Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4363/2022 21.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012ci il tarixli 753-L/12 nömrəli müqavilə üzrə 7738 manat gecikdirilmiş borcun və hesablanmış 5548,37 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə 11363 manat gecikdirilmiş borcun və hesablanmış 6784,66 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə 12599 manat gecikdirilmiş borcun və hesablanmış 8400,21 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat cəmi: 52783,24 (əlli iki min yeddi yüz səksən üç manat 24 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 753-L/12 nömrəli, xx.xx.2012-ci il tarixli 830-L/12 nömrəli və xx.xx.2012-ci il tarixli 1204-L/12 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2012-ci il tarixli 753-L/12 nömrəli müqavilə üzrə 7738 manat gecikdirilmiş borcu və hesablanmış 5548,37 manat cərimə borcu, xx.xx.2012- ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə 11363 manat gecikdirilmiş borcu və hesablanmış 6784,66 manat cərimə borcunu, eləcə də xx.xx.2012-cİ il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə 12599 manat gecikdirilmiş borcu və müvafiq olaraq hesablanmış 8400,21 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 753-L/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə hesablanmış 6728 manat gecikdirilmiş borcun və hesablanmış 5548,37 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə hesablanmış 10373 manat gecikdirilmiş borcun və hesablanmış 6784,66 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə hesablanmış 7599 manat gecikdirilmiş borcun və hesablanmış 8400,21 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat cəmi: 45783,24 (qırx beş min yeddi yüz səksən üç manat 24 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslasında iştirak edən cavabdeh məhkəməyə izahatında müqavilələr üzrə əsas borcu qəbul etmiş, əlavə olaraq qeyd etmişdir ki, hazırda hissə-hissə də ödənişlərini davam etdirir. Ağcabədidə son zamanlarda su qıtlığı olduğundan əkin olmamışdır. 2 il bundan qabaq külli miqdarda ziyana düşmüşdür. Borcun gecikdirilməsinə səbəb də susuzluğun olması olmuşdur. Cavabdeh tələb olunan cərimə məbləğinin və faizlərin azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “lizinqverən” "xxxx" ASC, “lizinq alan” Cavabdeh olmaqla imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasını lizinqə verilməsi barədə 17 may 2012-ci il tarixli 753-L/12 nömrəli müqaviləyə əsasən lizinq verən dəyəri 28.500 manat olan “MTZ-89.2” markalı traktoru 9 il müddətinə, dəyəri 2.600 manat olan “AG-14-4” markalı kotanı 3 il müddətinə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. Lizinq alan texnikaların dəyərindən 3.110 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəni isə ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürür. 17 may 2012-ci il tarixli 753-L/12 nömrəli müqaviləyə əlavə 1 olan ödəniş qrafikində “AG-14-4” markalı kotan üzrə sonuncu ödəniş 2015-ci il, “MTZ-89.2” markalı traktor üzrə sonuncu ödəniş 2021-ci il olması tərəflər arasında razılaşdırılmışdır. “lizinqverən” "xxxx" ASC, “lizinq alan” Cavabdeh olmaqla imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikanı lizinqə verilməsi barədə 19 iyun 2012-ci il tarixli 830-L/12 nömrəli müqaviləyə əsasən lizinq verən dəyəri 37.500 manat olan “MTZ-1221” markalı traktoru 9 il müddətinə, dəyəri 3.200 manat olan “AG-14-5” markalı kotanı 3 il müddətinə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. Lizinq alan texnikaların dəyərindən 4.070 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəni isə ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürür. 19 iyun 2012-ci il tarixli 830-L/12 nömrəli müqaviləyə əlavə 1 olan ödəniş qrafikində “AG-14-5” markalı kotan üzrə sonuncu ödəniş 2015-ci il, “MTZ-1221” markalı traktor üzrə sonuncu ödəniş 2021-ci il olması tərəflər arasında razılaşdırılmışdır. “lizinqverən” "xxxx" ASC, “lizinq alan” Cavabdeh olmaqla imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikanı lizinqə verilməsi barədə 26 noyabr 2012-ci il tarixli 1204-L/12 nömrəli müqaviləyə əsasən lizinq verən dəyəri 43.500 manat olan “2621” markalı ekskavator-hamarlayıcını 9 il müddətinə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. Lizinq alan texnikaların dəyərindən 4.070 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəni isə ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürür. 26 noyabr 2012-ci il tarixli 1204-L/12 nömrəli müqaviləyə əlavə 1 olan ödəniş qrafikində “2621” markalı ekskavator-hamarlayıcı üzrə sonuncu ödəniş 2021-ci il olması tərəflər arasında razılaşdırılmışdır. "xxxx" MMC “müraciət edən şəxs”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi “hüquqi yardım göstərilən” olmaqla imzalanmış 1883 nömrəli xx.xx.2021 tarixli müqaviləyə əsasən 350 manat hüquqi yardımla bağlı ödəniləcək məbləğ tərəflər arasında razılaşdırılmışdır. 000İPX1212851BDB nömrəli xx.xx.2021 tarixli ödəniş tapşırığına əsasən 350 manat 5 saylı Vəkil Bürosuna məxsus bank hesabına köçürülmüşdür. 17 may 2012-ci il tarixli 753-L/12 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2021 tarixli maliyyə arayışında 7.738 manat gecikdirilmiş borc, 5.458,37 manat cərimə hesablanmışdır. 26 noyabr 2012-ci il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2021 tarixli maliyyə arayışında 12.599 manat gecikdirilmiş borc, 8.400,21 manat cərimə hesablanmışdır. 19 iyun 2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2021 tarixli maliyyə arayışında 11.363 manat gecikdirilmiş borc, 6.784,66 manat cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında lizinq müqavilələri imzalanmış və müqavilələr üzrə müvafiq olaraq, lizinq predmeti olan kənd təsərrüfatı texnikaları təhvil verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə iddiaçı tərəfindən iddia tələbinin azaldılmasına dair ərizə verildiyindən, iddia tələbi əsas borc hissəsində məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən də mübahisələndirilmədiyindən təmin edilməli və xx.xx.2012-ci il tarixli 753-L/12 nömrəli müqavilə üzrə 6728 manat gecikdirilmiş borc, xx.xx.2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə 10373 manat gecikdirilmiş borc, xx.xx.2012-ci il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə 7599 manat gecikdirilmiş borc cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı iddia tələbində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan cərimə məbləği hissəsidə qismən təmin edilməli, xx.xx.2012-ci il tarixli 753- L/12 nömrəli müqavilə üzrə 670 manat cərimə borcu, xx.xx.2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə 1.037 manat cərimə borcu, xx.xx.2012-ci il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə 759 cərimə borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 350 manat ödəniş hissəsində qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə iş materilları ilə öz təsdiqini tapdığından təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli 753-L/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə hesablanmış 6728 manat gecikdirilmiş borc və hesablanmış 670 manat cərimə borcu, xx.xx.2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə hesablanmış 10373 manat gecikdirilmiş borc və hesablanmış 1.037 manat cərimə borcu, xx.xx.2012-ci il tarixli 1204- L/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə hesablanmış 7599 manat gecikdirilmiş borc və hesablanmış 759 manat cərimə borcu, hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4363/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4363/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver