Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4243/2023 30.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçınə qarşı “xərcin tutulması” barədə qarşılıqlı tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdehnə qarşı cavabdehdən 20713 ABŞ dolları (Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə 35212,1 manat) məbləğində və 5800 manat, ümumilikdə 41012,1 manat məbləğində, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 200 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,50 manat, cəmi 41234,6 manatın tutularaq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçınə qarşı cavabdehdən 27 may 2022-ci il tarixində tərəflər arasında dəymiş ziyanla bağlı barışıq sazişinə müvafiq olaraq 13385,44 ABŞ dollarının və sonrakı dövrdə dəyən ziyana görə isə 7990 ABŞ dolları olmaqla, ümumilikdə 21.375,4 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsinə uyğun olaraq və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 201 manat dövlət rüsumun əvəzinin və hüquqi yardıma görə ödənilmiş 1500 manat məbləğində xərcin tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı cavabdehdən 20713 ABŞ dolları (Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə 35 212,1 manat) məbləğində və 5800 manat, ümumilikdə 41012,1 manat məbləğində, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 200 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,50 manat, cəmi 41234,6 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 08 aprel 2019-cu il tarixində LD300 nömrəli X3 bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçı ilə Pakistan İslam Respublikasının “İmran Usman” şirkəti arasında razılaşdırılmış alqı-satqıya görə 237 bağlamadan ibarət 6616 kq və ümumi dəyəri 13513 ABŞ dolları olan qurudulmuş bitkilərin Azərbaycana daşınmasını təmin etməli idi. Həmçinin, həmin müqaviləyə əsasən daşınma FOB olaraq Pakistanın Karachi limanından həyata keçiriləcəkdi. Lakin yük Pakistanın Lahor şəhərində idi. Cavabdehin əməkdaşlarının təklifinə əsasən yükün FOB olaraq deyil Exwolaraq Lahor şəhərindən Formag şirkəti həyata keçirəcəkdi. Daşınmanın isə ümumi dəyəri LD300 nömrəli müqaviləyə əsasən 4150 ABŞ dolları olaraq qiymətləndirilmişdir. Lahor və Karachi arasında daşınma məbləğinin (1330 ABŞ dolları məbləğində təyin edilmişdir) bir hissəsi, yəni 530 ABŞ dolları satıcı (İmran Usman) tərəfindən Formag şirkətinin Pakistan agentinə ödənilib. Qeyd olunan yük X7 limanına vaxtında çatdırılıb. Azərbaycana gətirilməsi isə Fitosanitar sertifikatın çatışmazlığı səbəbilə mümkün olmamışdır. Hazırda satıcı iddia edir ki, yükün daşınması Exw-a keçdiyi üçün cavabdehin agenti bütün sənədləri hazırlayıb Daşıyıcı şirkətə və ya Alıcıya çatdırmalı idi. Satıcı iddiasını belə əsaslandırmışdır ki, liman Karachidə olduğu üçün konteyner Lahorda yox, Karachi-də bağlanmışdır və qanunlara əsasən konteyner Karachi-də bağlandığı üçün Fitosanitar sertifikat yalnız konteyner möhürləndikdən sonra verilir, buna baxmayaraq Fitosanitar sertifikatın hazırlanmasını gözləmədən, sənədlər tamamlanmadan konteyner yola salınır. X9 limanına çatdıqdan sonra cavabdehin əməkdaşının Satıcı şirkətin əməkdaşı Zeyn Tariq ilə razılaşmasına əsasən 650 ABŞ dolları məbləğində cərimə ödənilməsi halında Fitosanitar sertifikatın alınıb göndərilməsi razılaşdırılmışdır. Bunun üçün 300 ABŞ dolları cavabdehin əməkdaşlarının iştirakı ilə Satıcıya ödənilmişdir. Lakin Fitosanitar sertifikat əvəzinə digər sənəd təqdim olunmuşdur, təqdim olunmuş sənəd isə Fitosanitar sertifikatı əvəz etmirdi. Buna görə də, yükün Bəndər Abbas limanından çıxarılması mümkün olmamışdır. Satıcı, Pakistan İslam Respublikası qanunlarına görə yükə Fitosanitar sertifikatın verilməsini yalnız yükün Pakistan ərazisində olduğu zaman mümkün olduğunu bildirdi. Beləliklə, bütün məsuliyyət Daşıyıcı şirkətin üzərinə düşür. Qeyd olunan məsələlərlə bağlı bu müddət ərzində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət olunmuşdur, həmçinin, cavabdeh ilə uzun müddət danışıqlar aparılmışdır. Lakin, yükün Azərbaycana gətirilməsinə nail olunmamışdır. Bundan sonra, 27 may 2022-ci il tarixində cavabdeh ilə yeni razılaşma əldə olunmuş və barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən iddiaçı cavabdehə 3500 ABŞ dolları ilkin ödəniş, digər 3000 ABŞ dollarının isə yük Azərbaycan Respublikası ərazisində təhvil verildikdən sonra ödənildiyi təqdirdə cavabdeh yükü Azərbaycanda təhvil verməyi öhdəsinə götürdü. İlkin vəsaiti ödəməsinə baxmayaraq, 3 aydan artıq müddətdə cavabdeh öhdəliyini yerinə yetirməmişdir, yetirilməsi üçün əlavə tələblər irəli sürmüşdür. Bu səbəbdən bu müddət ərzində iddiaçıya dəymiş ziyan yükün ümumi dəyəri – 13513 ABŞ dolları, X5 sertifikatın alınması üçün ödənilmiş məbləğ – 300 ABŞ dolları, cavabdehə ödənilmiş məbləğ – 4900 ABŞ dolları, əldən çıxmış fayda – 2000 ABŞ dolları, barışıq sazişi əsasında cavabdehə ödənilmiş məbləğ – 5800 manat hesablanmışdır. Əldə olunmuş 05 iyul 2023-cü il tarixli MŞB/18/2023-00869 nömrəli arayışdan da görünür ki, 05 iyul tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Belə ki, ilkin mediasiya zamanı mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü qənaətinə gəlindiyi üçün hazırda məhkəməyə müraciət olunması zərurəti vardır. Bundan əlavə, bundan əvvəl cavabdehə qeyd olunanlarla bağlı rəsmi qaydada məktub göndərməyinə baxmayaraq, heç bir cavab göndərilməmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən 9135,44 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və İddiaçı MMC ilə arasında 08 aprel 2019-cu il tarixində LD300 nömrəli X3 bağlanmışdır. Həmin müqaviləyə əsasən Formag-Baku” MMC qurudulmuş bitkilərin Azərbaycana daşınmasını ekspeditor kimi təmin etməyi, Bəyaz Flora” MMC isə bunun əvəzində daşıma haqqını ödəməyi öhdəsinə götürmüşdür. Buna müvafiq olaraq Cavabdeh MMC ilə üçüncü şəxs hesab edilən “BarFarabari X10”l Trasport Co” şirkəti nəqliyyat-ekspediyası xidmətlərinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli, A15/19 saylı müqavilə bağlanmışdır. Cavabdeh MMC tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilərək daşıma həyata keçirilsə də, İddiaçı MMC müqavilə öhdəliklərini pozaraq lazımi sənədləri təqdim və təmin etmədiyindən daşımanın yekunlaşdırılması mümkün olmamışdır. Belə ki, Cavabdeh MMC və İddiaçı MMC ilə arasında 08 aprel 2019-cu il tarixində LD300 nömrəli X2 2.3.3-cü bəndinə əsasən İddiaçı MMC-nin yükü müşayiət edən bütün lazımi sənədlərlə birlikdə, gömrük nəzarətin, avtomobil nəqliyyatı nəzarətin, sanitar nəzarətin və dövlət nəzarətin digər növlərinin həyata keçirilməsi üçün lazım olan bütün sənədləri Cavabdeh MMC-yə və ya onun kontragentlərinə verilməsini təşkil etmək, həmçinin ehtiyac olduğu halda, ekspeditora müştərinin maraqları təqdim etməsi məqsədləri üçün etibarnamə vermək vəzifəsi olmuşdur. Həmin müqavilənin məsuliyyət şərtlərini müəyyən edən 3-cü maddəsində də məhz yükün nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi İddiaçı MMC-nin məsuliyyət dairəsinə aid edilmişdir. Lakin İddiaçı MMC öz məsuliyyət dairəsinə aid olan şərtləri yerinə yetirməmiş (fıtosanitar sertifikatın alınması), nəticədə yüklərin daşınması başa çatmamışdır. Bundan irəli gələrək isə Cavabdeh MMC-yə əlavə ziyan dəymişdir. Bu məqsədlə 27 may 2022-ci il tarixində dəymiş ziyanla bağlı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən "xxxx" MMC-yə həmin dövrə 13.385,44 ABŞ dolları məbləğində ziyan (demurage və storage xəclərı) dəydiyi müəyyən edilmiş, həmin ziyanın güzəştli şərtlərlə yəni 3500 ABŞ dollar, ilkin, 3000 ABŞ dolları isə yük Azərbaycan Respublikası ərazisində gəldikdən sonra ödənilməsi razılaşdırılmışdır. Lakin İddiaçı MMC həmin barışıq sazişinin də şərtlərini düzgün icra etməmiş, yalnız ödənişin bir hissəsini həyata keçirmişdir. Nəticədə həmin sazişin 1.4-cü bəndinə əsasən İddiaçı MMC ümumi ziyan məbləğini ödəmək öhdəliyi yaranmışdır. Həmin saziş imzalandıqdan və İddiaçı MMC tərəfindən icra edilmədiyindən sonradan Cavabdeh MMC yenə də oxşar ziyanlarla üzləşmişdir.
5. Sonra qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 27 may 2022-ci il tarixində tərəflər arasında dəymiş ziyanla bağlı barışıq sazişinə müvafiq olaraq 13385,44 ABŞ dollarının və sonrakı dövrdə dəyən ziyana görə isə 7990 ABŞ dolları olmaqla, ümumilikdə 21.375,4 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsinə uyğun olaraq və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 201 manat dövlət rüsumun əvəzinin və hüquqi yardıma görə ödənilmiş 1500 manat məbləğində xərcin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. 861.2-ci maddəsinə əsasən ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. xx.xx.2019-cu il tarixli LD 300 nömrəli X1 görünür ki, Cavabdeh İddiaçı hesabına bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yolu ilə yükdaşımalann təşkili, bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili, əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili, bu müqavilə ilə nəzərdə tutulmuş digər xidmətlərin yerinə yetirilməsini və ya icrasının təşkil edilməsini, İddiaçı isə bu xidmətləri qəbul etməyi və onların dəyərini Cavabdehnə ödəməyi öhdələrinə götürmüşlər.
13. Müqavilənin 2.3.3-cü bəndinə əsasən yükü müşayiət edən bütün lazımi sənədlərlə birlikdə, gömrük nəzarətin, avtomobil nəqliyyatı nəzarətin, sanitar nəzarətin və dövlət nəzarətin digər növlərinin həyata keçirilməsi üçün lazım olan bütün sənədləri ekspeditora və ya onun kontragentlərinə verilməsini təşkil etmək, həmçinin ehtiyac olduğu halda, ekspeditora müştərinin maraqlarını təqdim etməsi məqsədləri üçün etibarnamə vermək Müştərinin vəzifəsidir.
14. xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, İddiaçı, Cavabdeh bu günədək yükün Bəndər Abbas limanında saxlanılması ilə bağlı çəkdiyi 13.385.44 ABŞ dolları məbləğində xərcləri (demurage və storage: 11.24$* 1076 gün + 1.2$*1076 gün) güzəştli şərtlər əsasında 6500 ABŞ dolları məbləğində ödəməyi, Cavabdeh isə malları Azərbaycan Respublikası ərazisinə çatdırmağı öhdələrinə götürmüşlər.
15. Sazişin “Qeyd” hissəsinə əsasən İddiaçı daha əvvəl ekspeditor xidmətlərinə görə ümumi hesablanmış 4150 ABŞ dolları məbləğdən 4150 ABŞ dolları və demurage və storage xərclərinə görə hesablanmış 13.385.44 ABŞ dolları məbləğdən 750 ABŞ dolları ödəmişdir (ümumi ödənilən məbləğ 4900 ABŞ dolları təşkil edib).
16. “X6 X4.” Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçınə məxsus malın saxlanması və müddətdən artıq saxlanmasına görə 7990 dollar (qaimə nömrəsi: 98AZ104-15778) Cavabdeh tərəfindən “X6 X4.” Şirkətinə ödənilmişdir.
17. İşin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli LD 300 nömrəli X3 bağlanmış və müqaviləyə əsasən Cavabdeh İddiaçı hesabına bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yolu ilə yükdaşımalann təşkili, bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili, əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili, bu müqavilə ilə nəzərdə tutulmuş digər xidmətlərin yerinə yetirilməsini və ya icrasının təşkil edilməsini, İddiaçı isə bu xidmətləri qəbul etməyi və onların dəyərini Cavabdehnə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı sifarişi əsasında Cavabdeh tərəfindən gətirilmiş 237 bağlamadan ibarət 6616 kq və ümumi dəyəri 13513 ABŞ dolları olan qurudulmuş bitkilərin daşınması Bəndər Abbas limanına fıtosanitar sertifikatın təqdim edilməməsi səbəbindən başa çatmamışdır.
18. Göründüyü kimi, tərəflər arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
19. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi yükün Azərbaycan Respublikasına çatdırılmamasına səbəb gətirilən malın fıtosanitar sertifikatının təqdim edilməməsi olmuşdur ki, həmin sənədin təqdim edilməsi tərəflər arasında bağlanmış müqavilənin 2.3.3-cü bəndinə əsasən İddiaçı tərəfindən təmin edilməli idi.
20. Göründüyü kimi yükün təyinat nöqtəsinə çatdırılmaması, yəni müqavilə üzrə pozuntunun ilkin iddia üzrə cavabdehin cavabdeh olmadığı haldan irəli gəldiyinə görə, o, öhdəliyin pozulmasına məsuliyyət daşıya bilməz. Eyni zamanda bu hal müqavilənin 3.6-cı bəndində də nəzərdə tutulmuşdur. Belə ki, həmin bəndə əsasən nəqliyyat sənədlərinin lazımi qaydada rəsmiləşdirilməməsi nəticəsində yük daşınma müddətlərinə riayət etməməsi üçün ekspeditor məsuliyyət daşımır.
21. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin giriş hissəsində göstərilmişdir ki, mallara dair müştəri tərəfindən təqdim edilmiş uyğunluq sertifikatında bir sıra uyğunsuzluqlar (malların çatdırılma marşrutu düzgün qeyd edilməmişdir) aşkar edilmişdir. Nəticədə yükün Azərbaycana çatdırılması mümkünsüz olmuş və mallar hazırkı Saziş imzalandığı günədək X8 limanında məcburi olaraq saxlanılmışdır. Göründüyü kimi İddiaçı malların özünün təqsirindən çatdırılmamasını barışıq sazişi ilə də etiraf etmişdir.
22. Odur ki, müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə ödənilmiş ödənişlər geri və dəymiş zərər ondan tələb oluna bilməz.
23. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 861.2-ci maddəsinə əsasən ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.
24. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 861.2-ci maddəsinə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs iddia qaldırmaq hüququ yarandığı andan bir il ərzində ekspeditora qarşı yaranan tələblər üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).
26. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
27. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən ilkin iddia rədd edilməlidir.
29. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd edir:
30. xx.xx.2019-cu il tarixli LD 300 nömrəli X2 3.8-ci bəndinə əsasən müştəri ekspeditora özü və ya nümayəndəsi tərəfindən yükü müşayiət edən sənədlərdə buraxılan qeyri-dəqiqliklər nəticəsində yaranmış əlavə xərclərin əvəzini ödəyir.
31. Tərəflər arasında bağlanmış barışıq sazişindən müəyyən olunur ki, Cavabdeh yükün Bəndər Abbas limanında saxlanılması ilə bağlı 13.385.44 ABŞ dolları məbləğində xərclər çəkmiş, bu xərcləri İddiaçı qəbul edərək, həmin məbləğdən 750 ABŞ dollarını ödəmişdir.
32. Eyni zamanda işdə olan “X6 X4.” Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçınə məxsus malın saxlanması və müddətdən artıq saxlanmasına görə 7990 dollar (qaimə nömrəsi: 98AZ104-15778) Cavabdeh tərəfindən “X6 X4.” Şirkətinə ödənilmişdir.
33. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia saxlanma ilə bağlı çəkilmiş xərclərin tələb edilməsi hissəsində əsaslıdır.
34. Xərclərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh barışıq sazişi üzrə 13.385.44 ABŞ dolları tələb etsə də, həmin barışıq sazişindən müəyyən olunur ki, göstərilən məbləğdən İddiaçı 750 ABŞ dollarını ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən xərcə münasibətdə 12635,44 ABŞ dolları məbləğində zərər İddiaçındən tutulmaqla qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Qarşılıqlı iddia üzrə iddiaçı vəkilin göstərdiyi yardıma görə 1500 manat tələb etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, vəkilin göstərdiyi yardıma görə 1350 manat Femida Vəkil Bürosunun hesabına ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1350 manat İddiaçındən Cavabdeh xeyrinə tutulmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, 27 may 2022-ci il tarixində tərəflər arasında dəymiş ziyanla bağlı bağlanmış barışıq sazişinə müvafiq olaraq 12635,44 ABŞ dolları və sonrakı dövrdə dəyən ziyana görə 7990 ABŞ dolları olmaqla, ümumilikdə 20625,44 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 193,94 manat və vəkilin göstərdiyi yardıma görə 1350 manat İddiaçındən tutularaq Cavabdehnə ödənilməli və qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı cavabdehdən 20713 ABŞ dolları (Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə 35212,1 manat) məbləğində və 5800 manat, ümumilikdə 41012,1 manat məbləğində, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 200 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,50 manat, cəmi 41234,6 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 27 may 2022-ci il tarixində tərəflər arasında dəymiş ziyanla bağlı bağlanmış barışıq sazişinə müvafiq olaraq 12635,44 ABŞ dolları və sonrakı dövrdə dəyən ziyana görə 7990 ABŞ dolları olmaqla, ümumilikdə 20625,44 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 193,94 manat və vəkilin göstərdiyi yardıma görə 1350 manat İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev