Məhkəmə qərarları › İş №e-2-2(113)-428/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-428/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-428/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc məbləği 150.284.97 manat, ƏDV üzrə 27.050.50 manat, gecikdirilmiş borc faizi məbləği 8.866.77 manat, ümumi 186.202.24 manat, dövlət rüsumu olaraq 467.35 manat, mediasiya üçün ödədiyim 400 manat, hüquqi yardım üçün ödədiyi 210 manat, cəmi 187.279 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli N 007/2019 saylı alqı-satqı müqaviləsinə və xx.xx.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2020-ci tarixinə cəmi ödənilməli debitor borcu - baza üzrə 150.284.97 manat, ƏDV üzrə 27.050.50 manat, cəmi 177.335.47 manat təşkil etmişdir. Dəfələrlə müraciət etməyinə, rəsmi pretenziya verməyinə baxmayaraq, iddiaçıdan alınmış malların dəyəri olaraq nəzərdə tutulmuş ödəniş icra olunmamış, bununla da aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri pozulmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən əvvəlki ödənişlər iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr əsasında həyata keçirilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007/2019 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ona məxsus malları satmağı, alıcı isə onların dəyərini ödəməklə almağı öhdələrinə götürürlər. Hər partiya satılan malların adları, çeşidi, miqdarı, qiymət və məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi kimi tərtib edilmiş və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiqlənmiş “X4”na əsasən müəyyən ediləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bu müqavilə çərçivəsində satılacaq malların ümumi dəyərini ƏDV ilə birlikdə “X4”na əsasən razılaşdırırılar. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə satıcı tərəfindən satılmış mallara görə təqdim edilmiş elektron qaimə və vertılmış mallara görə təqdim edilmiş elektron qaimə və vergi-hesab fakturalarını alıcı tərəfindən isə qəbul olunmuş həmin mallarla bağlı ödəniş sənədlərini araşdıraraq belə nəticəyə gəlmişlər ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə cəmi ödənilməli debitor borcları baza üzrə 150284,97 manat, ƏDV üzrə 27050,5 manat, cəmi 177335,47 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallarla bağlı EAAZ 197053 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 846507 nömrəli xx.xx.2019-cu il tarixli, EBBA 032793 nömrəli xx.xx.2019-cu il tarixli, EBBA 291847 nömrəli xx.xx.2019-cu il tarixli, EBAE 800835 nömrəli xx.xx.2020-ci il tarixli, EBAF 151448 nömrəli xx.xx.2020-ci il tarixli, EBAF 312414 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 822068 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 598136 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 368533 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 599163 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 150643 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 881460 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 466899 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 762699 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 762702 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 762693 nömrəli xx.xx.2020-ci il tarixli, EBAL 590243 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 543446 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 299685 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 760310 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 203857 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehin hesabına ümumilikdə 169000 manat məbləğində pul mədaxil edilmişdir. İddiaçıya məxsus ƏDV depozit hesabından çıxarışdan görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 30420 manat məbləğində qalığı mövcuddur. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019cu il tarixdə 21000 manat, xx.xx.2019-cu il tarixdə 7000 manat, xx.xx.2019-cu il tarixdə 44000 manat, xx.xx.2019-cu il tarixdə 70000 manat, xx.xx.2020-ci il tarixdə 9500 manat, xx.xx.2020-ci il tarixdə 9000 manat, xx.xx.2020-ci il tarixdə 8500 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007/2019 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə əsas borc məbləği üzrə 150.284,97 manat, ƏDV üzrə 27.050,50 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc məbləği üzrə 150.284,97 manat, ƏDV üzrə 27.050,50 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən gecikdirilmiş müddət üçün Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 8.866.77 manat məbləğində faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 8.866,77 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 8.866,77 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bundan əlavə, iddia ərizəsində həmçinin tərəflər arasında yaranmış hazırkı mübahisənin hüquqi həlli istiqamətində tərəfindən çəkilmiş 210 manat hüquqi yardım xərcinin ödənilməsi tələbi də göstərilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, Məhkəməyə də sonradan təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu səbəbdən məhkəmə iddia ərizəsini “200 manat hüquqi yardım xərcinin ödənilməsi” hissəsində əsassız hesab edir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 150284,97 manat əsas borc, 27050,50 manat ƏDV, ümumilikdə 177335,47 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞH/5-02850 nömrəli arayışa əsasən, tərəflər mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 467,35 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 150284,97 (bir yüz əlli min iki yüz səksən dörd manat doxsan yeddi qəpik) manat əsas borc, 27050,50 (iyirmi yeddi min əlli manat əlli qəpik) manat ƏDV, ümumilikdə 177335,47 (bir yüz yetmiş yeddi min üç yüz otuz beş manat qırx yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 467,35 (dörd yüz altmış yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar