Məhkəmə qərarları › İş №e-2-2(113)-4353/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4353/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4353/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. İddiaçı MMC ilə"xxxx" MMC arasında imzalanmış 01 sentyabr 2020-ci il tarixli, 019/2020 saylı Alğı-satqı müqaviləsi əsasında yaranmış 15,443.75 (on beş min dörd yüz qırx üç manat 75 qəpik) AZN həcmində borc məbləğinin, 2. Müqavilə üzrə yaranmış borcun ödənilməməsinə görə 15,443.75 AZN-in 7,25 %-i məbləğində, yəni 1120 (bir min yüz iyirmi) AZN məbləğində faiz məbləğinin və 3. Vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 2000 (iki min) manat məbləğində vəsaitin, yəni, ümumilikdə 18563.75 (on səkkiz min beş yüz altmış üç manat 75 qəpik) Azərbaycan manatı məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145.69 (bir yüz qırx beş manat 69 qəpik) manat dövlət rüsumunun CavabdehMMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Satıcı”) ilə Cavabdeh MMC (bundan sonra “Alıcı”) arasında 01 sentyabr 2020-ci il tarixli, 019/2020 saylıAlğı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı müəyyən edilmiş malları Müqavilənin şərtlərinə uyğun satır, Alıcı isə malları qəbul edib Müqavilənin şərtlərinə uyğun ödəniş edir. Müqavilənin şərtlərinə uyğun olaraq, mallar Satıcı tərəfindən mütəmadi olaraq Alıcıya təhvil verilmiş lakin Alıcı tərəfindən ƏDV daxil olmaqla, 15,443.75 (on beş min dörd yüz qırx üç manat 75 qəpik) manat dəyərində mallar üçün ödəniş icra edilməmişdir. Beləliklə, Alıcının Satıcı qarşısında 15,443.75 manat həcmində yerinə yetirilməmiş borc öhdəliyi vardır. Bununla bağlı İddiaçı tərəfindən Cavabdeh ilə yazılı və şifahi qaydada aparılmış danışıqlar bu günədək heç bir nəticə verməyib. Cavabdeh aldığı mallara görə yaranmış borc öhdəliyini yerinə yetirməklə yanaşı, bu borcun vaxtında ödənilməməsinə görə qanunvericiliyə əsasən müəyyən edilmiş faiz məbləğini və eyni zamanda iddiaçıya vurulmuş zərəri də ödəməlidir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış 01 sentyabr 2020-ci il tarixli, 019/2020 saylı Alğı-satqı müqaviləsi əsasında yaranmış 15,443.75 (on beş min dörd yüz qırx üç manat 75 qəpik) AZN həcmində borc məbləğinin, müqavilə üzrə yaranmış borcun ödənilməməsinə görə 15,443.75 AZN-in 5 %-i məbləğində, yəni 772 (yeddi yüz yetmiş iki) AZN məbləğində faiz məbləğinin və hüquqi xidmət üçün 500 (beş) manat məbləğində vəsaitin, yəni, ümumilikdə 16,715.75 (on altı min yeddi yüz ona beş manat 75 qəpik) Azərbaycan manatı məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145.69 (bir yüz qırx beş manat 69 qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qiyabi icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında,iddia ərizəsinin məzmununa uyğun izahat verərək,iddiamın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış 01 sentyabr 2020-ci il tarixli, 019/2020 saylı ı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə "Satıcı" "Alıcı"ya X1 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, "Alıcı" isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. - 4.1-ci bəndinə əsasən mal "Alıcı"ya tam təhvil verildikdən sonra "Alıcı" 15-30 təqvim günü ərzində malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. Ödəniş Alıcı tərəfindən Satıcının Bank hesabına Köçürmə və ya digər ödənişlər vasitəsilə edilir. - 4.2-ci bəndinə əsasən Malın "Alıcı"ya təhvil verilməsi ilə bağlı öhdəlik "Satıcı" tərəfindən lazımınca yerinə yetirilmədikdə "Alıcı" həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. - 5.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetiriiməməsi nallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşıyır. - 6.1-ci bəndinə əsasən Bu Müqavilə hər iki tərəfin nümayəndələri tərəfindən imzaladağı andan qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 572,150.69 manat həcmində e-qaimələr təqdim edilib.xx.xx.2025-ci il tarixədək "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə edilmiş edilmiş ödənişlərin həcmi 556,706.94 manat təşkil edib.Qalıq borc: 15,443.75 manat.

11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi 18 iyul 2025-ciil tarixli məktubuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçisi 100 manat, 2 pay hüququ ilə X4, Cavabdeh (VÖEN **********) təsisçiləri 5 manat, 5 pay hüququ ilə X5, 5 manat, 5 pay hüququ ilə X2r.

12. İddiaçı tərəfindən cavabdehə EBCH seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli 15000.05 manat məbləğində elektron qaimə göndərilmişdir.

13. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi imzalanmışdır.

14. İş materiallarına əlavə olunmuş whatsapp yazışmalarından görünür ki, iddiaçı ilə cavabdeh arasında davamlı işgüzar münasibətlər mövcud olmuşdur.

15. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda ödənişlər edilmişdir. V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

20. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

21. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

23. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Vİ.Məhkəmənin mövqeyi:

24. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 15443.75 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alğı-satqı müqaviləsi, elektron qaimə və elektron qaimələr əsasında edilən ödənişlərlə ilə təsdiq edilir. Belə ki, tərəflər arasında bağlanmış 20.09.202-ci il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları müvafiq sənədlərlə alıcıya təhvil verir. İş materiallarından, görünür ki, tərəflər arasında münasibətlər iddiaçı tərəfindən e-qaimənin göndərilməsi və cavabdeh tərəfindən həmin e-qaimə əsasında ödənişlər edilməsi şklində formalaşmışdır (iddiaçıya məxsus bank hesabından çıxarışla müəyyən edilir). Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə versə də, nə həmin ərizəyə nə də ki, məhkəmə iclasında ödənişlərin tam edilməsinə dair heç bir sübut təqdim etməmişdir.

26. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 15443.75 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 15443.75 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 15443.75 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 772 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

28. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 15443.75 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 772 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 145.69 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

31. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145.69 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, 019/2020 saylı Alğısatqı müqaviləsinə əsasən, 15443.75 (on beş min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, illik 5 % hesablanmış 772 (yeddi yüz yetmiş iki) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat hüquqi xidmətlərə görə haqq və ödənilmiş 145.69 (bir yüz qırx beş manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar