Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4249/2022 03.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" LTD. ŞTİ Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8874,39 manat, dövlət büdcəsinə 6664,7 manat, İşsizlikdən sığorta fonduna 201,92 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 909,77 manat, Dövlət Sosial Müdafiə Fonduna 8956,12 manat, “X2” ASC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1324,52 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanlarının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" LTD. ŞTİ Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8874,39 manat, dövlət büdcəsinə 6664,7 manat məbləğində (o cümlədən, vergilər üzrə 5514,25 manat, faizlər üzrə 1150,45 manat), İşsizlikdən sığorta fonduna 201,92 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 909,77 manat məbləğində (o cümlədən, vergilər üzrə 600,23 manat, faizlər üzrə 209,54 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 8956,12 manat, “X2” ASC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1324,52 manat məbləğində (o cümlədən, vergilər üzrə 661,11 manat, faizlər üzrə 663,41 manat) borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********214000, xx.xx.2021-ci il tarixli **********045600, xx.xx.2021-ci il tarixli ******************.05.2021- ci il tarixli **********567700, xx.xx.2019-cu il tarixli ******************.01.2022- ci il tarixli ******************.11.2021-ci il tarixli **********911700 bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına “Çağdaş" LTD. ŞTİ Müəssisəsi, "xxxx" MMC, “X2” ASC, "xxxx" MMC-nin icra orqanlarının rəhbəri Maraqlı şəxs Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 59A, mənzil 11 ünvanında yaşayır. Məhkəmə iclasında maraqlı şəxs “Çağdaş" LTD. ŞTİ Müəssisəsinin qanuni nümayəndəsinin artıq başqa şəxs olduğunu, bu barədə hüquqi şəxslərin dövlət reyestrində də dəyişiklik aparıldığını, bundan əlavə ərizədə göstərilən bütün borcların artıq tam şəkildə ödənildiyini bildirdi. Ərizəçi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü yaşayış və qeyriyaşayış binalarının tikintisi olan Gəncə şəhərində yerləşən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olan Gəncə şəhərində yerləşən “X2” ASC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü yaşayış və qeyriyaşayış binalarının tikintisi olan Gəncə şəhərində yerləşən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair məhsulların istehsalı olan Abşeron rayonunda yerləşən "xxxx" LTD ŞTİ Müəssisəsinin icra orqanının rəhbəri X1r. "xxxx" LTD ŞTİ Müəssisəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 8131,57 manat borcu mövcuddur. “X2” ASC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 2249,90 manat borcu mövcuddur. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 129443,62 manat borcu mövcuddur. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 33,88 manat borcu mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********8 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2021-ci il tarixinə ümumilikdə 2084,53 manat (o cümlədən, vergilər üzrə 1368,67 manat, faizlər üzrə 715,86 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********0 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2021-ci il tarixinə ümumilikdə 869,33 manat (o cümlədən, vergilər üzrə 600,23 manat, faizlər üzrə 169,10 manat, maliyyə sanksiyası üzrə 100 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildirişlə “X2” ASC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 944,69 manat (o cümlədən, vergilər üzrə 900,02 manat, faizlər üzrə 44,67 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********6 nömrəli bildirişlə "xxxx" LTD ŞTİ Müəssisəsinə müraciət edərək xx.xx.2021-ci il tarixinə ümumilikdə 6664,70 manat (o cümlədən, vergilər üzrə 5514,25 manat, faizlər üzrə 1150,45 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli, **********8 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2019-cu il tarixinə ümumilikdə 8956,12 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 7475,02 manat, faizlər üzrə 1481,10 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********0 nömrəli bildirişlə "xxxx" LTD. ŞTİ Müəssisəsinə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 188,49 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 158,30 manat, faizlər üzrə 30.19 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair “Çağdaş" LTD. ŞTİ Müəssisəsinin, "xxxx" MMC, “X2” ASC, "xxxx" MMC -yə bildirişlə müraciət edərək borclarının 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Çağdaş" LTD. ŞTİ Müəssisəsi, "xxxx" MMC, “X2” ASC, "xxxx" MMC vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara borcların ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Bununla yanaşı, materiallarda olan hüquqi şəxs haqqında məlumat və dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" LTD ŞTİ Müəssisəsinin icra orqanının rəhbəri X1r. Göründüyü kimi, Maraqlı şəxs "xxxx" LTD ŞTİ Müəssisəsinin icra orqanının rəhbəri olmadığından həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair hissədə ərizə əsassızdır. Bununla yanaşı, maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 909,77 manat, Dövlət Sosial Müdafiə Fonduna 8956,12 manat, "xxxx" MMC-nin dövlət büdcəsinə 1324,52 manat məbləğində olan borcu xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tam şəkildə ödənilmişdir. Göründüyü kimi, ərizədə göstərilən dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan borclar vergi ödəyiciləri olan "xxxx" MMC və "xxxx" MMC tərəfindən tam şəkildə ödənildiyindən hüquqi şəxslərin icra orqanların rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4249/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4249/2022
03.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver