Məhkəmə qərarları › İş №e-2-2(113)-4313/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4313/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4313/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9917.50 (doqquz min doqquz yüz on yeddi manat 50 qəpik) manat alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 22 aprel 2019-cu il tarixində 09 saylı alğı-satqı müqaviləsi bağlanmış, direktorların imzası və müəssisələrin möhrü ilə təsdiqlənmişdir. Alğı-satqı müqaviləsinin şərtlərinə görə həmin dövrdə Cavabdeh MMC İddiaçındən 10.517,50 (on min beş yüz on yeddi manat 50 qəpik) AZN (ƏDV xaric) dəyərində beton məhlulu almışdır. Bundan sonra 07 avqust 2020-ci il tarixində üzləşdirmə olmuş və həmin üzləşdirmədə müəyyən olmuşdur ki, bağlanmış müqaviləyə əsasən alıcı Cavabdeh MMC-nin satıcı İddiaçınə ƏDV xaric 10517.50 (on min beş yüz on yeddi manat 50 qəpik) AZN borcu var, lakin buna baxmayaraq Cavabdeh MMC sözügedən borcdan heç bir məbləğ ödəməmişdir. Bu səbəbdən də 20 may 2021-ci il tarixində Cavabdeh MMC-yə pretenziya məktubu göndərərək 10517.50 (on min beş yüz on yeddi manat 50 qəpik) AZN (ƏDV xaric) borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Bundan sonra borclu olan Cavabdeh MMC sözügedən 10517.50 (on min beş yüz on yeddi manat 50 qəpik) AZN (ƏDV xaric) borcdan 600 (altı yüz) manat dəyərində məbləği ödəmiş yerdə qalan 9917.50 (doqquz min doqquz yüz on yeddi manat 50 qəpik) AZN (ƏDV xaric) borcu ödəməkdən qərəzli şəkildə yayınır. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olamdan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı və Cavabdeh MMC arasında imzalanmış 22 aprel 2019-cu il tarixli 9 nömrəli alğı-satqı müqaviləsində qeyd olunmuşdur ki, “satıcı” razılaşmaya əsasən beton məhlulunu hazırlayaraq, “alıcı”nın tikinti sahəsinə verməyi öhdəsinə götürür. “alıcı” “satıcı” tərəfindən onun sahəsinə verilmiş beton məhlulunu qəbul edir və dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada “satıcı”nın bankda olan hesablaşma hesabına köçürür. İddiaçı və Cavabdeh MMC arasında tərtib edilmiş 7 avqust 2020 tarixli üzləşmə aktında Cavabdeh MMC-nin İddiaçınə 10.517,5 manat borcunun olması qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh MMC arasında 22 aprel 2019-cu il tarixli 9 nömrəli alğı-satqı müqaviləsi imzalanmış, müqaviləyə əlavələrdə qeyd olunacaq malların dəyərinin ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Hazırda iddiaçı qeyd olunan müqavilə üzrə əsas borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə cavabdehin 22 aprel 2019-cu il tarixli 9 nömrəli alğı-satqı müqaviləsi üzrə borcu olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə eləcə də üzləşmə aktı iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 9917.50 (doqquz min doqquz yüz on yeddi manat 50 qəpik) manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9917.50 (doqquz min doqquz yüz on yeddi manat 50 qəpik) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar