderində qeyd olunmuş məbləği satıcıya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 7.6-cı bəndinə əsasən alıcı bu müqavilənin 3.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini (avans ödənişi istisna olmaqla) bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu sifariş orderində göstərilən malların qiymətinin 0,1 %-i həddində cərimənı alıcıdan tələb edə bilər. Müqavilənin 7.7-ci bəndinə əsasən cərimələrin ümumi məbləği vaxtında ödənilməmiş malın dəyərinin 5%-dən (beş faizindən) çox ola bilməz. Cərimələrin məbləği 5%-ə (beş faizə) çatdıqda, satıcı bu müqaviləni dərhal ləğv etmək hüququnu özündə saxlayır. Bu halda alıcı bu müqavilə üzrə ona verilmiş, lakin dəyəri ödənilməmiş malları satıcıya dərhal qaytarmalıdır.
7. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 508864 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15710,52 manat (ƏDV daxil) təşkil edir.
8. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 176660 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6343,68 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 219083 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1440,07 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 504253 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9432,90 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 504338 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4440,58 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 932141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2895,72 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 932241 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16885,80 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 103036 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4095,07 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 383439 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2356,22 manat (ƏDV daxil) təşkil edir.
16. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli anlaşma memorandumunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli **********174 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yǝ (ƏDV xaric) 53899 manat məbləğində borcu yaranmışdır; Beləliklə, tərəflər razılaşırlar ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yǝ, xx.xx.2017-ci il tarixli **********174 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borclarının bağlanması üçün Cavabdeh MMC 2023-cü ilin iyun ayından başlayaraq aşağıdakı ödəniş cədvəlinə əsasən 7 (yeddi) ay müddətində borcun ödənilməsini planlaşdırır.
17. İddiaçı tərəfindən məhkəməyə sübut qismində müvafiq qaimə fakturalar təqdim edilmişdir.
18. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 32/RT/23 nömrəli “inşaat materiallarının retrospektiv qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh MMC-nin sifarişinə əsasən inşaat materiallarının yekun dəyəri 63600,65 manat, 2022-ci il üçün bazar dəyəri 40489,02 manat təşkil edir.
19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ən qısa zamanda ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/950/2024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli **********174 saylı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş “invoice” (qaimǝ fakturaları) nəzərə alındıqda, alıcının satıcıya olan borcu 63600,56 manat (ƏDV daxil) məbləğində, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 32/RT/23 nömrəli “inşaat materiallarının retrospektiv qiymətləndirmə” rəyi məlumatlarında göstərilmiş malların bazar dəyəri nəzərə alındıqda isə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 40489,02 manat (ƏDV daxil) məbləğində müəyyən olunur. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də (həmin hal işin mübahisəsiz halıdır), cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçının cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında göstərilən məbləğdə mal dövriyyəsinin olması, iddia tələbində qeyd olunan borcun yaranması təqdim olunmuş sübutlarla (müqavilə, elektron qaimələr, anlaşma memorandumu, ekspert rəyi və s.) öz təsdiqini tapır.
25. İddia tələbininin bir hissəsini cavabdehdən 63600,56 manat borcun iddiaçının xeyrinə tutulması təşkil edir.
26. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalan 63600,56 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş anlaşma memorandumu ilə öz təsdiqini tapır.
27. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi də borcun olduğunu qəbul etmiş, lakin borcun göstərilən məbləğdə olması ilə razılaşmamışdır. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə iddiaçıya ödənilməli 63600,56 manat (ƏDV daxil olmaqla) borc məbləği şişirdilmişdir. Cavabdehin nümayəndəsi əsas kimi cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə istinad etmiş və məhkəməyə həmin rəyi təqdim etmişdir. Rəydə qeyd edilmişdir ki, inşaat materiallarının 2022-ci il üçün bazar dəyəri 40489,02 manat təşkil edir.
28. Məhkəmənin qənaətinə əsasən ehtiyyat hissələri üzrə xidmətlər və həmin hissələrin qiymətlərindəki fərqlər 63600,56 manat məbləğində əsas borcun tutulmasına dair iddianın tam təmin olunmaması üçün əsas ola bilməz və cavabdehin həmin hissədə iddiaya qismən etirazı əsaslı sayıla bilməz. Belə ki, qeyd olunan müqavilələr üzrə münasibətlər hüquqi şəxslər arasında yaranmış, müqavilə iki hüquqi şəxs arasında bağlanmış və müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi olaraq bağlanmış, müqavilə şərtləri müəyyən olunmuşdur. Ona görə də cavabdeh tərəfin göstərdiyi hallar fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.
29. Bundan əlavə iddiaçı cavabdehdən 3180,03 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
30. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən sifarişçi öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1 %-i (sıfır tam onda bir faizi) həddində cərimə ödənilməsini tələb edə bilər. Cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən (beş faizindən) çox ola bilməz.
31. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği tam şəkildə təmin edilməli, 3180,03 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Eləcə də, ödənilmiş dövət rüsumu və mediasiya xərcinə görə 710 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
33. Müəyyən olunur ki, iddiaçı tərəfindən 410 (dörd yüz on) manat mediasiya xərci ödənilmişdir. İddia ərizəsi məhkəməyə verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 290,34 manat olmuşdur. Beləliklə, 410 (dörd yüz on) manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olmuşdur.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinə görə 410 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 63600,56 manat (altmış üç min altı yüz manat əlli altı qəpik) borc, 3180,03 manat (üç min yüz səksən manat üç qəpik) cərimə və 410 (dörd yüz on) manat mediasiya xərci olmaqla, cəmi 67190,59 manat (altmış yeddi min yüz doxsan manat əlli doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova