Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-433/2023 28.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 yanvar 2020-ci il tarixli, KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə və 27 noyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən satılan mallara görə yaranan 17103 (on yeddi min yüz üç) manat, ƏDV borcu qismində 3078,54 manat (üç min yetmiş səkkiz manat əlli dörd qəpik) olmaqla, cəmi 20181,54 (iyirmi min yüz səksən bir manat əlli dörd qəpik) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə bir tərəfdən İddiaçı MMC (satıcı), digər tərəfdən Cavabdeh MMC (alıcı) arasında KTTA 01/0120 saylı alqısatqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən alıcı müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin 4-cü maddələrinə əsasən satıcının aşağıdakı hüquqları var: 4.1.2. alıcıdan malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək. Müqavilənin 4.4-cü maddəsinə əsasən alıcının malın qiymətini ödəmək, müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək kimi vəzifələri var. 27 noyabr 2020-ci il tarixdə 08 yanvar 2020-ci il tarixli, KTTA 010120 saylı müqavilə üzrə 08 yanvar 2020-ci il tarixindən 27 noyabr 2020-ci il tarixi arasında dövrə aid üzləşmə aktı tərtib edilmişdir, həmin akt İddiaçı MMC-nin mühasibi, Cavabdeh MMC-nin baş mühasibi, Cavabdeh MMCnin direktoru tərəfindən imzalanaraq təsdiqlənmişdir və cəmiyyətlər tərəfindən möhürlənmişdir. Həmin akta əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 27 noyabr 2020ci il tarixinə olan ümumi əsas borc məbləği 17103 (on yeddi min bir yüz üç) manat, o cümlədən ƏDV borc məbləği 3078,54 manat (üç min yetmiş səkkiz manat əlli dörd qəpik) təşkil edir. ƏDV daxil ümumi borc məbləği 20181,54 manat (iyirmi min bir yüz səksən bir manat əlli dörd qəpik) olaraq təsdiq olunur. Cavabdeh MMC sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. 16 avqust 2022-ci il tarixdə elektron məhkəmə portalı və Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsi ilə Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə öhdəliklərin icrası üçün 3 gün vaxt verilmişdir. Buna baxmayaraq, cavabdeh həmin məbləği ödəməmişdir. 31 avqust 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsi ilə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. 20 sentyabr 2022-ci il tarixdə 9 saylı Bakı Mediasıya Təşkilatına ilkin mediasiya sessiyası keçirilməsi üçün müraciət edilmişdir. 07 oktyabr 2022-ci il tarixdə cavabdehin müvafiq nümayəndəsi mediasiya sessiyasında və digər sessiyalarda iştirak etmək istəmədiyini bildirmişdir. Nəticədə 9 saylı Bakı Mediasıya Təşkilatı tərəfindən arayış verilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən 08 yanvar 2020-ci il tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə və 27 noyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən satılan mallara görə yaranan 17103 (on yeddi min yüz üç) manat, ƏDV borcu qismində 3078,54 manat (üç min yetmiş səkkiz manat əlli dörd qəpik) olmaqla, cəmi 20181,54 manat (iyirmi min yüz səksən bir manat əlli dörd qəpik), pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 2018 (iki min on səkkiz) manat faiz borcu və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 08 yanvar 2020-ci il tarixli, KTTA 01/0120 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin spesifikasiya(lar)ında xüsusi şərtlər də nəzərdə tutula bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad olan malı verir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtından əvvəl icrasına yol verilir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən satıcı malın bu müqavilə və ona əlavələr üzrə razılaşdırılmış keyfiyyət və kəmiyyətə uyğun olması üzrə tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən qiymətin ödənişin forması və qaydası bu müqaviləyə Spesifikasiya(lar)da müəyyən edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın təhvil-təslimi və çatdırılması (daşınması) bu müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə(lər)ində qeyd olunan şərtlər əsasında həyata keçirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Həmin müqavilənin 3.3cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayırlar. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcı keyfiyyətsiz və ya kəmiyyətcə çatışmayan malı qəbul etməkdən imtina edə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən malın təhvil alınması və bununla bağlı təhvil sənədin imzalanması alıcını sonradan aşkar edilmiş malın keyfiyyətsiz və kəmiyyətcə çatışmayan olması ilə bağlı pretenziya hüququndan məhrum etmir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə Spesifikasiya və xüsusi şərtlər adlı 01 nömrəli Əlavədən görünür ki, tərəflər sözügedən əlavədə qeyd edilən satın alınacaq malın adı, ölçü vahidi və qiymətini razılaşdırmışlar. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 101816 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 47200 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 713268 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 43660 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 502558 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50150 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 264032 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 35400 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 349613 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 59000 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 943872 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 147500,01 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 261353 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 40120,01 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 779734 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 794384 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 94400,01 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 036098 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19942 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 221441 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 70800 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 594169 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 47200 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 732587 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153400 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 155584 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 141600 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC və Cavabdeh MMC arasında tətib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixi arasında dövrə aid Cavabdeh MMC-nin İddiaçı MMC-yə 17103 (on yeddi min yüz üç) manat, ƏDV borcu qismində 3078,54 manat (üç min yetmiş səkkiz manat əlli dörd qəpik) olmaqla, cəmi 20181,54 (iyirmi min yüz səksən bir manat əlli dörd qəpik) manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini cavabdehdən 08 yanvar 2020-ci il tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə əsasən yaranan 17103 (on yeddi min yüz üç) manat və ƏDV borcu qismində 3078,54 manat (üç min yetmiş səkkiz manat əlli dörd qəpik) olmaqla, cəmi 20181,54 (iyirmi min yüz səksən bir manat əlli dörd qəpik) manat əsas borc məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə cavabdehdən 08 yanvar 2020-ci il tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə əsasən yaranan 17103 (on yeddi min yüz üç) manat və ƏDV borcu qismində 3078,54 manat (üç min yetmiş səkkiz manat əlli dörd qəpik) olmaqla, cəmi 20181,54 (iyirmi min yüz səksən bir manat əlli dörd qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 2018 (iki min on səkkiz) manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən 1 il 3 ay 20 gün müddətində gecikdirməyə görə (qeyd: xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə 20181,54 manat ƏDV daxil borc məbləğinin ödənişi üzrə 10 gün müddət verilmiş, məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir) 1317,40 manat (1) 20181,54 manat əsas borcun 5%-i = 1009,077 manat : 12 ay = 84,089 manat x 15 ay = 1261,346 ~ 1,261,35 manat; 2) 20181,54 manat əsas borcun 5%-i = 1009,077 manat : 12 ay = 84,089 manat : 30 gün = 2,80 manat x 20 gün = 56,05 manat; cəmi: 1,261,35 manat + 56,05 manat = 1317,40 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 08 yanvar 2020-ci il tarixli, KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə əsasən 17103 manat əsas borc, 3078,54 manat ƏDV olmaqla, cəmi 20181,54 manat (iyirmi min yüz səksən bir manat əlli dörd qəpik), gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1317,40 manat (min üç yüz on yeddi manat qırx qəpik), 200 (iki yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 21698,94 manat (iyirmi birmin altı yüz doxsan səkkiz manat doxsan dörd qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-433/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-433/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver