Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4212/2024 15.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2” MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, iddiaçı Qanuni nümayəndə2 MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı Qanuni nümayəndə2 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 may 2022-ci il tarixli, 5341.0894/S P/01/22 saylı müqaviləsi üzrə yaranmış 2360 manat borc və onun tərəfindən ödənilmiş 43.60 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq onun bank hesabına birdəfəlik köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 may 2022-ci il tarixdə, Cavabdeh MMC ilə iddiaçı Qanuni nümayəndə2 MMC arasında P/01/22 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. cavabdehə mallara görə xx.xx.2023-cü il tarixli, EBCM, 705230 saylı elektron hesab faktura ilə 2950 manat pul 50% avans şəklində ödənilmişdir. Tərəflər arasında aparılmış elektron yazışmalardan görünür ki, Cavabdeh MMC-nin direktoru Sərdar Əliyev 2022-ci ilin iyulayının 18 qədər tam təhvil verdiyini bildirir. Lakin cavabdeh öz öhdəliklərini icra etməmişdir və mallar təhvil verilməmişdir. Bundan sonra tərəflər arasında görüş keçirilmiş və xx.xx.2024-cü il tarixli üzləşmə aktı/ödəniş planı təsdiqlənmişdir. Həmin sənədə əsasən cavabdeh tərəfindən 2950 manat mal təmin edilmədiyi onun tərəfindən etiraf edilmiş və razılaşdırılmışdır ki,avans şəklində ödənilmiş məbləğ cavabdeh tərəfindən ödəniş cədvəlinə əsasən hissə-hissə ödənilərək geri qaytarılacaqdır. Cavabdeh tərəf ilk razılaşdırılmış 590 AZN-i xx.xx.2024-cü il tarixdə Kapital Bank ASC vasitəsi ilə ödəmişdir. Lakin geri qaytarılmalı olan qalan məbləği ödəməkdən imtina edir. Hal-hazırda cavabdeh iddiaçıya 2360 manat pulu geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu poçt vasitəsi ilə və 20.05.24-cü il tarixdə isə elektron kabinet vasitəsi ilə göndərilmişdir. Hazırki iddia ərizəsi tərtib edilnə qədər cavabdeh borcu ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 425, 430, 442, 443, 445.3, 448-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki, Qanuni nümayəndə2 MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında xx.xx.2022-ci il tarixli P/01/22 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı “Alıcı”ya satmağı, “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” malın dəyərini əvvəlcədən 50% ödəyir. Müqavilənin 3.7-ci bəndinə əsasən “Alıcı” sifariş verdiyi malm dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə gecikdirilmiş hər gün üçün sifariş məbləğinin 0.1%-i miqdarında “Satıcı”ya cərimə ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirmək şərtilə 11 May 2023-ci ilə qədər qüvvədədir. Müqavilənin müddəti bitdikdən sonra tərəflərdən biri və ya hər iki müqavilənin bitməsi haqqında hər hansı bir müraciət etməsə müqavilə daha bir il uzadılmış hesab onulur. Bu şərtlər növbəti illər üçün də keçərlidir. xx.xx.2024-cü il tarixli üzləşmə aktı/ödəniş planı sənədinə əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 590 manat olmaqla, 2950 manat məbləği Qanuni nümayəndə2 MMC-yə ödəməyi öhdəsinə götürmüş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Qanuni nümayəndə2 MMC tərəfindən Cavabdeh MMC-nin sub-hesabına 450 manat ödəniş edilmişdir. 04 iyul 2022-ci il tarixli mail yazışmasından görünür ki, sardar aliyev <Elektron ünvan > ünvanından Qanuni nümayəndə2 MMC-nin nümayəndəsi Zarifa yuzbashevaya müraciət edərək, 1000 ədəd bel çantalarının sifarişinin 13 iyul tarixindən 18 iyula qədər tam təhvil veriləcəyi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli 006XOH********** saylı ödəniş tapşırığından görünür ki, Qanuni nümayəndə2 MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 2500 manat məbləğ köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 01/0522 saylı hesab fakturaya əsasən 1000 ədəd bel çantası üçün 50 faiz ödəniş məbləği 2950 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 20002001OVHD/MT-0030M alış sifarişindən görünür ki, Qanuni nümayəndə2 MMC tərəfindən Cavabdeh MMC-yə 5000 manat dəyərində 1000 ədəd olmaqla bel çantası sifariş verilmişdir. xx.xx.2024-cü il tarixli **********19 saylı mədaxil qəbzindən görünür ki, Qanuni nümayəndə2 MMC 43,60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən malın dəyərinin 50 faizi qabaqcadan ödənilsə də, cavbadeh tərəfindən mallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən ödəniş edilməsi, cavabdehin isə malları verməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (üzləşmə aktı, köçürmə haqqında bildiriş və sair.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 641.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, cavabdeh tərəfindən iddiaçıya malın təhvil verilmədiyini, iddiaçının isə müqavilə şərtinə əsasən 50 faiz məbləği qabaqcadan cavabdehə ödədiyi halda, tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən cavabdeh tərəfindən 2360 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2360 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,60 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən P/01/22 saylı, 11 may 2022-ci il müqaviləyə əsasən 2360 (iki min üç yüz altmış) manat əsas borc, habelə 43 (qırx üç) manat 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı Qanuni nümayəndə2 MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4212/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4212/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver