Məhkəmə qərarları › İş №e-2-2(113)-4296/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4296/2025

04.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4296/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3326,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,17 manat, İşsizlikdən sığorta fonduna olan ,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu yer və tarix xx xxxxxxxx 1991-ci il, Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 3326,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 3160,41 manat, faizlər üzrə 166,02 manat) ,"X1 Kök Hüceyrə və Toxuma Mərkəzi" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3,17 manat, "X2" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna ,43 manat olmaqla, ümumilikdə 3330,03 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli ******************.04.2023-cü il tarixli **********399300-cü il tarixli nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmişdir, ərizəçi ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tələbi qəbul etməyərək izahatında bildirdi ki, vergi öhdəliyinin mövcudluğunu qəbul edir. Lakin borcun məbləğinin hesablanmasında texniki yalnışlıq olmuşdur. Hesab edir ki, yaranmış vergi öhdəliyi sadələşdirilmiş qaydada hesablanmalıdır. Bu barədə dəqiqləşmələrin aparılması üşün "xxxx" MMC tərəfindən vergi orqanına məktub ünvanlanmış, həmin məktub “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Belə ki, dəqiqləşdirmələrin aparılacağı təqdirdə cəmi hesablanmış vergi borcunun məbləğində 2000 manata yaxın fərq olacaqdır. Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxs tərəfindən həyata keçirilmiş artıq ödəmələr nəticəsində dövlətin maraqlı şəxsə borcu yaranmışdır. Həmin ödənişlərlə vergi borcumuzun əvəzləşdirilməsi məqsədi ilə ərizəçiyə məktub ünvanlanmış, lakin həmin məktuba mahiyyəti üzrə cavab ala bilməmişdir.

5. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, maraqlı şəxsin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir.

6. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:

7. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü optik mallarının pərakəndə satışı fəaliyyəti olan "xxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdır.

8. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü laboratoriyaların fəaliyyəti olan "X1 Kök Hüceyrə və Toxuma Mərkəzi" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdır.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən "X1 Kök Hüceyrə və Toxuma Mərkəzi" MMC-yə ünvanlanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli **********5 nömrəli bildirişdən görünür ki, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 504.24 manat, faizlər üzrə 39.15 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan vergi borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********3 nömrəli bildirişdən görünür ki, vergilər üzrə 3260.14 manat, faizlər üzrə 159.52 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

11. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borc 5782.29 manat təşkil edir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən "xxxx" MMC-nin xx.xx.2025ci il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borc 1558.24 manat təşkil edir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin 04 iyun 2025-ci il tarixə olan vergi borcu (VÖEN: **********) 1558.24 manat təşkil edir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən "X2" MMC-nin xx.xx.2025-ci il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, qalıq borc 0.00 manat təşkil edir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən "X1 Kök Hüceyrə və Toxuma Mərkəzi " MMC-nin xx.xx.2025-ci il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, qalıq borc 0.00 manat təşkil edir.

16. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müəssisənin şəxsi vərəqəsində muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 43.13 manat, muzdlu işlə əlaqədar MDSS haqqı üzrə 1335.04 manat və İcbari Tibbi Sığorta haqqı üzrə 173.24 manat mövcud olan cəmi 1551.41 manat məbləğin vergilər üzrə borcla əvəz edilməsi, şəxsi hesab vərəqəsində müvafiq düzəlişin edilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzi əsasında "xxxx" MMC tərəfindən Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi olaraq 636 manat ödəniş həyata keçirilmişdir.

18. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "X1 Kök Hüceyrə və Toxuma Mərkəzi" MMC və "X2" MMC öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdə Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hüquqi şəxslərə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və digər fondlara olan borcların ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borclular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

19. Məhkəmə icraatının gedişində maraqlı şəxs tərəfindən borcun bir qismi ödənilmiş, daha sonra xx.xx.2025-ci il tarixli məktubla ərizəçiyə müraciət olunaraq işsizlikdən sığorta haqqı üzrə 43.13 manat, məcburi dövlət sosial haqqı üzrə 1335.04 manat, icbari tibbi sığorta haqqı üzrə 173.24 manat olmaqla cəmi 1551.41 manat ödənilmiş məbləğin vergi üzrə borcla əvəz edilməsi xahiş olunmuş, ərizəçi tərəfindən həmin müraciətə baxılması məqsədi ilə məhkəmə iclası 2 dəfə təxirə salınmış, lakin sonuncu məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi müraciətə rəsmi cavab verilmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli şəxsi hesab vərəqəsindən və İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin 04 iyun 2025-ci il tarixə olan vergi borcu 1558.24 manat təşkil etmişdir.

20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3326,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,17 manat, İşsizlikdən sığorta fonduna olan, 43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

26. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3326,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,17 manat, İşsizlikdən sığorta fonduna olan ,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar