Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-422/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh e-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən GS – 066/22 saylı, 22 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsinə, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tərtib edilmiş elektron qaimələrə əsasən çatdırılan malların dəyəri olan 2638,48 manat, gecikdirilən ödənişə görə dəbbə pulunun 263,85 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçının ödədiyi 60 manat mediasiya xərci, ümumilikdə 2962,33 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 2014-cü ildə Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahəsini müxtəlif çeşidli mallar üzrə təchizat xidmətləri təşkil edir. 22 fevral 2022-ci il tarixində İddiaçı QSC və Cavabdeh MMC arasında “GS – 066/22 saylı “alğı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq satıcı elektron-qaimədə göstərilən malları alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və alıcı da öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə uyğun olaraq tərəflər öz vəzifələrini vaxtında yerinə yetirməyi öhdələrinə götürmüşlərdir. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 1.2-ci maddəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Satılmış olan məhsullara dair hesab-fakturalar müqavilənin 6.2-ci maddəsində razılaşdırılmış şərtə uyğun olaraq tam şəkildə Cavabdeh MMC-yə göndərilmişdir. Beləliklə, satıcı İddiaçı QSC müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, alıcı tərəf uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tərtib edilmiş hesab-fakturalara (№156348, №791747, №169221, №169515) uyğun olaraq ümumilikdə 2638,48 manat, bu ödənişlərə əlavə olaraq müqavilənin 6.9-cü bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə 10% dəbbə pulunun məbləği 263,85 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı QSCnin ödənişini həyata keçirdiyi 60 manat, toplam olaraq 2962,33 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 22 fevral 2022-ci il tarixli GS – 066/22 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı QSC Cavabdeh MMC-yə sifariş olunmuş malları satır, Cavabdeh MMC isə həmin malları qəbul edir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini İddiaçı MMC-yə ödəyir. Müqavilənin 6.9-cu maddəsinə əsasən bu müqavilə üzrə və əlavələrlə müəyyən olunmuş müddət ərzində Cavabdeh MMC tərəfindən ödənişlərin həyata keçirilməsi gecikdirildiyi halda Cavabdeh MMC gecikdirilən hər gün üçün malların dəyərinin 0,1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli EBBU seriyalı 156348 nömrəli 356,36 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 169515 nömrəli 205,32 manat, xx.xx.2022-ci il tarixli EBBX seriyalı 791747 nömrəli 1067,28 manat və xx.xx.2022-ci il tarixli EBCA seriyalı 1019,52 manat məbləğində elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə ümumilikdə 2648,48 manat məbləğində mal satmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli GS- 2202864 nömrəli, xx.xx.2022-ci il tarixli GS-2205377 nömrəli və xx.xx.2022-ci il tarixli GS- 2205327 nömrəli üzləşmə aktlarından görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli MŞB/2-01779 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh Azmonbat” MMC alınan mallara görə yaranmış 2638,48 manat borcunu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən və təhvil-təslim aktlarından görünür ki, iddiaçı cavabdehə 2648,48 manat məbləğində mal satmış, lakin Cavabdeh MMC tərəfindən həmin borc ödənilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 2638,48 manat əsas borc və 60 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək hesablanmış borc azaldılaraq 161,52 manat hissədə təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 2638,48 manat əsas borc, 161,52 manat cərimə, cəmi 2800 manat və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2638,48 manat əsas borc, 161,52 manat cərimə, cəmi 2800 manat və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-422/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-422/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver