Məhkəmə qərarları › İş №e-2-2(113)-4315/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4315/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4315/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən GS -17/20 saylı, 12 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 385475,91 manat, bu ödənişlərə əlavə olaraq mediasiya sessiyasında iştirak etməmələri səbəbindən iddiaçının ödədiyi 400,00 manat mediasiya xərci, ümumilikdə 385875,91 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdehdən GS -17/20 saylı, 12 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 258611,71 manat, bu ödənişlərə əlavə olaraq mediasiya sessiyasında iştirak etməmələri səbəbindən iddiaçının ödədiyi 400,00 manat mediasiya xərci, ümumilikdə 259011,71 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət 2014-cü ildə Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahəsini müxtəlif çeşidli mallar üzrə təchizat xidmətləri təşkil edir. 12 fevral 2020-ci il tarixində tərəflər arasında “GS – 17/20” nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq satıcı elektronqaimədə göstərilən malları alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və alıcı də öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında cavabdehə təhvil verilmişdir. Beləliklə iddiaçı müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin yuxarıda sadalananlara baxmayaraq, alıcı uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə iddiaçı tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 258611,71 manat, bu ödənişlərə əlavə olaraq Alıcının mediasiya mərhələsində iştirak etməməsi səbəbindən iddiaçının ödənişini həyata keçirdiyi 400,00 AZN, toplam olaraq 259011,71 manat borcu vardır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, daha sonra Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4315/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, qiyabi qətnamə ləğv edilməklə hazırkı iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Seyfəddinli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə qiyabi qətnamə çıxarıldıqdan sonra hər hansı ödəniş edilməmiş, tərəflər arasında mübahisənin məhkəmədənkənar həllinə nail olunmamışdır. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən borcu qəbul etdiklərini, lakin hazırda həmin borcu birdəfəlik ödəməyə cavabdehin maddi imkanının olmadığını, həmin borcun ayda 10000 manat olmaqla ödənilməsinin mümkün olduğunu göstərmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 12 fevral 2020-ci il tarixdə GS-17/20 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya sifariş olunmuş malalrı satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı e-mail vasitəsi ilə tələb olunan malın adını sifariş verir, satıcı isə mal haqqında təklifi e-mail vasitəsilə alıcıya göndərir. Təklif Əlavə ilə razılaşdırılqdan sonra sifariş tamamlanmış hesab olunur. Müqavilənin 6.1-ci bəndinə əsasən malın qiyməti bu müqaviləyə ediləcək Əlavələr ilə müəyyənləşdirilir. Alıcı tərəfindən ödəniş satıcının təqdim etdiyi hesab faktura tarixindən 60 təqvim günü ərzində həyata keçiriləcəkdir. Müqaviləyə 01 saylı xx.xx.2020-ci il tarixli X3 Protokoluna əsasən tərəflər satılacaq malın təsvir, qiyməti, miqdarı barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3421 nömrəli hesab fakturaya əsasən 1156,4 manat, xx.xx.2021-ci il tarixli 3354 nömrəli hesab fakturaya əsasən 2448,5 manat, xx.xx.2021-ci il tarixli 3372 nömrəli hesab-fakturaya əsasən 76,7 manat, xx.xx.2021-ci il tarixli 3395 nömrəli hesab-fakturaya əsasən 2149,86 manat, xx.xx.2021-ci il tarixli 3412 nömrəli hesab-fakturaya əsasən 767 manat, xx.xx.2021-ci il tarixli 3477 nömrəli hesab-fakturaya əsasən 254,88 manat, xx.xx.2021-ci il tarixli 3473 nömrəli hesab fakturaya əsasən 673,07 manat, xx.xx.2021-ci il tarixli 3481 nömrəli hesab-fakturaya əsasən 1677,96 manat, xx.xx.2021-ci il tarixli 3517 nömrəli hesab fakturaya əsasən 68,44 manat, xx.xx.2021-ci il tarixli 3430 nömrəli hesab-fakturaya əsasən 132,16 manat, xx.xx.2021-ci il tarixli 3719 nömrəli hesab-fakturaya əsasən 859,95 manat, xx.xx.2021-ci il tarixli 3855 nömrəli əsasən 9086 manat, xx.xx.2021-ci il tarixli 3872 nömrəli hesabfakturaya əsasən 1033,68 manat, xx.xx.2021-ci il tarixli 3873 nömrəli hesab-fakturaya əsasən 11,33 manat, xx.xx.2021-ci il tarixli 3962 nömrəli hesab-fakturaya əsasən 1113,45 manat, xx.xx.2021-ci il tarixli 3959 nömrəli hesab fakturaya əsasən 18,17 manat, xx.xx.2021-ci il tarixli 3961 nömrəli hesab-faktura ilə 1239 manat, xx.xx.2021-ci il tarixli 4053 nömrəli hesab fakturaya əsasən 266,96 manat, xx.xx.2021-ci il tarixli 4157 nömrəli hesab-fakturaya əsasən 710,12 manat, xx.xx.2021-ci il tarixli 4173 nömrəli hesabfakturaya əsasən 9381 manat, xx.xx.2022-ci il tarixli 321 nömrəli hesab-fakturaya əsasən 324,65 manat, xx.xx.2022-ci il tarixli 383 nömrəli hesab-fakturaya əsasən 1180 manat, xx.xx.2022-ci il tarixli 381 nömrəli hesab-fakturaya əsasən 1062 manat, xx.xx.2022-ci il atrixli 425 nömrəli hesab-fakturaya əsasən 1580,85 manat, xx.xx.2022-ci il tarixli 451 nömrəli, xx.xx.2022-ci il tarixli 472 nömrəli hesab-faktura ilə 258,9 manat, xx.xx.2022-ci il tarixli 471 nömrəli hesab-fakturaya əsasən 236 manat, xx.xx.2022-ci il tarixli 556 nömrəli hesab-fakturaya əsasən 232,34 manat, xx.xx.2022-ci il tarixli 538 nömrəli hesab-fakturaya əsasən 153,4 manat, xx.xx.2022-ci il tarixli 534 nömrəli hesab-fakturaya əsasən 767 manat, xx.xx.2022-ci il tarixli 533 nömrəli hesab-fakturaya əsasən 1711 manat, xx.xx.2022-ci il tarixli 613 nömrəli ödəniş sənədinə əsasən 1566,45 manat, xx.xx.2022-ci il tarixli 614 nömrəli hesab fakturaya əsasən 472 manat, xx.xx.2022-ci il tarixli 711 nömrəli hesab-fakturaya əsasən 909,78 manat, xx.xx.2022-ci il tarixli 737 nömrəli hesab-fakturaya əsasən 955,8 manat, xx.xx.2022-ci il tarixli 739 nömrəli hesab-fakturaya əsasən 664,58 manat, xx.xx.2022-ci il tarixli 738 nömrəli hesab-fakturaya əsasən 250,75 manat, xx.xx.2022-ci il tarixli 4483 nömrəli hesab-fakturaya əsasən 129,8 manat, məbləğində ödəniş cavabdeh tərəfindən həyata keçirilməlidir. İddiaçı tərəfindən cavabdehə EBBL 036049 nömrəli xx.xx.2021-ci il, EBBK 883855 nömrəli xx.xx.2021-ci il, EBBL 303492 nömrəli xx.xx.2021-ci il, EBBL 297014 nömrəli xx.xx.2021-ci il, EBBL 334100 nömrəli xx.xx.2021-ci il, EBBL 465091 nömrəli xx.xx.2021ci il, EBBL 085622 nömrəli xx.xx.2021-ci il, EBBM 056065 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 699805 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 703635 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 703654 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 026990 nömrəli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, EBBN 023046 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 024382 nömrəli xx.xx.2021-ci il, EBBN 372232 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 453788 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 767804 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 812599 nömrəli xx.xx.2021-ci il tarixli, EBBQ 615813 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 855066 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 876093 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 964887 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 205742 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 257340 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 255989 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 609050 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 535681 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 528060 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 52835 nöməli xx.xx.2022-ci il tarixli, EBBR 768059 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 768526 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 768526 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 151983 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 327304 xx.xx.2022-ci il tarixli, EBBS 332825 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 329840 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 2448,50 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 76,70 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 2149,85 manat, xx.xx.2012-ci il tarixli ödəniş sənədinə əsasən 1021,88 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1021,88 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 673,07 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1677,96 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 68,44 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 143,49 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 859,93 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 9086 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1033,68 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 143,49 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1113,45 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 18,17 manat, xx.xx.2021-ci il tarixli 1239 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 266,95 manat, xx.xx.2021-ci il tarixli 4079 nömrəli ödəniş tapşırığına əsasən 424,8 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 424,80 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 710,12 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 9381 manat, xx.xx.2022-ci il 324,64 manat, xx.xx.2022-ci il tarixli 4773,10 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1534 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 695,85 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 885 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 258,89 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 236 manat, xx.xx.2022-ci il tarixli 153,40 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 767 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1711 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1566,45 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1534 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 909,78 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 955,80 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 664,58 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 250,75 manat iddiaçıya ödəniş edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbulu aktlarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə mallar cavabdehə təhvil verilmişdir. Hüquqi dəyərləndirmə: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən xarici investor – investisiya fəaliyyətini həyata keçirən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, habelə xarici dövlətdir. Belə ki, materiallardan görünür ki, cavabdeh xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi, ev (H.Əliyev adına X4)-dur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GS-17/20 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, həmin halın cavabdeh tərəfindən də təkzib edilmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 258611,71 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 258611,71 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 258611,71 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 675 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 258611,71 (iki yüz əlli səkkiz min altı yüz on bir manat yetmiş bir qəpik) manat məbləğində pul və ödənilmiş 675 (altı yüz yetmiş beş) manat dövlət rüsumu tutularaq iddiaçı "General Supply” QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar