Məhkəmə qərarları › İş №e-2-2(113)-4282/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4282/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4282/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-dən 02 oktyabr 2024-cü il tarixli, SPARK-106/2024 saylı alqı-satqı müqaviləsi üzrə 54540,40 (əlli dörd min beş yüz qırx manat qırx qəpik) manat əsas borc, 253,62 (iki yüz əlli üç manat altmış iki qəpik) manat dövlət rüsumu, cəmi ümumilikdə 54794,02 (əlli dörd min yeddi yüz doxsan dörd manat iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 02 oktyabr 2024-cü il tarixli, SPARK-106/2024 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə ümumi dəyəri ədv daxil 110719,40 (bir yüz on min yeddi yüz on doqquz manat qırx qəpik) manat olan beton məhlulu təhvil verilib. Təhvil verilən malın dəyərinin bir hissəsi ödənilsə də,cavabdehin 54540,40 (əlli dörd min beş yüz qırx manat qırx qəpik) manat borcu qalmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Müqavilənin 4.2-ci bəndinə əsasən Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 28 gün ərzində ödəməyi öhdəsinə götürür. Lakin,cavabdeh üzərinə düşən öhdəliyi pozaraq malın dəyərini vaxtında ödəməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli (onlayn kargüzarlıq və elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Pretenziya tələbində təhvil verilən malın dəyəri səhvən 127608,80 manat qeyd edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində SPARK-106/2024 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: - 2.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən Malların təhvil verilməsi Müqavilədə və ya onun müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin Mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar Alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun. - 3.4-cü bəndinə əsasən X3 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və/və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək. - 4.2-ci bəndinə əsasən Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, Alıcı ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 15 gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində SPARK-106/2024 saylı alqı-satqı müqaviləsinə 01 saylı xx.xx.2024-cü il il tarixli əlavə razılaşmaya əsasən satıcı tərəfindən alıcıya verilməli olan malların adı və hər birinin qiyməti razılaşdırılmışdır.

10. İddiaçı MMC və Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinin imzalalrı və möhürləri ilə təsdiq edilmiş üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 86830 manat, ƏDV məbləği 15629 manat, cəmi borcu 102459.4 manat təşkil edir.

11. 29.11.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1030 manat məbləğində ödəniş edilmişdir.

12. 04.12.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1800 manat məbləğində ödəniş edilmişdir.

13. 24.10.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2610 manat məbləğində ödəniş edilmişdir.

14. 03.10.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1260 manat məbləğində ödəniş edilmişdir.

15. xx.xx.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2529 manat məbləğində ödəniş edilmişdir.

16. İddiaçı ilə cavadeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli 01 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 17930.10 manat məbləğində mal verilmişdir.

17. İddiaçı ilə cavadeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli 02 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 29736 manat məbləğində mal verilmişdir.

18. İddiaçı ilə cavadeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli 03 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 197827 manat məbləğində mal verilmişdir.

19. İddiaçı tərəfindən cavabdehə MT2410 11338305 nömrəli xx.xx.2024-cü il tarixli 58669.6 manat, MT2410 11019421 nömrəli xx.xx.2024-cü il tarixli 52049.8 manat məbləğində elektron qaimə göndərilmişdir.

V. Tətbiq edilən hüquq:

20. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

21. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:

24. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Cavabdehin qanuni təmsilçisi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında malların təhvil alınmasını və iddiaçıya borclarının olması faktını qəbul etmiş,lakin məbləği dəqiq bilmədiyini bildirmiş, lakin məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdəyeganə mübahisəli hal borcun məbləği hesab edilə bilər, hansı ki, iddiaçı tərəfindən məhkəjməyə təqdim edilən üzləşmə aktı ilə borcun məbləği təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 54540.40 manat məbləğində borcu qalması iş materialları ilə təsdiq edilir və təmin edilməlidir. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi,elektron qaimə və təhvil-təslim aktları, hesabdan çıxarış və üzləşmə aktı ilə ilə təsdiq edilir.

26. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 54540.40 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 54540.40 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 253.62 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

28. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 253.62 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 54540.40 (əlli dörd min beş yüz qırx manat qırx qəpik) manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumu kimi 253.62 (iki yüz əlli üç manat altmış iki qəpik) manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar