Məhkəmə qərarları › İş №e-2-2(113)-426/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-426/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-426/2020 07.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı ”pul tələbinə” dair ilkin iddiası, “xxxxxxxxxxxx” MMC-nin İddiaçınə qarşı” pul tələbinə” dair qarşılıqlı iddiası üzrə komersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxx” MMC-dən iddiaçının xeyrinə transfarmatora görə ödənilmiş 15000 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh “xxxxxxxxxxxx” MMC qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı MTK-dan transfarmatorun dəyəri olan 15000 manat məbləğində pul vəsaitinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 750 manat məbləğində pul vəsaitinin, 31 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxx” MMC –yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MMC (bundan sonra MMC) arasında əldə edilmiş razılığa əsasən cavabdeh MMC tərəfindən iddiaçı MTK-nın Masazır qəsəbəsi, A.Abdullayev küçəsi 3 ünvanında inşa etdiyi yaşayış binalarının elektrik təchizatı üçün 2019-cu ilin fevral ayında 10/04 kV-luq, YT 400 kVA-lıq transformator quraşdırılmış və 1 il zəmanətlə istismara verilmişdir . İddiaçı MTK ona satılmış transformatorun qarşılığında, o cümlədən də yaşayış kompleksi üçün texniki şərtin alınmasına görə cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixində 8860 (səkkiz min səkkiz yüz altmış) manat, xx.xx.2018-ci il tarixində 4944 (död min doqquz yüz qırx dörd) manat və xx.xx.2018-ci il tarixində 21196 (iyirmi bir min yüz doxsan altı) manat, ümumilikdə 35000 (otuz beş min) manat vəsait ödəmişdir ki, həmin vəsaitin də 15000 (on beş min) manatı məhz transformatorun dəyəri olaraq ödənilmişdir. Lakin, 1 il zəmanət verməklə iddiaçı MTK-ya satılmış transformator onun qurşadırıldığı tarixdən 3 ay keçməmiş yanaraq tamamilə sıradan çıxmış və bu zaman həmin avadanlığa baxış keçirən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər mütəxəssislər sözügedən tranformatorun lazımi keyfiyyətdə və yeni olmadığını, işlənmiş və sonradan müxtəlif detallardan yığıldığını iddiaçıya bildirmişlər. Beləliklə də iddiaçı MTK yaşayış binalarının elektrik təchizatı üçün yeni tranformator almaq məcburiyyətində qalmış və nəticə etibarı ilə 15 000 (on beş min) manat məbləğində ziyana düşmüşdür. Başqa sözlə, cavabeh MMC yararsız halda olan transformatoru yeni adı ilə iddiaçıya satmaqla onu aldatmış və nəticə etibarı ilə iddiaçı MTK 15 000 (on beş min) manat məbləğində ziyana düşmüşdür. Yaranmış mübahisənin məhkəmədənkar həlli üçün cavabdehin səlahiyyətli nümayəndələri ilə dəfələrlə danışıqlar aparılmış, lakin cavabdeh tərəfindən öhdəliyin icrasından imtina edilmişdir. Son olaraq cavabdehə bildiriş göndərilərək yararsız transformatora görə ödənilmiş məbləğin geri qaytarılması tələb edilmiş, bunun üçün müddət təyin edilmiş, ödənilmiş məbləğin geri qaytarılmayacağı təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Bildirişi aldıqdan sonra da cavabdeh tərəfindən öhdəliklər yenə də icra edilmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazimınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. AR Mülki Məcəlləsinin 567-cı maddəsinə əsasən “Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. Həmin Məcəllənin 581-ci maddəsinə əsasən “Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında xxxxxxxxxya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər”. Həmin Məcəllənin 582-ci maddəsinə əsasən “Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir”. Həmin Məcəllənin 584-cü maddəsinə əsasən “Qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət (yararlıq müddəti) müəyyənləşdirilə bilər. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin”. Həmin Məcəllənin 587-ci maddəsinə əsasən “Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin”. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən “Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin”. Həmin Məcəllənin 589-cu maddəsinə əsasən “Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər”. İşin faktiki hallarından, qeyd edilənlərdən və qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Cavabdeh iddianı qəbul etməyərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , İddiaçı MTK-dan transformatorun dəyəri olan 15 000 manat məbləğində pul vəsaitinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 750 manat məbləğində pul vəsaitinin, 31 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən transformatora görə ödənilmiş 15 000 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.iddiaçı MTK ona satılmış transformatorun qarşılığında, o cümlədən də yaşayış kompleksi üçün texniki şərtin alınması üçün cavabdehə müxtəlif tarixlərdə 8860, 4944 və 21 196 manat məbləğində pul ödənilmişdir. Transformatora görə isə cəmi 15 000 manat məbləğində pul ödənilmişdir.İddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, tərəflər arasında transformatorun satışı ilə bağlı razılıq əldə edilmiş və transformatorun dəyəri 15 000 manat məbləğində dəyərləndirilmişdir. Tərəflərdən öhdəliyin şərtləri yerinə yetirilmiş və transformator xx xxxxxx 2019-cu il tarixli akt əsasında cavabdehə təhvil verilmişdir. Lakin təhvil verildikdən sonra uzun müddət keçməsinə baxmayaraq malın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. İddia ərizəsinə əlavə olunan cədvəldə qeyd olunan məbləğlər müəssisənin kassasına mədaxil edilməmiş, Nadir Mehtili müəssisəyə çatacaq pulu almaq səlahiyyətində olan şəxs olmamışdır. Bundan əlavə, transformatorun dəyəri ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsi ilə ödənilməli idi. Lakin həmin pullar ümumiyyətlə ödənilməmişdir.Cavabdeh ilk əvvəl malın dəyərini yaxın zamanda ödəyəcəyini bildirirək ödəməni ləngitmişdir. Daha sonra isə malın lazımı keyfiyyətdə olmadığını əsas gətirərək malın dəyərini ödəməkdən imtina etmişdir. Halbuki cavabdehə lazımı keyfiyyətdə mal təqdim edilmiş və cavabdeh malın salamatlığını yoxlayaraq malı qəbul etmişdir. Cavabdeh1 MMC müqavilə üzrə şərtlər tam icra edilmiş və öhdəlik yerinə yetirilmişdir. Lakin malın dəyəri olan 15 000 manat məbləğində müəssisəyə cavabdeh tərəfindən ödənilməmişdir.Göründüyü kimi, öhdəliyin şərtləri cavabdeh tərəfindən pozulmuş və alqısatqı müqaviləsinin şərtlərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyən əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığm tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir.Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Cavabdehə xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə müraciət olunmuş və malın dəyərinin ödənilməsi xahiş edilmişdir. Lakin pretenziya məktubu cavabsız qalmışdır.Bundan əlavə, cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməməklə və iddiaçıya məxsus pul vəsaitini özündə əsassız saxlamaqla iddiaçını gəlirdən məhrum etmişdir. Ona görə də hesab edirik ki, əldən çıxmış fayda kimi öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 750 manat məbləğində pul (15 000 x 5%) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Bundan əlavə, ilkin iddia ərizəsində qeyd olunur ki, mütəxəssislər sözügedən transformatorun lazımı keyfiyyətdə olmadığına dair rəy vermişlər. Lakin transformatorun istifadəyə yararsız olmasına, lazımı keyfiyyətdə olmamasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bu hissədə, yəni transformatorun istifadəyə yararsız olduğunu sübutetmə yükü ilkin iddia üzrə iddiaçının üzərinə düşür və iddiaçı iddiasını sübuta yetirə bilməmiş, maddi ziyana məhz bizim müəssisənin təqsirli hərəkətləri nəticəsində düşdüyünü isbat edə bilməmişdir.Digər tərəfdən transformator salamat vəziyyətdə ilkin iddia üzrə iddiaçıya təhvil verilmişdir. İddiaçı təhvil alarkən transformator salamat vəziyyətdə olmuşdur. Transformator təhvil verilərkən iddiaçıya pasport təqdim edilmiş və pasportda istismar qaydalarına riayət etmək şərti ilə 1 il zəmanət verildiyi qeyd edilmişdir.Qeyd olunan faktlara əsasən ümumilikdə nəzərinizə çatdırıram ki, transformatorun istismara yararsız vəziyyətdə olması ilk öncə iddiaçı tərəfindən sübuta yetirilməli, əgər istismara yararsız vəziyyətdə olsa belə bu halın məhz iddiaçının özünün istismar qaydalarının tələblərini pozduğu üçün deyil, cavabdehin təqsirli hərəkətləri nəticəsində meydana gəlmişdir. Lakin bütün bu hallar ilkin iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilməmişdir.Ona görə də hesab edirik ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MTK-nın xeyrinə 15000 (on beş min) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MTK (bundan sonra MTK) Cavabdeh1 MMC-yə (bundan sonra MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən iddiaçı MTK-nın xeyrinə transformatora görə ödənilmiş 15000 (on beş min) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsi ilə tanış olarkən müəyyən edilmişdir ki, tranformatorun dəyəri olaraq ödənilmiş 15000 (on beş min) manat məbləğində vəsaiti iddiaçı MTK-dan cavabdeh MMC adından alan Cavabdeh2 adlı şəxsdir. Cavabdeh isə bildirir ki, adıçəkilən şəxsin MMC-yə heç bir aidiyyəti yoxdur. Cavabdeh MMC adından transformatorun dəyəri olan 15000 (on beş min) manat məbləğində vəsaiti iddiaçı MTK-dan alan şəxs – Cavabdeh2 cavabdeh MMC-nin təsisçisi və faktiki rəhbəri Adil Mehdiyevin oğlu olub 2017-ci ildə həmin MMC-də rəsmi əmək müqaviləsi ilə, ondan sonrakı dövrdən bu günədək isə qeyri rəsmi şəkildə çalışmaqdadır. Mübahisə predmeti olan transformatorun alınması ilə bağlı danışıqlar da Adil Mehdiyev və oğlu Cavabdeh2 ilə aparılmış və bütün işlər məhz Cavabdeh2 tərəfindən cavabdeh MMC adından icra edilmiş, vəsait də həmin şəxsə cavabdeh MMC-nin nümayəndəsi, o cümlədən də təsisçisi və faktiki sahibinin oğlu olaraq verilmişdir. O, da öz növbəsində vəsaiti qəbul edərək mədaxil orderini imzalamış və bundan sonra transformatoru və ona aid sənədləri iddiaçı MTK-ya təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş mədaxil orderi və danışıqlarda iştirak etmiş və şahid olmuş şəxslər (tələb ediləcəyi və zəruri olacağı təqdirdə məhkəməyə dəvət ediləcəklər) iddiaının tamamilə əsaslı olduğuna dəlalət edir. Yuxarıda qeyd edilənləri təsdiq etmək məqsədi ilə ilk məhkəmə iclasında vəsatətlər təqdim edərək Cavabdeh2 cavabdeh MMC-də işləyib-işləmədiyini müəyyən etmək üçün müvafiq orqanlara sorğu verilməsini, o cümlədən də Cavabdeh2 cavabdeh MMC-nin təsisçisi və faktiki rəhbəri Adil Mehdiyevlə ata-bala olmalarını təsdiq etmək üçün MMC-nin təsis sənədlərinin məhkəməyə təqdim edilməsini xahiş etmişdik. Həmin vəsatətlərimizdən biri – cavabdeh MMC-nin təsis sənədlərinin məhkəməyə təqdim edilməsi təmin edilmiş, digəri isə məhkəmə prosesinin gedişatında baxılması üçün saxlanılmışdır. İşin faktiki hallarından və yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı MTK-ya ödənilməli olan məbləğ hər iki şəxsdən – Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır”. İddiaçının ( qarşılıqlı iddia tələbi üzrə cavabdehin) nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianın rədd olunmasını xahiş edərək bildirmişdir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC tərəfindən tərtib edilmiş qarşılıqlı iddia ərizəsində qeyd edilənləri təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə xx xxxxxx 2019-cu il tarixində qarşılıqlı iddia tələbi üzrə cavabdeh MTK-ya təqdim edilmiş transformatorun dəyərinin sonradan ödənilməli olması ilə bağlı tərəflər arasındakı hər hansı bir “xxxxxxxxxnı”, həmin “xxxxxxxxxya” əsasən transformatorun dəyərinin hansı tarixədək ödənilməli olması, bu “xxxxxxxxx”dan sonra onun icrası ilə bağlı MMC-nın atdıqları addımları, apardıqları danışıqları, ümumiyyətlə pulun tələb edilməsinə dair hər hansı sübutları məhkəməyə təqdim etməyən qarşılıqlı iddia tələbi üzrə idiaçı MMC iddia tələbini yalnız şablon sözlərdən formalaşdırmaqla verilən iddia tələbinə dair bu şəkildə müdafiə qurmağa çalışmışdır. Belə ki, mülki iş materiallarına nəzər salanda görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC əgər qarşılıqlı iddia tələbi üzrə cavabdeh MTK-ya xx xxxxxx 2019-cu il tarixində təhvil verdiyi transformatorun dəyərini MTK-dan əvvəlcədən almamış olsaydı, bu halda ən azından MTK ilə nisyə alqı-satqı müqaviləsi imzalayar və ya bu barədə hər hansı bir xxxxxxxxx protokolu tərtib edərdilər. Lakin belə bir sənəd və ya sübut mövcud deyildir, çünki tərəflərin xxxxxxxxxsı ilkin iddia tələbində qeyd edildiyi kimi – transformatorun dəyərinin qabaqcadan ödənilməsi şəklində olmuş və beləliklə də MTK tərəfindən həmin vəsait qabaqcadan ödənilmişdir. Digər bir tərəfdən nəzərə alınmalıdır ki, əgər qarşılıqlı iddia tələbi üzrə cavabdeh MTK-nın qarşılıqlı iddia tələbi üzrə iddiaçıya transformatorla bağlı hər hansı bir borcu olmuş olsaydı, MMC tərəfindən həmin borcun alınmasına dair ən azından MTK-ya bildiriş göndərilər və borc məbləği olan pul rəsmi qaydada tələb edilər və ya pul tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilərdi. Lakin göründüyü kimi qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC bu qeyd edilənləri də etməmiş, iddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra belə bir tələblə çıxış etməyə başlamışdır. Bütün bunlar qarşılıqlı iddia tələbinin nə qədər əsassız olduğunun təsdiqidir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı transformatorun dəyərinin Cavabdeh2 tərəfindən alındığına, lakin həmin şəxsin MMC ilə əlaqəsi olmadığına dair qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC-nin mövqeyinə münasibətdə bildirmək istəyirik ki, MMC-nin faktiki sahibi və təsisçi Adil Mehdiyev adlı şəxsdir. Hansı ki, bugünki gündə də MMC faktiki olaraq Adil Mehdiyev tərəfindən idarə edilir və MTK tərəfindən transformatorla bağlı aparılmış danışıqlar da məhz Adil Mehdiyev ilə aparılmışdır. Bunu təsdiq edən kifayət qədər sübut və şahid də vardır. O ki, qaldı Cavabdeh2 adı çəkilən şəxs qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC-nin faktiki sahibi və təsisçisi Adil Mehdiyevin oğlu olub, 2017-ci ildə həmin MMC-də rəsmi əmək müqaviləsi ilə də fəaliyyət göstərmiş, hazırda da qeyri rəsmi olaraq həmin MMC-nin adından fəaliyyət göstərməkdədir. Qarşılıqlı iddia ərizəsini imzalamış MMC-nin direktoru T.Nəbiyevin kim olduğunu bilinmir və onunla MTK arasında hər hansı bir danışıq belə aparılmamışdır. Qeyd edilənlər qarşılıqlı iddia tələbi üzrə iddiaçının tələbinin və həmin tələbi əsaslandırmaq üçün qeyd etdiklərinin nə qədər əsassız olmasının bariz sübutudur. Qarşılıqlı iddia tələbi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verilmişdir. Buna görə də icraata qəbul edilə bilməzdi və rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia tələbinə dair ərizənin qoşmasında qarşılıqlı iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə çatdırılmasına dair qəbzin məhkəməyə təqdim edilməsi göstərildiyi halda, hazırda mübahisələndirilən nə qarşılıqlı iddia ərizəsi, nə də pretenziya məktubu qarşılıqlı iddia tələbi üzrə cavabdeh MTK-ya göndərilməmiş, sözügedən iddia ərizəsi məhkəmə prosesində təqdim edilmişdir. Qarşılıqlı iddia ərizəsinin bu formada məhkəməyə təqdim edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də heç bir halda icraata qəbul edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 155.1-ci maddəsinə əsasən “Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir”. AR MPM-nin 155.3cü maddəsinə əsasən “Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir”. AR MPM-nin 150.0-cı maddəsinə əsasən “İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd”. İstinad edilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilməli, başqa sözlə hazırki mübahisə kommersiya mübahisəsi olduğundan qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən əvvəl mübahisənin digər tərəfində göndərilməlidir. İndiki halda isə qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC qanunvericiliyin bu tələbinə əməl etməmişdir. AR MPM-nin 152.1-ci maddəsinə əsasən “Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə”. Qeyd edilənlərdən də göründüyü kimi qarşılıqlı iddia tələbi tamamilə əsassız olub qanunvericiliyin tələblərinin pozulması ilə məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də qarşılıqlı iddia tələbi rədd edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. AR MPM-nin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. AR MPM-nin 106.1-ci maddəsinə əsasən, “İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2007-ci il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə kifayətlənməməli, hər bir sübutun, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqəndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi qarşılıqlı iddia tələbi üzrə iddiaçının qarşılıqlı iddia ərizəsində qeyd etdiyi bütün məsələlər tamamilə əsassızdır. Cavabdehin (ilkin iddia tələbi üzrə iddiaçının) nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, iş üzrə ekspert rəyinin olmasını nəzərə alıb ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı və “xxxxxxxxxxxx” MMC-nin qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxxxxxxxxxx” MMC arasında şifahi xxxxxxxxxya əsasən “xxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı MTKnın Masazır qəsəbəsi, A.Abdullayev küçəsi 3 ünvanında inşa etdiyi yaşayış binasının elektrik təchizatı üçün 10/04 kV-luq, YT 400 kVA-lıq transformator İddiaçınə satılmış, 2019-cu ilin fevral ayında “xxxxxxxxxxxx” MMC tərəfindən quraşdırılmış və 1 il zəmanətlə istismara verilmişdir. Məhkəmə araşdırması zamanı ilkin iddia tələbi üzrə iddiaçı ( qarşılıqlı iddia tələbi üzrə cavabdeh ) İddiaçı iddai etdiyi kimi “xxxxxxxxxxxx” MMC tərəfindən yararsız və keyfiyyətsiz transfarmatorun satılması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 28710 nömrəli rəyinə əsasən mübahisəli elektrik transfarmatorunda aparılmış sınaq yoxlamasının protokolunda göstərilmiş nasazlıqlara görə İddiaçı Masazır qəsəbəsi, A.Abdullayev küçəsi 3 ünvanında inşa etdiyi yaşayış binasının elektrik təchizatı üçün 10/04 kV-luq, YT 400 kVA-lıq transformator istifadəyə yararlı deyildir.Aparılmış sınaq yoxlaması zamanı həmin transfarmatorun yuxarı və aşağı gərginlikli dolaqlarında fazalar arasında müəyyən edilmiş müqavimətlərin normadan fərqli olması transfarmatotun istismarı zamanı artıq yüklənməsindən baş verə bilərdi. İş materiallarında olan 10/04 kV-luq, YT 400 kVA-lıq transformatorun pasportunda “xxxxxxxxxxxx” MMC tərəfindən məhsul haqqında ümumi məlumat və əsas texniki göstəricilər qeyd edilməklə transfarmatorun istismara yararlı olması , istismar qaydalarına riayət etməklə 1 il zəmanət verilməsi öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli torpaqlama konturların yoxlanması haqqında“xxxxxxxxxxxx” MMC tərəfindən tətib edilmiş protokolda KTM 400kVA avadanlığı üzrə torpaqlanmanın müqaviməti normaya uyğun olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli güc transfarmatorun sınaq protokolundan görünür ki, KTM 400kVA transfamatorunun isismara yararlı olması “xxxxxxxxxxxx” MMC tərəfindən sınaq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli komplekt transfarmator yarımsatnsiyasının torpaqlama kontur qurğusunun qapalı işləri üçün tərtib edilmiş akta əsasən İddiaçı MTK-nın Masazır qəsəbəsi, A.Abdullayev küçəsi 3 ünvanında inşa etdiyi yaşayış binasının elektrik təchizatı üçün təzə quraşdırılmış 10/04 kV-luq, 400 kVA-lıq KTYnin transformator torpaqlama kontur qurğusunun qapalı işlərin yerinə yetirilməsi və torpaqlama konturunun quraşdırılması bütün mövcud normaların tələblərinə uyğun olması barədə tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Beləliklə,məhkəmə araşdırması nəticəsində “xxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı MTK-ya keyfiyyətsiz mal satılması müəyyən edilmədiyindən malın alınması ilə bağlı ödənilmiş 15000 manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulması barədə tələb rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən cavabdehin (ilkin iddia tələbi üzrə iddiaçının) öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi sübut olunmadığından qarşılıqlı iddai tələbi rədd edilməlidir. Belə ki, “xxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı MTK-ya satılmış malın dəyərinin ödənilməsi üçün hər-hansı müraciətin olunması, cavabdehə (ilkin iddia tələbi üzrə iddiaçı) təhvil verilmiş transfarmatora görə hesab –faktura təqdim edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. AR Mülki Məcəlləsinin 567-cı maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar