Məhkəmə qərarları › İş №e-2-2(113)-4306/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4306/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4306/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli HİS 56- 21 saylı Alqı-satqı müqaviləsinə xitam verilməsi, cavabdehdən xx.xx.2021-ci il tarixli HİS 56-21 saylı Alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 88.987,69 AZN məbləğində borcun, 2225 AZN faiz məbləğinin, 60.000 AZN maddi və mənəvi zərər məbləğinin – cəmi 151.212,69 AZN məbləğində pulun və 442 AZN məhkəmə xərclərinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli HİS 56- 21 saylı Alqı-satqı müqaviləsinə xitam verilməsi, cavabdehdən xx.xx.2021-ci il tarixli HİS 56-21 saylı Alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 88.987,69 AZN məbləğində borcun, 2225 AZN faiz məbləğinin, 60.000 AZN maddi və mənəvi zərər məbləğinin – cəmi 151.212,69 AZN məbləğində pulun və 442 AZN məhkəmə xərclərinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Birlikdə TƏRƏFLƏR, ayrılıqda TƏRƏF kimi adlandırılaraq: - bir tərəfdən iddiaçı, ünvan 1 ünvanında qeydiyyatda olan fərdi sahibkar X5 (VÖEN **********), - digər tərəfdən cavabdeh, Bakı şəhəri Sabunçu rayonu Zabrat ŞTQ, Babək küçəsi 20 ünvanında qeydiyyatda olan, ünvan 2 Cavabdeh MMC (VÖEN **********), Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Zaur Pirverdiyevin icraatında olan X2 Cavabdeh MMC-yə qarşı "borcun, faiz məbləğinin, zərərin və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair 2-2( 113)-4306/2023 saylı mülki iş üzrə aralarındakı mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisələri və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə Barışıq Sazişi bağlayırlar.

1. SAZİŞİN ŞƏRTLƏRİ

1. Cavabdeh MMC, xx.xx.2021-ci il tarixli HİS 56-21 saylı Alqı-satqı müqaviləsi üzrə X3 75.413,30 manat məbləğində əsas, 13.574,39 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 88.987,69 manat məbləğində borcunun olduğunu qəbul və təsdiq edir.

2. Cavabdeh MMC, X5 ilə aralarında imzalanmış xx.xx.2021-ci il tarixli HİS 56-21 saylı Alqı-satqı müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə razıdır və etirazı yoxdur.

3. Cavabdeh MMC, ümumilikdə 88.987,69 manat məbləğində borcunu aşağıdakı cədvəldəki kimi, 2023-cü ilin sentyabr ayından başlayaraq 6 (altı) ay müddətində bərabər hissələrlə, hər ayın birinci həftəsində ilk 5 (beş) iş-bank günü müddətində əsas borc və ƏDV borcu olmaqla X3 ödəməyi öhdəsinə götürür.

Ödəniş tarixi Məbləğ Məbləğ Cəmi ödəniş № (hər ayın birinci həftəsinin ilk 5 (əsas borc) (ƏDV borcu) məbləği (beş) iş-bank günü ərzində AZN AZN AZN

1 Sentyabr 2023 12.569 2262,42 14.831,42 2 Oktyabr 2023 12.569 2262,42 14.831,42 3 Noyabr 2023 12.569 2262,42 14.831,42 4 Dekabr 2023 12.569 2262,42 14.831,42 5 Yanvar 2024 12.569 2262,42 14.831,42 6 Fevral 2024 12.568,30 2262,29 14.830,59 75.413,30 13.574,39 88.987,69

4. Cavabdeh MMC, ümumilikdə 88.987,69 manat məbləğində borcunu Sazişin 3-cü bəndində qeyd edilmiş formada və müddətdə ödəməyi öhdəsinə götürdüyünə görə, X5 cavabdeh MMC-yə qarşı irəli sürdüyü, Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Zaur Pirverdiyevin icraatında olan “borcun. faiz məbləğinin, zərərin və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair 2-2(113)- 4306/2023 saylı mülki iş üzrə qalan digər iddia tələblərindən imtina etməyi öhdəsinə götürür.

5. Bu Sazişin imzalaması və təsdiq edilməsi ilə Tərəflər qəbul edirlər ki, Sazişin 1-ci bəndində qeyd edilən məbləği və Sazişin 2-ci bəndində qeyd edilən müqavilənin vaxtından əvvəl xitamını gələcəkdə mübahisələndirməyəcəklər və bir-birlərinə qarşı iddia irəli sürməyəcəklər.

2. ÖHDƏLİKLƏRİN İCRASİ

Tərəflər bu Sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin işə baxan Məhkəmə tərəfindən bu Sazişin təsdiqi barədə qərardadın aidiyyəti icra şöbəsinə məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməli olduğunu bəyan edirlər və razılaşırlar.

3. DİGƏR MÜDDƏALAR

1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, kənar təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır.

2. Tərəflər bu Saziş ilə üzərlərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Tərəflər Sazişin şərtlərini pozduqda, yaranmış mübahisə ilk öncə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini əlavə tələb əsasında ödəməlidir.

3. Bu Saziş 2-2(113)-4306/2023 saylı mülki işə baxan məhkəmə tərəfindən qərardadla təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları Tərəflər üçün məcburi olur. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar