Məhkəmə qərarları › İş №e-2-2(113)-4227/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4227/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4227/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı "xxxx" QSCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" arasında bağlanılan xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli 516 nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələri və xx.xx.2021-ci il tarixində “hüq 66828” nömrəli, xx.xx.2022-ci il tarixində “hüq 155800” nömrəli mühafizə və müşayiət xidmətləri müqavilələri ləğv olunmasını, cavabdeh "xxxx"dən icra edilməmiş öhdəliyə görə 553417,73 manat məbləğində əsas borc, ******* manat cərimə və 1608 manat dövlət rüsumu, cəmi 1636675,73 manat alınıb iddiaçı "xxxx" QSCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərində müvafiq olaraq “hüq 475”, “hüq 481”, “hüq 516”, “hüq 707” və “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələri imzalanmışdır. Satıcı ilə Alıcı arasında imzalanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 24000 manat təşkil edən malları (200 ton yararsız akkumulyator) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında imzalanmış xx.xx.2017-ci il tarixində “hüq 481” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 1 496000 manat təşkil edən malları (1200 ton lokomotivlərin dartı mühərriklərinin qara metalı), (200 ton lokomotivlərin dartı mühərriklərinin misi) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında xx.xx.2017-ci il tarixində “hüq 516” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 1 905000 manat təşkil edən malları (400 ton latun qırıntıları), (50 ton duralumin qırıntıları), (50 ton bronza qırıntıları) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında imzalanmış xx.xx.2018-ci il tarixində “hüq 707” nömrəli material qiymətlisinin alqısatqısı müqaviləsinin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 134000 manat təşkil edən malları (20 ton yararsız əlvan metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında imzalanmış xx.xx.2019-cu il tarixində “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 46500 manat təşkil edən malları (300 ton yararsız qara metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, ADY ilə "xxxx" arasında xx.xx.2021-ci il tarixində “hüq 66828” və xx.xx.2022-ci il tarixində “hüq 155800” nömrəli mühafizə və müşayiət xidmətlərinə dair müqavilələr imzalanmışdır. Həmin müqavilələr üzrə "xxxx"-nin ADY qarşısında 117,96 manat borc öhdəliyi yaranmışdır. Yuxarıda qeyd olunan (“hüq 475”, “hüq 481”, “hüq 516”, “hüq 707”, “hüq 07”) müqavilələrin 1.4-cü hissəsinə uyğun olaraq mal alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etdiyinin təsdiqidir. Müqavilənin 2.4.1-ci bəndinə uyğun təhvil verilən malı satıcıdan qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək alıcının vəzifəsidir. Lakin cavabdeh "xxxx" təhvil aldığı malların dəyərini ödəməmiş və nəticədə 553417,73 manat məbləğində borcu yaranmışdır. xx.xx.2017-ci il tarixli “hüq 475" nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli müqavilələrin 5.2-ci bəndinə, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. "xxxx" tərəfindən sözügedən müqavilələr üzrə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 1 081650 manat əlavə olaraq penya hesablanmışdır. Cavabdeh "xxxx" MMC sistemə iddia müddətinin tətbiqinə dair ərizə yükləmiş və ərizədə bildirmişdir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 -ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. "xxxx" QSC ilə "xxxx" MMC arasında qara metalın təhvil-təslimi 2017-2019-cu illərdə baş vermişdir. "xxxx" QSC iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötümüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddianı müdafiə etmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli 340642, 340612, 340667, 340657, 340653 nömrəli, xx.xx.2017ci il tarixli 387906 nömrəli, xx.xx.2017-ci il tarixli 417322 nömrəli, xx.xx.2017-ci il tarixli 993078 nömrəli, xx.xx.2017-ci il tarixli 975897 nömrəli, xx.xx.2017-ci il tarixli 682885 nömrəli, xx.xx.2017-ci il tarixli 076627 nömrəli, xx.xx.2018-ci il tarixli EAAG seriyalı 148897 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389743 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389745 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389746 nömrəli elektron qaimələrdən görünür ki, "xxxx" QSC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 3767135,89 manat məbləğində mal satmışdır. xx.xx.2019-cu il tarixli EAAX seriyalı 486741 nömrəli, xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 117979 nömrəli, xx.xx.2019-cu il tarixli EBAC seriyalı 648427 nömrəli elektron qaimələrdən görünür ki, "xxxx" QSC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, ümumilikdə 109106,82 manat məbləğində mal satmışdır. 20 iyul 2022-ci il tarixli MŞB/6-4079 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" QSC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 421.1, 467 və 567-ci maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqısatqısı müqavilələri bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə yaranmış borcunu tam olaraq ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli müqavilələrin ləğv edilməsi hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində “hüq 66828” nömrəli, xx.xx.2022-ci il tarixində “hüq 155800” nömrəli mühafizə və müşayiət xidmətləri müqavilələri ləğv olunması ilə bağlı tələb irəli sürülsə də, məhkəmə elektron sisteminə bununla bağlı heç bir sübut əlavə edilməmişdir. Məhkəmə əsas borc tələbi ilə bağlı qeyd edir ki, xx.xx.2017-ci il tarixli 340642, 340612, 340667, 340657, 340653 nömrəli, xx.xx.2017-ci il tarixli 387906 nömrəli, xx.xx.2017-ci il tarixli 417322 nömrəli, xx.xx.2017-ci il tarixli 993078 nömrəli, xx.xx.2017-ci il tarixli 975897 nömrəli, xx.xx.2017-ci il tarixli 682885 nömrəli, xx.xx.2017-ci il tarixli 076627 nömrəli, xx.xx.2018-ci il tarixli EAAG seriyalı 148897 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389743 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389745 nömrəli və xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389746 nömrəli elektron qaimələr üzrə iddiaçı iddia ərizəsi ilə 22 iyul 2022-ci il tarixdə müraciət etdiyindən və qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyündən, tələb həmin hissədə təmin edilə bilməz. xx.xx.2019-cu il tarixli EAAX seriyalı 486741 nömrəli 5453,07 manat, xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 117979 nömrəli 31149,76 manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı 648427 nömrəli 72503,99 manat məbləğində sistemə yüklənilən elektron qaimələr üzrə isə iddia müddəti ötürülmədiyindən məhkəmə hesab edir ki, iddia 109106,82 manat (5453,07+31149,76+72503,99) əsas borc, həmçinin 400 manat məbləğində mediasiya xərci hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı qeyd edir ki, müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hər bir gecikdirilmiş gün üçün "xxxx" QSC ilə ödənilməmiş məbləğin 3%-i olmaqla ancaq ümumi olaraq müqavilə dəyərinin 30%-dən çox olmayaraq cərimənin ödənilməsi barədə razılaşdığından, əsas borc yalnız 3 elektron qaimə üzrə sonuncu xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli müqavilələr ilə bağlı olduğundan və sözügedən müqavilələrin dəyəri müvafiq olaraq 134000 manat və 46500 manat cəmi 180500 manat olduğundan, həmin vəsaitin 30%-nin isə 54150 manat (tələb edilə biləcək vəsait) təşkil etdiyindən məhkəmə cərimə kimi tələb edilə biləcək vəsaitin 54150 manatadək olduğunu nəzərə alaraq hesab edir ki, həmin cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 5893,18 manat məbləğində təmin edilməlidir. Məhkəmə 1608 manat məbləğində dövlət rüsumu hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının xahiş etdiyi 1635067,73 manat məbləğində əsas və cərimə borcu tələbinin 115000 manat hissəsi təmin edildiyindən bu isə ödənilmiş dövlət rüsumunun cəmi 7 %-i, yəni 112,56 manat hissəsini təşkil etdiyindən və məhkəmə tərəfindən 400 manat məbləğində mediasiya xərci təmin edildiyindən, həmin vəsait isə 112,56 manatdan çox olduğundan, 112,56 manat məbləğində dövlət rüsumu hissəsində tələb təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələri ləğv edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 109106,82 manat əsas borc, 5893,18 manat cərimə, cəmi 115000 manat və 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" QSC-ə ödənilməlidir. İddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələri ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən 109106,82 manat əsas borc, 5893,18 manat cərimə, cəmi 115000 manat və 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" QSC-ə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar