Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4217/2025 16.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəfayil oğlundaniddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiхеyrinə 1 153.75 (min yüz əlli üç manat 75 qəpik) cari əsas borc, 1 137,99 (min yüz otuz yeddi manat 99 qəpik) cari faiz borcu və 865.25 (səkkiz yüz altmış beş manat 25 qəpik) dəbbə borcunu, cəmi isə 3 156.99 (üç min yüz əlli altı manat 99 qəpik) lizinq borcunu və 194.82 (beş yüz qırx üç) manat sığorta haqqını və “Yol hərəkəti haqqında” AR Qanununun tələblərinini pozulması ilə bağlı tətbiq edilmiş 112.00 (yüz on iki) manat inzibati cərimə növündə inzibati tənbehin əvəzinin və işə məhkəmədə baхılması üçün ödənilmiş 54.70 manat dövlət rüsumunun alınması; 3) X2 istifadəsində olan xetçbek tipli, ban KNADG511AA6625594, M.İ.H. 1399 sm3, boz metallik rəngli, buraxılış ili 2009cu il KİA RİO Minik markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 459345 saylı şəhadətnaməsinə əsasən ** PB *** dövlət qeydiyyat nişanlı) “İddiaçı”ya qaytarılmasını haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4217/2025 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Daha sonra iddiaçının nümayəndəsi vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 26 avqust 2025-ci il tarixli qərardad ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qurumun adının dəyişməsi (sənədlər əlavə olunacaq kabinetə) ilə əlaqədar sənədlərin tətbiq edilməsi, nümayəndənin iştirakının təmin edilməsi, etibarnamə verilməsi və digər işlərlə əlaqədar olaraq xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında nümayəndənin iştirakını edə bilməmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4217/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin keçən məhkəmə iclasında tərəflərin məlumat vermədən məhkəmə iclasında iştirak etməmələri səbəbilə ərizə baxılmamış saxlanılmışdır. Lakin sonradan iddiaçı tərəfindən edilmiş mürciət əsasında iş üzrə icraat təzələnmişdir.Məhkəmə iclaslarında iddiaçıya MPM-nin 259.2-ci maddəsinin tələblərinə uyğu o9laraq iddia ərizəsində olan nöqsanların aradan qaldırılması təklif olunaraq, bunun üçün vaxt verilsə də, qeyd edilən nöqsanlar aradan qaldırılmış, hazırki məhkəmə iclasında da iddiaçı tərəfindən heç bir sübut əlavə edilməmişdir. 4 aylıq prosesual müddətin tamam olmasına baxmayaraq, iddiaçı tərəf müqavilələri məhkəməyə təqdim etməmiş, Bu səbəbdən MPMnin 259.2-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla bağlı hakim tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadılması üçün kifayət qədər vaxt verilməsi və həmin müddət ərzində həmin nöqsanlar aradan qaldırılmadığın üçün məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2-2(113)-4217/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4217/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver