Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4293/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “X2 ve X4 ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 və X5 Ve Diş Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialından (VÖEN: **********) xx.xx.2024cü il tarixdə ödəniş tapşırığı ilə ödənilmiş 36.720 manat və xx.xx.2024-cü il tarixdə köçürmə bildirişi ilə ödənilmiş 6609,60 manat, cəmi 43.329,6 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 220 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi/vəkili Vəkil xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə/vəsatət ilə müraciət edərək İddiaçı MMC ilə cavabdeh “X2 və X5 Ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında barışıq əldə edildiyi üçün cavabdehə “X3 və X5 Ve Diş Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı (VÖEN **********) xx.xx.2024-cü il tarixdə ödəniş tapşırığı ilə ödənilmiş 36720 manat və xx.xx.2024-cü il tarixdə köçürmə bildirişi ilə ödənilmiş 6609,60 manat, cəmi 43329,6 manat məbləğində pul tələbi ilə bağlı iddiadan imtina edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci maddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X2 ve X4 ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 220 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4293/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4293/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver