Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-43/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Müslüm oğlunun Cavabdehnə (MMC) qarşı pul tələbi barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı Müslüm oğluna qarşı pul tələbi barədə qarşılıqlı iddialarına dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müslüm oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə yaranmış borc üzrə 50000 manat, borcun gecikdirilməsinə görə 2018 – ci il noyabrın 16dək illik 5 faizlə hesablanan 2100 manat faiz və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3695,21 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin İddiaçı Müslüm oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış 16 noaybr 2015 - ci il tarixli abunə müqaviləsinin 5.13 – cü bəndinə əsasən, təqdim edilmiş xidmətlərin müqabilində, abunəçi tərəfindən ödənilmiş xidmət haqqlarının cəmi məbləğinin 10 faizi miqdarında məbləğ müvafiq ilin sonunda cavabdeh tərəfindən mənim xeyrinə hesablanmalı idi. Cavabdehin müqavilə əsasında istifadəsinə verdiyi 5000 mobil nömrə üzrə müqavilənin ilk 3 ili ərzində cəmi təxminən 500000 manat cavabdehə pul ödənilmişdir: Ödənilmiş xidmət haqqlarının cəmi 1-ci il təxminən 100000 manat, 2-ci il təxminən 220000 manat, 3-cü il təxminən 180000 manat təşkil etmişdir. Bu rəqəmlərin təxmini yazılmasının səbəbi odur ki, məbləğin dəqiq uçotu Cavabdeh MMC tərəfindən aparılır və bu texniki imkana o, malikdir, İddiaçıya ödənilməli olan məbləği yayındırmaq üçün, məbləğ barədə dəqiq rəsmi sənəd təqdim edilmir. Buna müvafiq olaraq, 1-ci il üçün 10000 manat, 2-ci il üçün 22000 manat və 3-cü il üçün 18000 manat məbləğ ödənilməli olduğu halda, dəfələrlə müraciət olunsa da öhdəlil icra olunmamışdır. Qarşlılıqlı iddia onunla əsaslandırılmışdır ki, 16 noyabr 2015 - ci il tarixli abunə müqaviləsi üzrə İddiaçı Müslüm oğlunun 3695,21 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Vəkil1 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 16 noyabr 2015-ci il tarixli abunə müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini İddiaçı Müslüm oğluna təmin edir, sonuncu isə müqavilədə və tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.13-cü bəndində qeyd olunmuşdur ki, “Bu müqavilənin qüvvədə olduğu ikinci il ərzində təqdim edilmiş Xidmətlərin müqabilində abunəçi tərəfindən ödənilmiş xidmət haqlarının cəmi məbləğinin 10 faizi miqdarında olan məbləğ hesablanaraq müvafiq ilin sonunda Cavabdeh tərəfindən müəyyən edilən şəklində Abunəçinin xeyrinə hesablanır”. Eyni zamanda müqavilənin 9.1-ci bəndində qeyd olunmuşdur ki, “Hazırkı müqavilə hər iki Tərəflə imzalandığı tarixdən (2.3 bəndinə uyğun olaraq həyata keçirilən nömrə daşınması halında belə daşınmanın uğurlu həyata keçməsi tarixindən) etibarən qüvvəyə minir və 3 ilə nəzərdə tutulmuş qaydada xitam verilənədək etibarlı hesab olunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən göründüyü kimi tərəflər arasında 16 noyabr 2015-ci il tarixli abunə müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə hər iki tərəfin borclu olduqlarını və bununla bağlı məhkəmədə bir birlərinə qarş qarşılıq iddia tələbi irəli sürmüşlər. Bununla bağlı məhkəmə işin ədalətli və obyektiv həlli məqsədilə məhkəmə mühasibatlıq ekspertiza təyin edilmiş və mübahisə predmeti olan müqavilənin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən aparılmış ödənişlərin məbləği və İddiaçı Müslüm oğlunun cavabdeh şirkətə olan borc məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün ekspert qarşısında suallar qoyulmuşdur. Lakin MEM-in 22 iyul 2021-ci il tarixli, 9/3795 saylı rəyində iş materiallarında olan 16 noyabr 2015-ci il tarixli abunə müqaviləsi və xidmət aktları ilə müəyyən edilmiş borc məbləğini təsdiq edən mühasibat sənədləri ("xxxx" MMC ilə X1 arasında müavilə daxilində X2 tərəfindən görülmüş işləri əks etdirən məlumatlar. Xidmətin müqabilində İddiaçı ödənilən komisyon haqqı barədə məlumatlar, ödəniş qəbzləri) öz əksini tapmadığından hazırkı tədqiqatla iş materiallarında olan sənədlər əsasında cavabdeh "xxxx" MMC-nin İddiaçı Müslüm oğluna borcunun müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Bundan başqa iş materillarının İİ cild İ.V 83-dən 134-dək məluma məlumat mövcud olduğu, lakin həmin məlumatlarda olan göstəricilərin nədən ibarət olması ilə bağlı hər hansı məlumat olmadığından göstərilən sənədlər üzrə tədqiqatın aparılmasının mümkün olmadığı bildirilmişdir. İşin hallarında və ekspert rəyindən də göründüyü kimi hər iki tərəf iddia ərizələrində istinad etmiş olduğu halları məhkəmə prosesi gedişində əsasldırmamış və belə bir borc məbləğinin mövcudluğunu sübuta yetirməmiş və istər məhkəməyə, istərsə də ekspertə sübut təqdim edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “... ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddiaların əsasını təşkil edən hallar təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmadığına görə ilkin və qarşılıqlı iddialar rədd olunmalıdır. Hər iki iddianın rədd olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərə aid olunmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi ilkin iddiaçıdan, 50 manat məbləğində hissəsi isə ilkin iddia üzrə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Müslüm oğlunun Cavabdehnə qarşı pul tələbi barədə ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçı Müslüm oğluna qarşı pul tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi İddiaçı Müslüm oğlundan, 50 manat məbləğində hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-43/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-43/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver