Məhkəmə qərarları › İş №e-2-2(113)-426/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-426/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-426/2023 13.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 19-038 nömrəli müqaviləyə əsasən yaranmış 5.901,65 manat məbləğində əsas borcun və 100 manat məbləğində ilkin mediasiya haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında malların alğı-satqısına dair xx.xx.2019-cu il tarixli 19-038 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə (əvvəlki adı "xxxx" MMC) 8.201,65 manat dəyərində mal satılmışdır. Cavabdeh MMC (əvvəlki adı"xxxx" MMC) tərəfindən bugünə kimi yalnız 2.300 manat ödəniş həyata keçirilmişdir Lakin qalan 5901.65 manat hələ də, ödənilməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iş üzrə bütün sübutların təqdim edildiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 5.901,65 manat məbləğində borcun qaldığını bildirmiş və iddianı qəbul etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) (əvvəlki adı "xxxx" MMC) arasında xx.xx.2019-cu il tarixli 19-038 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. Həmçinin işin digər mübahisləndirilməyən halı ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən 8.201,65 manat dəyərində olan mallar Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə bunun əvəzində cəmi 2.300 manat məbləğində pul ödəmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə dəyəri 2.277,4 manat olan EAAV 841445 saylı xx.xx.2019-cu il tarixli, dəyəri 436,6 manat olan EBAA 270269 saylı xx.xx.2019-cu il tarixli, dəyəri 1.144,6 manat olan EBAB 699319 saylı xx.xx.2019-cu il tarixli, dəyəri 1.162,3 manat olan EBAC 313827 saylı xx.xx.2019-cu il tarixli, dəyəri 483,8 manat olan EBAC 899835 saylı xx.xx.2019-cu il tarixli, dəyəri 590 manat olan EBAD 188181 saylı xx.xx.2019-cu il tarixli, dəyəri 188,8 manat olan EBAK 973263 saylı xx.xx.2020-ci il tarixli, dəyəri 259,6 manat olan EBAR 200087 saylı xx.xx.2020-ci il tarixli,dəyəri 2072,55 manat olan EBAR 642869 saylı xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Kapitalbank tərəfindən verilmiş qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1.930 manat, xx.xx.2019-cu il tarixdə isə 370 manat, yəni cəmi 2.300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, İddiaçı MMC tərəfindən 8.201,65 manat dəyərində malların verilməsi həm elektron qaimələrdən həmçinin də, cavabdeh tərəfin vermiş olduğu etirafedici izahatla öz təsdiqini tapmış və qeyd edilən puldan da, 2.300 manat məbləğində pulun ödənilməsini nəzərə alındığında məhkəmə hesab edir ki, cavabdehin ödənilməmiş 5.901,65 (8.201,65-2.300) manat borcu qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, 5.901,65 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xərci olaraq 100 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19-038 saylı müqaviləyə əsasən əsas borc üzrə 5.901 (beş min doqquz yüz bir) manat 65 (altmış beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar