Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4248/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, GAİ S-0034 №-li alqı-satqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi hesab olunan xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə, xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə və xx.xx.2022-ci il tarixli 4 saylı Əlavəyə görə ödənilməmiş 96398 manat məbləğində əsas borc, müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsinə görə 9639 manat məbləğində dəbbə pulu (cərimə), borcun gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 2812 manat məbləğində faiz borcu və 405 manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 109254 manat pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri Məhkəməyə tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, ayrı-ayrılıqda yazdıqları ərizələrində sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, barışıq sazişinin məzmununa görə: 1.1. Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı tam şəkildə, yəni 109254 (bir yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində qəbul edir. 1.2. Cavabdeh etiraf etdiyi borcu İddiaçıya naturada, yəni ödəməli olduğu 109254 manat məbləğində borcun əvəzində həmin dəyərə bərabər aşağıda müəyyən edilmiş malların təqdim olunması formasında ödəməyi öhdəsinə götürür: - Bir vahidinin qiyməti əlavə dəyər vergisi (ƏDV 18%) ilə birlikdə 2.419 AZN (iki manat dörd yüz on doqquz qəpik) təşkil edən 45165 (qırx beş min bir yüz altmış beş) ədəd 6 mm (645 x 557 x 300 mm ölçülü) loqolu karton qutu (bundan sonra - “Mallar” adlandırılacaqdır); 1.3. Cavabdeh Malları bu Sazişin şərtləri çərçivəsində tam miqdarda və hər hansı əlavə ödəniş tələb etmədən 30 dekabr 2023-cü il tarixinə qədər İddiaçının Abşeron rayonu, Türkan-Üzümçülük sovxozu, Qala Türkan yolu 7 km, 11 ünvanına, yaxud İddiaçı ilə razılaşdırdığı digər ünvan(lar)a təchiz etməyi öhdəsinə götürür. 1.4. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyinin Sazişdə nəzərdə tutulmuş qaydada naturada icra edilməsini qəbul edir və cavabadehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür. 1.5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.2-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada naturada tam icra edilməsindən sonra cavabdehin iddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir və iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.6. Cavabdeh tərəfindən sazişdə nəzərdə tutulan malların xx.xx.2023-cü il tarixinədək tam həcmdə iddiaçıya təqdim olunmaması cavabdehin saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının cavabdeh barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 1.7. Hər bir tərəf məhkəmə xərclərini və hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə: 1.1 . Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı tam şəkildə, yəni 109254 (bir yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində qəbul edir. 1.2. Cavabdeh etiraf etdiyi borcu İddiaçıya naturada, yəni ödəməli olduğu 109254 manat məbləğində borcun əvəzində həmin dəyərə bərabər aşağıda müəyyən edilmiş malların təqdim olunması formasında ödəməyi öhdəsinə götürür: - Bir vahidinin qiyməti əlavə dəyər vergisi (ƏDV 18%) ilə birlikdə 2.419 AZN (iki manat dörd yüz on doqquz qəpik) təşkil edən 45165 (qırx beş min bir yüz altmış beş) ədəd 6 mm (645 x 557 x 300 mm ölçülü) loqolu karton qutu (bundan sonra - “Mallar” adlandırılacaqdır); 1.3. Cavabdeh Malları bu Sazişin şərtləri çərçivəsində tam miqdarda və hər hansı əlavə ödəniş tələb etmədən 30 dekabr 2023-cü il tarixinə qədər İddiaçının Abşeron rayonu, Türkan-Üzümçülük sovxozu, Qala Türkan yolu 7 km, 11 ünvanına, yaxud İddiaçı ilə razılaşdırdığı digər ünvan(lar)a təchiz etməyi öhdəsinə götürür. 1.4. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyinin Sazişdə nəzərdə tutulmuş qaydada naturada icra edilməsini qəbul edir və cavabadehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür. 1.5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.2-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada naturada tam icra edilməsindən sonra cavabdehin iddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir və iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.6. Cavabdeh tərəfindən sazişdə nəzərdə tutulan malların xx.xx.2023-cü il tarixinədək tam həcmdə iddiaçıya təqdim olunmaması cavabdehin saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının cavabdeh barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 1.7. Hər bir tərəf məhkəmə xərclərini və hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir. İddiaçı və Cavabdehnə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4248/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4248/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver