Məhkəmə qərarları › İş №e-2-2(113)-4291/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4291/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4291/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X6 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 (VÖEN:**********) 17 yanvar 2022-ci il tarixli, 18-İ/22 saylı alğı-satqı müqaviləsinə əsasən yaranmış 1628,60 manat borc, 230 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 60 manat, cəmi 1918,60 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X8 ilə arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alğı-satqısına dair 17 yanvar 2022-cu il tarixli, 18-İ/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X9 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17 yanvar 2022-ci il tarixli, 18-İ/22 nömrəli İddiaçı MMC ilə cavabdeh X8 arasında bağlanmış malların alqı-satqısı qaydaları haqqında müqavilədən görünür ki, bu müqaviləyə əsasən tərəflərin müqaviləni imzaladığı və təsdiq etdiyi andan etibarən İddiaçı MMC-nin rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli və spirtsiz içkilər və s məhsulları X1 nəzərə alınmaqla, qaimə-faktura əsasında X3 öz öhdəsinə götürür. Müqavilənin 4.2.4-cü maddəsinə görə, X8 tərəfindən təhvil alınan malların dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malların dəyərinin ödənilməmiş qalığının 0,2 % həcmində peniya ödəyir. xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 024833 nömrəli və xx.xx.2022-ci il tarixli EBBS seriyalı 480222 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1628,60 manat olan malları X2. 0115-142 və 0115-258 nömrəli xx.xx.2022 və xx.xx.2022-ci il tarixli satış fakturalardan görünür ki, elektron qaimələrdə qeyd edilən mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli MŞB/6-2979 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 60 manat məbləği ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh X8 arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə 1628,60 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə qeyd olunları nəzərə alaraq hesab edir ki, iddia 1628,60 manat əsas borc və 60 manat mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 31,40 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 1628,60 manat əsasə borc, 31,40 manat dəbbə pulu və 60 manat mediasiya xərci, cəmi 1720 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X4 1628,60 manat əsasə borc, 31,40 manat dəbbə pulu və 60 manat mediasiya xərci cəmi 1720 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar