Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4341/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 600 (altı yüz) manat məbləğində əsas borcun, 60 (altmış) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 23,90 (iyirmi üç manat 90 qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34353 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh3 arasında 26/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 3400 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh2 arasında 26/22 saylı, xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh3 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-cimaddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edək ki, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA3435b3an nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmişdir. Həmin Müqavilənin 4.2-ci və 4.3-cü maddələrinə əsasən “Girov qoyan” öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “Girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh3 (alıcı) arasında 26/22 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi, 01 saylı əlavə (alqı-satqı predmetini təşkil edən nəqliyyat vasitələrinin təhvil-təslim aktı), 01 saylı əlavə (nəqliyyat vasitələrinin siyahısı, dəyəri və ödəniş qaydaları) bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus əlaqədar texniki (servis kitabçası, zəmanət kitabçası) alıcının mülkiyyətinə verir, alıcı isə bu nəqliyyat vasitələrinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq satıcıya tam ödəyir.
12. Müqavilənin 2.1.5-ci bəndinə əsasən hazırkı müqavilənin əlavələri (təhvil-təslim aktları) əsasında nəqliyyat vasitələrini və ona məxsus əlaqədar texniki sənədləri alıcıya təhvil verir.
13. Bundan başqa, nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında 26/22 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
14. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin alıcının xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı qarşısında üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
15. Bundan başqa, nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin təminatı kimi İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə girov müqaviləsi bağlanmışdır.
16. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən girov qoyan əsas müqavilənin predmeti olan 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, qara rəngli, LXMAEA303LXA34353 ban nömrəli nəqliyyat vasitəsini girov saxlayana girov kimi təqdim edir. Tərəflərin qarşılıqlı razılığı ilə girov predmeti 3.000 manat dəyərində qiymətləndirilmişdir (1.2-ci bənd).
17. Alqı-satqı müqaviləsi, 01 saylı əlavələr, zaminlik müqaviləsi, girov müqaviləsi tərəflərin imzası, həmçinin hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
18. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, alınmış mopedin kuryer xidməti üçün istifadə edilməsi məqsədi üçün alındığını, müqavilə ilə nəzərdə tutulmuş 1 ədəd “SYM X Pro 125cc” markalı, qara rəngli, LXMAEA303LXA34353 ban nömrəli mopedin X2 verildiyini, lakin sonuncu tərəfindən ödənişlərin tam ödənilmədiyini bildirmişdir.
19. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, hər hansı ödəniş sənədini məhkəməyə təqdim etməmişdir.
20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və Cavabdeh3 arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun tutulması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
21. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və ona olan 01 saylı əlavədən görünür ki, “SYM X Pro 125cc” markalı, qara rəngli, LXMAEA303LXA34353 ban nömrəli mopedin ümumi dəyəri 3.400 manat olmuşdur. Qeyd edilmiş məbləğdən ilkin ödəniş olaraq 400 manat məbləğində ödəniş edilmiş, qalan məbləğ isə 12 aya hissə-hissə ödənilməsi şərti ilə moped Cavabdeh3 verilmişdir.
22. İşdə olan maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir.
23. Göründüyü kimi, cavabdeh tərəfindən ona verilmiş olan mopedə görə ilkin ödənişlə birlikdə cəmi 2.800 manat məbləğində ödəniş edilmişdir.
24. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdehin ödənilməmiş 600 (3.400- 2.800) manat məbləğində borcu vardır.
25. Beləliklə Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 600 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia əsaslıdır.
27. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir.
28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
29. Hazırki işin hallarından görünür ki, cavabdehin 600 manat məbləğində əsas borcuna münasibətdə 60 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir.
30. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 23,9 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixində təni təxmini 11 ay sonra müraciət edilmişdir.
32. Göründüyü kimi, cavabdeh tərəfin əsas borca illik 5 faiz hesablanmaqla 27,5 (600x5/100=30 (1 il üçün), 30/12=2,5 (1 ay üçün), 2,5x11=27,5) manat məbləğində borcu vardır.
33. İddiaçı tərəfin də, 23,9 manat tələb etməsi halını nəzərə alaraq Məhkəmə hesab edir ki, 23,9 manat məbləğində pul da, cavabdehlərdən müştərək qaydada İddiaçı MMCnin xeyrinə tutulmalıdır.
34. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
35. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçınə verilməlidir.
36. Məhkəmə iddianın “tələbin “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34353 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
37. Məhkəmə qeyd edir ki, girov predmetləri reyestrdə qeydə alınmalı olmayan daşınar əşya olduğundan onlara tutmanın yönəldilməsi və hərracdan satılması Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununda göstərilən qaydada həyata keçirilməlidir. Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər. Qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi (hazırki halda Bank) yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək tutma yönəldə bilər.
38. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununun 15.4cü maddəsinə əsasən yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır.
39. Belə olan halda məhkəmə hesab edir ki, iddia tutmanın girov predmeti olan daşınar əmlaka yönəldilməsi hissəsində təmin edilə bilməz.
40. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI.Nəticə:
41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 600 (altı yüz) manat, cərimə borcu üzrə 60 (altmış) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 23 (iyirmi üç) manat, 90 (doxsan) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (yetmiş) manat məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov