Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4340/2023 06.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Mamedov Natiqin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdehndən 59.314 manat əsas borcun, 10.000 manat penya məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiyaya dair xərcin, cəmi ümumilikdə 69.714 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqi ünvanı AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 10-cu olan İddiaçı MMC (VÖEN: **********) xx.xx.2010-cu il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış “X3” MMC-nin (qurumun əvvəlki adı “X4 Zavodu” MMC) ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. “X3” MMC ilə Cavabdeh arasında 25 mart 2021-ci il tarixdə alqısatqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə müxtəlif markalı beton təhvil verilib. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, ƏDV daxil 59314 manat məbləğində borc ödənilməmişdir. Cavabdehin iddiaçıya 59314 manat məbləğində borcunun olması tərəflərin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunan üzləşmə aktında öz əksini tapmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün pretenziya məktubu göndərilmişdir. Cavabdeh mediasiya sessiyasına dəvət olunsa da, iştirak etməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.5-ci bəndinə əsasən alıcı, malların ödəniş müddətlərinin pozulmasına görə satıcının hesablaşma hesabına faktiki olaraq köçürüldüyü ana qədər ödənişin ləngidildiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi məbləğində aatıcıya penya ödəyəcək. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Mamedov Natiq iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “X4 Zavodu” MMC (sonrakı adı “X3” MMC, hüquqi varisi İddiaçı MMC) (satıcı) ilə Cavabdeh (alıcı) arasında 25 mart 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən hazırkı Müqaviləyə müvafiq olaraq satıcı burada razılaşdırılmış və müqavilənin tərkib hissəsi sayılan Əlavələrdə (X1) qeyd olunan qiymətdə və çeşiddə beton məhsulunu (bundan sonra "Mallar” adlanacaq) tədarük etmək, Alıcı isə Müqavilənin icra müddətində, Müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə uyğun olaraq Satıcıdan Malları almaq barədə razılığa gəlirlər. 3.3.2-ci bəndinə əsasən malların ödənişini razılaşdırılmış şərtlər çərçivəsində vaxtında və düzgün aparmaq alıcının öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə malların qiyməti və çeşidi Əlavə 1-də (X1) əsasında müəyyənləşdirilir. 4.2-ci bəndinə əsasən hər bir ödənişin məbləği Alıcıya satılmış və təhvil verilmiş Malların hər partiyası üçün ayrılıqda verilən qaiınə-faktura və ya hesab-fakturada göstərilir. 4.3-cü bəndinə əsasən malların ödənişi tərəflərin razılaşdırmış olduğu Protokola uyğun olaraq həyata keçirilir. 4.4-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlər qanunvericiliyə uyğun olaraq nəğd və ya köçürmə yolu ilə həyata keçirilir. 7.2-ci bəndinə əsasən alıcı, malların ödəniş müddətlərinin pozulmasına görə satıcının hesablaşma hesabına faktiki olaraq köçürüldüyü ana qədər ödənişin ləngidiİdiyi hər bir gün üçün gecikdirilıniş məbləğin 0,5%-i miqdarında Satıcıya penya ödəyəcək. 10.1-ci bəndinə əsasən hazırkı müqavilə tərəflər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Bu müddətin bitməsinə ən azı 30 gün qalmış tərəflərdən hər hansı biri digər tərəfə bu müqavilənin ləğv etmək niyyəti barədə yazılı şəkildə xəbərdar etmədikdə, bu müqavilə avtomatik surətdə eyni şərtlərlə hər dəfə 1 (bir) il müddətinə uzadılır. 10.2-ci bəndinə əsasən yuxarıda qeyd olunan müddəaya baxmayaraq alıcının bu Müqavilə üzrə olan ödəniş öhdəliklərini tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 25 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 2 olan xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü, ölçüsü və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “X3” MMC (ləğv prosesindədir) tərəfindən ümumilikdə 307.590,60 manat dəyərində malların verilməsinə görə mart-iyul 2021-ci illəri əhatə edən elektron qaimələr tərtib edilərək Cavabdehnə elektron sistem vasitəsi ilə göndərilmişdir. 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.2010-ci il tarixdə qeydiyyata alınmış “X4 Zavodu” MMC-nin (VÖEN: **********) hazırki adı “X3” MMC-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış İddiaçı MMC (VÖEN: **********) xx.xx.2010-ci il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış “X3” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli (üzləşmə) aktdan görünür ki, Cavabdeh (mühasib X2) İddiaçı Beton Zavoduna (İddiaçı MMC-yə) 59314 manat borcunun olduğunu bildirmiş və xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay stabil ödəməklə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşlər. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdehnə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (“X4 Zavodu” MMC-nin hüquqi varisi) ilə Cavabdeh arasında 25 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC həmin müqavilə üzrə sifariş edilmiş malları cavabdehə təqdim etsə də, malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini əsas göstərərək 59.314 manat məbləğində borcun tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə 59.314 manat borcunun olması faktı iş materiallarında olan tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı, eləcə də malların təqdim edilməsinə dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimələrlə öz təsdiqini tapır. Odur ki, əsas borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin: . 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 10000 manat penya (dəbbə) məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 297,94 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 59.314 manat məbləğində əsas borc, 3000 manat məbləğində dəbbə pulu, cəmi 62.314 manat məbləğində pul vəsaitini, mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4340/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4340/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver