Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4225/2022 26.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTKdan 1000 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Kiçik iddia üzrə sadələşdirilmiş qaydada ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “AZEMİS” məhkəmə elektron sisteminə əlavə edilmiş sənədlərdə Cavabdeh MTK tərəfindən X1 Nəsimi rayonu, 4-cü mkr, H.Seyidzadə küçəsi, 21B, 3169-cu məhəllədə yerləşən Cavabdeh MTK-ya məxsus olan binada 140 nömrəli mənzilin X1 məxsus olduğunu və xx.xx.2018-ci il tarixdə üst mərtəbədə yaşayan qonşu tərəfindən suyun açıq qoyulması nəticəsində adı çəkilən mənzildə subasma hadisəsi baş vermiş, nəticədə 140 nömrəli mənzilin tavanı, döşəməsi, divar kağızları yararsız hala düşdüyü qeyd olunmuş, lakin sözügedən hadisədə məhz Cavabdeh MTK-nın təqsiri olması ilə bağlı sübut təqdim edilməmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı ərizəsində qeyd etdikləri ilə bağlı “AZEMİS” məhkəmə elektron sisteminə iddia ərizəsində qeyd olunan hadisənin Cavabdeh MTK-nın təqsiri ucbatından baş verməsinin təsdiq edən sənədləri əlavə etmədiyindən iddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. "xxxx" ASC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4225/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4225/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver