Məhkəmə qərarları › İş №e-2-2(113)-4219/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4219/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4219/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50211,36 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 2510,56 manat dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, ödənilmiş 47,22 manat dövlət rüsumunun, cəmi 53169,14 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri Məhkəməyə tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, ayrı-ayrılıqda yazdıqları ərizələrində barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Kərimli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, barışıq sazişinin məzmununa görə:

1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış QSZ B 083/0821 saylı, 31 avqust 2021-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 50211,36 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 2510,56 manat dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, ödənilmiş 47,22 manat dövlət rüsumunun, cəmi 53169,14 manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir.

2. Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə QSZ B 083/0821 saylı, 31 avqust 2021-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə İddiaçıya olan ödənilməmiş qalıq borcu ümumilikdə 50211,36 (əlli min iki yüz on bir manat, otuz altı qəpik) manat (ƏDV daxil) təşkil edir.

3. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, o cümlədən ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı tərəfindən çəkilmiş 400 manat xərcin, habelə ödənilmiş 47,22 manat dövlət rüsumunun əvəzini, cəmi 50658,58 (əlli min altı yüz əlli səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: - 30 noyabr 2023-cü il tarixədək 2658,58 (iki min altı yüz əlli səkkiz manat, əlli səkkiz qəpik) manat; - 01 dekabr 2023-cü il tarixdən 31 mart 2024-cü il tarixədək hər ay 2000 (iki min) manat; - 01 aprel 2024-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək hər ay 5000 (beş min) manat.

4. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki növbəti ay ərzində öhdəliklərini lazımınca icra etməzsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 2510,56 (iki min beş yüz on manat, əlli altı qəpik) manat dəbbə pulunun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MMC-yə arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə: 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış QSZ B 083/0821 saylı, 31 avqust 2021-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 50211,36 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 2510,56 manat dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, ödənilmiş 47,22 manat dövlət rüsumunun, cəmi 53169,14 manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə QSZ B 083/0821 saylı, 31 avqust 2021-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə İddiaçıya olan ödənilməmiş qalıq borcu ümumilikdə 50211,36 (əlli min iki yüz on bir manat, otuz altı qəpik) manat (ƏDV daxil) təşkil edir. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, o cümlədən ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı tərəfindən çəkilmiş 400 manat xərcin, habelə ödənilmiş 47,22 manat dövlət rüsumunun əvəzini, cəmi 50658,58 (əlli min altı yüz əlli səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: - 30 noyabr 2023-cü il tarixədək 2658,58 (iki min altı yüz əlli səkkiz manat, əlli səkkiz qəpik) manat; - 01 dekabr 2023-cü il tarixdən 31 mart 2024-cü il tarixədək hər ay 2000 (iki min) manat; - 01 aprel 2024-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək hər ay 5000 (beş min) manat. 2.3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki növbəti ay ərzində öhdəliklərini lazımınca icra etməzsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 2510,56 (iki min beş yüz on manat, əlli altı qəpik) manat dəbbə pulunun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar