Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-437/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri Burak Daloğulları və X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçünçü şəxs "xxxx" QSC) cavabdeh X4 ve Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması barədə birləşdirilmiş ilkin tələblər, qarşılıqlı iddia üzrə iddiaçı X4 ve Ticaret Anonim Şirkətinin cavabdeh İddiaçınə qarşı müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiaları üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: xx.xx.2019-cu il tarixdə ilkin iddia üzrə İddiaçı (İddiaçı MMC) (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçünçü şəxs "xxxx" QSC) cavabdeh X4 ve Ticaret Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəlikləri vaxtında yetirmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş pulların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC (bundan sonra müqavilə üzrə “Sahibkar” adlandırılacaq) xx.xx.2018-ci il tarixdə fəaliyyət göstərən layihəçi X4 ve Ticaret Anonim Şirkəti (bundan sonra müqavilə üzrə “Dizayner” adlandırılacaq) arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dizayner sahibkarın sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində X1 hazırlamalı, sahibkar isə bunun müqaqbilində görülən işlərin haqqını ödəməli idi. Həmin Müqavilənin 7-ci maddəsində müqavilənin ümumi dəyərinin 600000 Avro təşkil etdiyi qeyd olunmuşdur. Müqavilə üzrə ödəniş şərtlərinə əsasən sahibkar tərəfindən iki dəfəyə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə, hər dəfə 50000 Avro olmaqla, cəmi 100000 Avro avans olaraq dizaynerin hesabına köçürülmüşdür. Bundan sonra əlavə olaraq sahibkar tərəfindən 446000 Avro dizaynerin hesabına köçürülmüşdür ki, bu da müqavilənin ümumi dəyərinin 91%-ni təşkil etmişdir. Bu köçürmələrə baxmayaraq, dizayner tərəfindən müqavilənin şərtləri tam şəkildə icra edilməmişdir. Belə ki, müqavilənin 6-cı maddəsinə əsasən işlər 14 ay (420 gün) müddətinə yəni, xx xxxx 2019-cu il tarixinə yekunlaşmalı idi. Dizayner tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin cəmi 320,80 km-i, yəni ümumi iş həcminin 66,6 % üzrə layihələndirmə işi aparılmışdır. Hətta həmin 320,80 km məsafənin cəmi 232,05 km-i üzrə layihə lazımı formada, möhürlə təsdiq edilərək sahibkara təqdim edilmişdir. Qalan 88,75 km məsafə üzrə isə layihələr möhürlənməmiş və sertifikatlaşdırılmamışdır. Təqdim edilmiş layihələrdə qüsurlar olduğundan Pico test nəticələrinə əsasən As-Builts standartlarına uyğun gəlmir. 38,55 km məsafə üzrə Pico sınaqlar vaxtında başa çatdırılmamışdır. Qeyd olunanlardan əlavə həmin müqavilənin 5.9-cu maddəsinə əsasən dizayner tərəfindən hazırlanmalı olan bütün plan və layihələr sahibkar ilə razılaşdırıldıqdan sonra 3 (üç) dəst çap edilməli və sahibkara təhvil verilməli olduğu halda, vaxtında dizayner tərəfindən təqdim edilməmişdir. Təqdim olunan hazır plan və layihələr sahibkarı qane etmir və tam həcmdə deyildir. Eyni zamanda məlum edirlər ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sahibkara təqdim ediləcək bütün plan və layihələr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olur. Yuxarıda göstərilənlərlə yanaşı müqavilə şərtlərinə uyğun olaraq xidmət və layihələrin vaxtında təsdiqlənməməsi ucbatından sahibkar işçilərin və texnikanın boş dayanmasına görə ciddi ziyana məruz qalmaqdadır. Eyni zamanda bildirirlər ki, müqavilənin dizayner tərəfindən lazımi qaydada icra edilməməsi səbəbindən sahibkar üçüncü şəxs, yəni sifarişçi olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliklərini vaxtinda icra edə bilməmiş və bunun nəticəsində maliyyə itkiləri ilə üzləşmiş, eləcə də illər boyu qazandığı işgüzar nüfuzuna xələl gətirmişdir. Sadalananlar barəsində cavabdehə pretenziya qaydasında iradlar bildirilsə də, onun tərəfindən heç bir iş görülməmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə ilkin iddia üzrə İddiaçı cavabdeh X4 ve Ticaret Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün İddiaçı MMC tərəfindən avans kimi ödənilmiş 90000 avro pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə xx.xx.2019-cu il tarixdə X4 ve Ticaret Anonim Şirkəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən sahibkarın sifarişi əsasında dizayner Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Böyük Kəsik-Gəncə arasında sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün Layihələr hazırlamalı, sahibkar isə bunun müqabilində görülən işlərin haqqını ödəməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq sahibkar dizaynerin hesabına müqavilənin ümumi dəyəri olan 180000 (bir yüz səksən min) Avronun əlli faizini, yəni 90000 (doxsan min) Avronu dizaynerin hesabına köçürmüşdür. Lakin müqavilə imzalandığı gündən indiyədək dizayner tərəfindən konkret olaraq real vəziyyəti əks etdirən layihə və planlama işləri təqdim edilməmiş, hazırlanmış layihə və planlar isə tələblərə müvafiq hazırlanmamışdır. Ümumiyyətlə, dizaynerin mütəxəssisləri tərəfindən bununla əlaqədar aparılan layihələndirmə işləri düzgün istiqamətdə aparılmamış, bu da sahibkarı bir sifarişçi kimi qane etməmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, nəzərə çatdırırlar ki, müqavilə şərtlərinə uyğun olaraq xidmət və layihələrin vaxtında təsdiqlənməməsi ucbatından sahibkar işçilərin və texnikanın boş dayanmasına görə ciddi ziyana məruz qalmaqdadır. Eyni zamanda bildirirlər ki, müqavilənin dizayner tərəfindən lazımi qaydada icra edilməməsi səbəbindən sahibkar üçüncü şəxs, yəni "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliklərini vaxtinda icra edə bilməmiş və bunun nəticəsində maliyyə itkiləri ilə üzləşmiş, eləcə də illər boyu qazandığı işgüzar nüfuzuna xələl gətirmişdir. Sadalananlar barəsində dizaynerə pretenziya qaydasında iradlarını bildirsələr də, onun tərəfindən heç bir iş görülməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)- 1114/2019 nömrəli qərardadı ilə ilkin iddia üzrə İddiaçı MMC-nin cavabdeh X4 ve Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması tələbinə dair e-2-2(82)-1114/19 saylı iqtisadi mübahisəyə dair iş həmin məhkəmənin icraatında olan İddiaçı MMC-nin cavabdeh X4 ve Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması tələbinə dair 2-2(82)-1086/2019 saylı iqtisadi mübahisəyə dair işlə bir icraatda birləşdirilmişdir. İlkin iddia üzrə iddiaçı "İddiaçı" MMC birləşdirilmiş iddialara dair dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə bağlanmış müqavilələr üzrə cəmi 363000 (273000+ 90000) Avro məbləğində pulun cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X4 ve Ticaret Anonim Şirkəti cavabdeh İddiaçı MMC-yə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış 196000 avro məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 90000 avro məbləğində borc, 14300 Avro məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 300300 avro məbləğində pulun ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı «İddiaçı” MMC-nin iddiası tamamilə əsassızdır. xx.xx.2018-ci il tarixində «İddiaçı” MMC ilə X4 və Ticaret Anonim Şirkəti arasında subpodrat müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən onlar «İddiaçı” MMC-nin sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində əsas Xətt X7ləri üçün İşci Layihələrini hazırlamalı, «İddiaçı” MMC isə bunun müqaqbilində görülən işlərin haqqını ödəməli idi. Müqavilə tam və layiqincə icra edilmiş, «İddiaçı” MMC isə öz öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 7-ci maddəsində onun ümumi dəyərinin 600000 (altı yüz min) Avro təşkil etdiyi qeyd olunmuşdur. Bu Müqavilə üzrə ödəniş şərtlərinə əsasən «İddiaçı” MMC tərəfindən iki dəfəyə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə, hər dəfə 50000 avro olmaqla, cəmi 100000 (bir yüz min) Avro avans olaraq X3 və Ticaret Anonim Şirkətinin hesabına köçürülmüşdür, sonradan isə əlavə 336000 Avro olmaqla, cəmi 436000 Avro pul ödənilmişdir. Müqavilə üzrə hazirlanmış layihələrin, görülmüş işlərin 164000 Avro mabləğində dəyəri isə «İddiaçı” MMC tərəfindən ödənilməmişdir. X3 və Ticaret Anonim Şirkəti tərəfindən onların verdiyi topoqrafik layihələr üzrə işlər tam yerinə yetirilmiş, layihələr hazırlanmışdır. X5 və Ticaret Anonim Şirkəti tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin, yəni ümumi iş həcminin 100 % üzrə layihələndirmə işi aparılmışdır, 320,8 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı və quraşdırma kartockası hazırlanıb, «İddiaçı” MMC-yə təhvil verilmişdir, 160,6 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı və quraşdırma kartockası hazırlanmış, həmin hissələrin ikisi, Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı «İddiaçı” MMC-yə təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri ücün Dizayn planının təhvil verilməsi dayandırılmışdır. Təqdim edilmiş layihələrdə hər hansı qüsurlar olmamışdır, X3 və Ticaret Anonim Şirkətinin işləyib hazırladığı layihələr qeyd-şərtsiz «İddiaçı” MMC tərəfindən qəbul edilmiş və Sifarişçi xxxx QSC-yə təhvil verilmişdir. Lakin sonuncu layihələrin hesab fakturaları (hakedişlər) «İddiaçı” MMC-yə göndərilsə də, «İddiaçı” MMC tərəfindən həmin ödənişlər ödənilməmişdir. Bundan əlavə, «İddiaçı” MMC tərəfindən müqavilənin şərtləti pozulmuş, Pico testləri yerinə yetirilməmiş, bizə təqdim edilməmişdir, ona görə də As- Builtslərin bəziləri «İddiaçı” MMC-nin təqsiri üzündən, piko testləri yerinə yetirməməsi və bizə təqdim etməməsi üzündən yerinə yetirilməmişdir. Halbuki müqavilənin şərtinə əsasən əvvəlcə «İddiaçı” MMC tərəfindən Pico testlər yerinə yetirilməli, bizə təqdim edilməli idi, ondan sonra şirkət As-Builtsləri hazırlayıb, «İddiaçı” MMC-yə təhvil verməli idi. İlkin iddia ərizəsində göstərilən «İddiaçı” MMC təqdim olunan hazır plan və layihələrin onları qane etmədiyi və tam həcmdə olmadığı həqiqətə uyğun deyil. Eyni zamanda məlum edirlər ki, müqavələdə «İddiaçı” MMC-yə təqdim ediləcək bütün plan və layihələrin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olması barədə X3 və Ticaret Anonim Şirkətinin hec bir öhdəliyi yoxdur. Yuxarıda göstərilən müqavilə şərtlərinə uyğun olaraq «İddiaçı” MMC-yə təqdim edilmiş xidmət və layihələrin dəyərinin vaxtında ödənilməməsi, işlənib hazırlanmış layihələrin isə qəbul edilməsindən imtina edilməsi nəticəsində «X5 və Ticarət” Anonim Şirkətinə külli miqdarda maddi ziyan dəymişdir. Sadalananlar barəsində «İddiaçı” MMC-yə pretenziya qaydasında dəfələrlə iradlar bildirilməsinə baxmyaraq, qarşı tərəf ödənişləri həyata keçirməmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi Burak Daloğulları məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixində bağlanmış subpodrat müqaviləsi üzrə layihəçi, izolyasiya edilmiş hava aralıqlarının dizaynını edərkən, layihəçi tərəfindən elektrik bəsləmələri Goran – Mingəçevir mənzili 225+328 km-ində, Mingəçevir – Yevlax mənzili 238+160 km-ində, Mingəçevir – Yevlax mənzili 239+460 – 239+671 km-lər və Yevlax – Malay mənzili 254+437 – 460 – 254+642 km-lər səhv dizayn edilmişdir. Layihəçi 10 kV xəttin dizayında keçişini göstərərkən, neçə ədəd naqilin keçdiyini Goran – Mingəçevir, Mingəçevir – Yevlax və Yevlax – Malay mənzillərində göstərməmişdir. Layihəçi hava aralığı orta anker və ya yoldəyişən zonaları xaricində 12,8 metrlik dayaqlar istifadə etməli idi, Mingəçevir – Yevlax mənzili 246/234 və 246/236 dayaqlarında 13,6 metrlik dayaqlar istifadə edilərək layihədə səhv edilmişdir. Layihəçi əksik məlumatlar olmadan layihə təhvil–təslimini etməli idi, Yevlax – Malay mənzilində əksik layihə təhvil verilmişdir. 252/61 – 252/63 nömrəli dayaqların çəkimi layihədə yer almayıb. “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalı olduğu halda, Layihəçinin Yevlax – Malay mənzili 253/78 nömrəli dayaqda məlumatları bir – birindən fərqlidir. Layihəçi izolyasiya edilməmiş hava aralıqlarının detal dizaynını edərkən Yevlax – Malay mənzili 253+379 – 253+589 km-lər arası izolyatorları əlavə etməmişdir. “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalıdır. Yevlax – Malay mənzili 253/102 – 253/104 nömrəli, Malay – Ləki mənzili 264/2 nömrəli, Əlikənd – Ucar mənzili 287/19 – 20 nömrəli və Malay – Ləki mənzili 273/257 – 258 – 259 – 260 – 261 – 262 nömrəli dayaqların dayaq tipləri məlumatları səhvdir. Layihəçinin Yevlax – Malay mənzili 256/212 dayaq nömrəsi məlumatları bir-birindən fərqlidir. “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalıdır. Layihədə Əlikənd – Ucar mənzili 287/13 nömrəli dayağın dayaq nömrəsi məlumatları birbirindən fərqlidir, səhvdir. Tərəflər arasında bağlanmış ikinci xx.xx.2019-cu il tarixli müqavilə üzrə layihəçi tərəfindən hər-hansı bir iş görülməmişdir. Göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsi və qarşılqlı iddia tələbinin rədd edilməsi barədə qətanmə qəbul edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC ilə “X4 ve Ticaret Anonim” Şirkəti arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçının sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində X1 hazırlamalı, iddiaçı isə bunun müqabilində görülən işlərin haqqını ödəməli idi. Müqavilənin 7-ci maddəsinə əsasən görüləçək işlərin ümumi dəyəri 600000 (altı yüz min) Avro təşkil etmişdir. Müqavilə üzrə ödəniş şərtlərinə əsasən "İddiaçı" tərəfindən iki dəfəyə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə, hər dəfə 50 000 manat olmaqla, cəmi 100000 (bir yüz min) Avro avans olaraq cavabdehin hesabına köçürülmüşdür. Bundan sonra əlavə olaraq iddiaçı tərəfindən 356000 (üç yüz əlli altı min) Avro cavabdehin hesabına köçürülmüşdür. Cavabdeh bu köçürmələrə baxmayaraq, müqavilənin şərtlərini tam şəkildə icra etməmişdir. Belə ki, müqavilənin 6-cı maddəsinə əsasən işlər 14 ay (420 gün) müddətinə yəni, xx xxxx 2019-cu il tarixinə yekunlaşmalı idi. Bundan əlavə Proray tərəfindən təqdim edilmiş layihələrdə bir çox nöqsan və əksikliklər aşkar edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli müqavilənin 4-cü maddəsinə əsasən “Bu təklif çərçivəsində yerinə yetirilən iş idarənin Əsas Müqavilənin əlavəsində verilən yazılı texniki şərtlər, EN normaları, Azərbaycan Dəmiryollarının Layihə Meyarları istinad olaraq göstərilən bütün milli və beynəlxalq yazılı texniki şərtlərə uyğun olmaqla həyata keçiriləcək X7lərindən istifadə layihələrinin hazırlanmasıdır.” Beləliklə, müqavilənin bu şərtinə əsasən icraçı, yəni cavabdeh hazırladığı layihələrdə ATEF tərəfindən təqdim edilmiş texniki şərtlərdə göstərilən ölçüdən kənara çıxmamalıdır, lakin təqdim edilmiş bütün layihələrdə olan nöqsanlar göstərir ki, cavabdeh təqdim etdiyi layihələrdə, təqdim edilmiş texniki şərtləri rəhbər tutmaq əvəzinə, yalnız özlərinə məlum olan mənbə və ölçülərdən istifadə etmişdir. Siqnal sisteminə uyğun torpaqlama sistemi hazırlamamışdır, dirəklər arası məsafə 70 mdən çox, kontakt naqilin hündürlük səviyyəsini dayaqlararası dəyişiməyə görə maksimum hər 10 metrdə 2 sm əvəzinə Ağstafa – Tatlı mənzilinin 96+451 – 96+567 km-ləri arası kontakt naqilinin hündürlük dəyişimi 15 sm, izolyasiya edilmiş hava aralıqlarının dizaynını edərkən, ayırıcıları həm “pole and wire plan”-da həm də “montage plan”-da göstərməli olduğu halda bu edilməmiş, dəmiryolu ilə körpülərin kəsişmələrinin olduğu yerləri dizaynda hər hansı bir şəkildə göstərməli olduğu halda bu edilməmiş, yoldəyişənlərdə; 1 və 2-ci yollar arası keçişlərdə iki fazanın bir-birinə qarışmaması üçün bölmə izolyatorundan istifadə etməli olduğu halda bu edilməmiş, dizaynda yer alan dəmiryolu keçidlərində sabit bir kontakt naqil yüksəkliyi müəyyənləşdirməli olduğu halda, hər layihədə fərqli bir kontakt naqil yüksəkliyi təyin edilmişdir, 10 kV xəttin dizaynda keçişini göstərərkən, neçə ədəd naqilin keçdiyini göstərməli olduğu halda, təqdim edilmiş layihələrdə bunu etməmişlər, hava aralığı orta anker və ya yoldəyişən zonaları xaricində 12,8 metrlik dayaqlar istifadə etməli idi, Mingəçevir – Yevlax mənzili 246/234 və 246/236 dayaqlarında 13,6 metrlik dayaqlar istifadə edilərək dizaynda səhv edilmişdir, izolyasiya edilmiş hava aralıqlarının dizaynını edərkən, elektrik bəsləmələri (qidalanma) düzgün şəkildə edilməmişdir, “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalı olduğu halda, 6 mənzil üzrə fərqli verilmişdir, ankerlər arası məsafənin 800 m nəzərdə tutulmasına baxmayaraq, layihədə 822-823 m kimi qeyd edilmişdir. Bütün bunlar məhkəməyə təqdim edilmiş İdarə, yəni ADY tərəfindən təyin edilmiş nəzarətçi şirkət olan “AUXİTEC” və nəzarətçi şirkətin işçisi olmuş mühəndis Manfred Hoffmanın tərəflərindən ayrı-ayrılıqda verilmiş rəylərlə təsdiq edilmişdir. “xxxx” QSC ilə ATEF arasında imzalanmış xx.xx.2012-ci il tarixli müqavilənin 3 №-li xx.xx.2018-ci il tarixli əlavəsində göstərilmişdir ki, Podratçı, işəgötürən / Layihə Rəhbəri tərəfindən əvvəlcədən təsdiq edilmiş AC elektrik təchizatı və X7ləri sahəsində müvafiq təcrübəyə malik peşəkar şirkətlə işləmək üçün 481,4 km X7 detallı dizaynın hazırlanmasına dair müqavilə imzalanmalıdır və bu səbəbdən də tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. Bu da öz növbəsində layihələndirmə məsafəsinin konkret olaraq 481,4 km olmasını sübut edir. Müqavilənin 5.11-ci bəndində göstərilmişdir ki, “Dizaynerin səlahiyyətli işçisi işin başlanğıcında minimum 3 (üç) ay ərzində daimi olaraq Azərbaycanda qalacaq və layihənin hazırlanması ilə bağlı təşkilatı işlərdə iştirak edəcəkdir.” Müqavilənin bu şərti tərəfimizdən icra edilmişdir, bundan əlavə həmin bənddə “Əgər sahibkar dizaynerin səlahiyyətli işçisinin üç aydan daha uzun müddətə olmaqla Azərbaycanda daimi qalmasını istəyərsə,” qarşı tərəfin nəzərinə çatdırırıq ki, bu hissədə önəmli olan Sahibkarın “İstəyi”-dir. Qarşı tərəf müqavilənin 6-cı maddəsinə istinad edərək müqavilə müddətinin başa çatdığından sonra hər ay üçün 8000 Avro ödənilməsini tələb etmişdir, lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin maddədə “ Sahibkar və dizayner arasında bağlanan müqavilənin müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8 000 Avro ödəniləcək” müddəası nəzərdə tutulmuşdur, lakin bir daha bildirir ki, indiki xidmət almaya davam etməmişlər, hətta dizayner tərəfindən göstərilmiş yarımçıq xidmətdən belə yararlanmamışlar. Müqavilənin 7ci maddəsində görülən işlərin qiyməti hissəsində işin ümumi qiyməti 600000 (altı yüz min) Avro kimi göstərilmişdir və müqavilənin tərkib hissəsi olan qiymət cədvəlinə əsasən 400 km-ə qədərki hər bir km cüt əsas xətt üçün X7inin işçi layihəsinin hazırlanması işi 1225 Avro, 400 km-dən sonra 500 km qədər olan 100 km hər bir km qoşa əsas xətt üçün X7inin tətbiqi layihəsinin hazırlanması işinin vahid qiyməti 500 Avro təşkil edəcək. Yuxarıda qeyd olunduğu kimi dizayner tərəfindən hazırlanmış layiələr qənaət bəxş olmadığından, Sahibkar tərəfindən əməkdaşlıq dayandırıldığından, tərəflərin əməkdaşlığı dövrü aşağıdakı kimi hesablanmalıdır 400x1225=490000 və 81,4x500=40700, 490000 + 40700 = 530700 Avro, ümumi dəyəri 530700 Avro olan layihə üzrə qarşı tərəfin 550000 Avro tələbi əsassız hesab edilməlidir. Müqavilənin 10-cu maddəsində təsbit edilən hüququndan, yəni “Dizayner müqavilədə göstərilən öhdəlik və səlahiyyətlərdən hər hansı birinə əməl etməyəcəyi təqdirdə və yaxud qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, sahibkar müqaviləni ləğv etmək hüququna malikdir”, müqaviləni ləğv etmək arzusunda olduğumuzu dəfələrlə yazılı şəkildə qarşı tərəfə bildirmişik, buna da səbəb qarşı tərəfin müqavilədə nəzərdə tutulmuş 14 ay, yəni 420 gün çərçivəsində üzərinə düşən məsələləri yerinə yetirməməsi olmuşdur. xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənilmiş 456000 Avronun (ödəniş tapşırıqları ilə tam təsdiq edilmiş məbləğ) 51,8 %-ni, yəni 236208 Avro cavabdeh tərəfindən qaytarılmalıdır. Tərəflər arasında bağlanmış ikinci xx.xx.2019-cu il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq “İddiaçı” “Cavabdeh”in hesabına müqavilənin ümumi dəyərini, yəni 180000 (bir yüz səksən min) Avronun, əlli faizini, yəni 90000 (doxsan min) Avronu köçürmüşdür. Lakin müqavilə imzalandığı gündən indiyədək cavabdeh tərəfindən konkret olaraq real vəziyyəti əks etdirən layihə və planlama işləri təqdim edilməmiş, hazırlanmış layihə və planlar isə tələblərə müvafiq hazırlanmamışdır. Ümumiyyətlə, cavabdehin mütəxəssisləri tərəfindən bununla əlaqədar aparılan layihələndirmə işləri düzgün istiqamətdə aparılmamış, bu da iddiaçı, bir sifarişçi kimi qane etməmişdir. Odur ki, X4 ve Ticaret Anonim Şirkəti xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün İddiaçı MMC tərəfindən avans kimi ödənilmiş 90000 avro məbləğində pul İddiaçı MMC-yə qaytarılmalıdır. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdə və ya əlavələrdə hansısa layihənin və ya görülmüş işin email-lə qəbul edilməsi nəzərdə tutulmamış və ümumiyyətlə email yazışmanın məhkəmə araşdırması kimi sübut kimi qəbul edilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2018-ci il tarixində «İddiaçı” MMC ilə X4 və Ticaret Anonim Şirkəti arasında subpodrat müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən «İddiaçı” MMC-nin sifarişi əsasında X4 və Ticaret Anonim Şirkəti Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində Əsas Xətt X7ləri üçün İşci Layihələrini hazırlamalı, «İddiaçı” MMC isə bunun müqaqbilində görülən işlərin haqqını ödəməli idi. Müqavilə layihəçi tərəfindən tam və layiqincə icra edilmiş, İddiaçı MMC isə öz öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 7-ci maddəsində onun ümumi dəyərinin 600000 (altı yüz min) Avro təşkil etdiyi qeyd olunmuşdur. Bu Müqavilə üzrə ödəniş şərtlərinə əsasən «İddiaçı” MMC tərəfindən iki dəfəyə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə, hər dəfə 50000 avro olmaqla, cəmi 100000 (bir yüz min) Avro avans olaraq X4 və Ticaret Anonim Şirkətinin hesabına köçürülmüşdür, sonradan isə əlavə 336000 Avro pul, cəmisi 436000 Avro pul ödənilmişdir. Müqavilə üzrə hazirlanmış layihələrin, görülmüş işlərin 164000 avro məbləğində dəyəri isə «İddiaçı” MMC tərəfindən ödənilməmişdir. «X4 və Ticarət” Anonim Şirkəti tərəfindən verilmiş topoqrafik layihələr üzrə işlər tam yerinə yetirilmiş, layihələr hazırlanmışdır. X4 və Ticaret Anonim Şirkəti tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin, yəni ümumi iş həcminin 100% üzrə layihələndirmə işi aparılmış, 320,8 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı və quraşdırma kartockası hazırlanıb «İddiaçı” MMC-yə təhvil verilmiş, 160,6 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı və quraşdırma kartockası hazırlanmış, həmin hissələrin ikisi, Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı «İddiaçı” MMC-yə təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri ücün Dizayn planının təhvil verilməsi dayandırılmışdır. Təqdim edilmiş layihələrdə hər hansı qüsurlar olmamış, X4 və Ticaret Anonim Şirkətinin işləyib hazırladığı layihələr qeyd-şərtsiz «İddiaçı” MMC tərəfindən qəbul edilmiş və sifarişçi xxxx QSC-yə təhvil verilmişdir. Lakin sonuncu layihələrin hesab fakturaları (hakedişlər) «İddiaçı” MMC-yə göndərilsə də, İddiaçı MMC tərəfindən həmin ödənişlər ödənilməmişdir. Bundan əlavə, İddiaçı MMC tərəfindən müqavilənin şərtləti pozulmuş, Pico testləri yerinə yetirilməmiş və nəticələri təqdim edilməmişdir, ona ğörə də As-Builtslərin bəziləri İddiaçı MMC-nin təqsiri üzündən və piko testləri yerinə yetirməməsi və nəticələri təqdim etməməsi üzündən yerinə yetirilməmişdir. Halbuki müqavilənin şərtinə əsasən əvvəlcə İddiaçı MMC tərəfindən Pico testlər yerinə yetirilməli və testin nəticələri təqdim edilməli idi, ondan sonra layihəçi tərəfindən As-Builtslər hazırlanıb, İddiaçı MMC-yə verilməli idi. İlkin iddia ərizəsində İddiaçı MMC-nin yazdığı guya təqdim olunan hazır plan və layihələrin onları qane etmədiyi və tam həcmdə olmadığını bildirməsi həqiqətə uyğun deyil. Eyni zamanda müqavələdə «İddiaçı” MMC-yə təqdim ediləcək bütün plan və layihələrin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olması barədə X4 və Ticaret Anonim Şirkətinin hec bir öhdəliyi yoxdur. Yuxarıda göstərilənlərlə yanaşı, müqavilə şərtlərinə uyğun olaraq «İddiaçı” MMCyə təqdim edilmiş xidmət və layihələrin dəyərinin vaxtında ödənilməməsi, işlənib hazırlanmış layihələrin isə qəbul edilməsindən imtina edilməsi nəticəsində X4 və Ticaret Anonim Şirkətinə külli miqdarda maddi ziyan dəymişdir. Sadalananlar barəsində «İddiaçı” MMC-yə pretenziya qaydasında dəfələrlə iradlar bildirilsə də, onun tərəfindən ödənişlər həyata keçirilməmişdir. Müqavilənin 4-cü bəndində göstərilib ki, X4 və Ticaret Anonim Şirkəti dizayner kimi İddiaçı MMC-yə yalnız X7lərini layihələndirmə işləri və X7ləri ilə əlaqəli mövzular ücün məlumat verilməsi üzrə məsuliyyət daşıyacaqdır. İş çərçivəsində lazımi bütün infrastruktur və üstqurum planları (marşrut planı, profil planı və s.) İddiaçı MMC tərəfindən rəqəmsal şəraitdə alınaraq X4 və Ticaret Anonim Şirkətinə veriləcəkdir və bunların əsasında elektrikləşdirmə sistemlərinin kontakt şəbəkələrindən istifadə layihələri hazırlanacaqdır. Lakin bu bəndin tələblərini İddiaçı MMC pozmuş, baş plandakı dəyişiklikləri və planları bizə verməmiş, piko test həyata keçirməmişdir. İşlərin müqavilədə nəzərdə tutulmuş müddətdə görülməməsinin, geçikmənin səbəbi İddiaçı MMC-nin müqavilədə adıçəkilən planları X4 və Ticaret Anonim Şirkətinə verməməsidir, buna görə məsuliyyət də İddiaçı MMC-nin üzərindədir. Müqavilənin 4-cü bəndinə əsasən sahibkar tərəfindən verilmiş ümumi prinsip dosyaları ilə bağlı olaraq təxminən 500 (beş yüz) kilometr xətt marşrutu üçün sahə çalışmaları layihələri hazırlanacaqdır. Müqavilənin 5.4-cü bəndinə əsasən sahibkar («İddiaçı” MMC) tərəfdən işin sürətli gedişini təmin etmək üçün layihələr marşrutun müxtəlif məntəqələrindən başladılmaqla hissələrlə hazırlanacaqdır. Layihələr eyni anda birdən çox bölgə üçün hazırlanacaqdır və kompleks şəkildə tamamlanması gözlənməyərək mərhələrlə hazırlanıb sahibkara təqdim ediləcəkdir. Müqavilənin 5.7-ci bəndinə görə sahibkar tərəfindən alınaraq dizaynerə verilən planlarda səhv olduqda, sahibkara məlumat veriləcək, lakin yaranan çatışmazlıqlara görə dizayner (X4 və Ticaret Anonim Şirkəti) məsuliyyət daşımayacaqdır. Müqavilənin 5.8-ci bəndinə görə kartoqrafiya işləri görülərkən yol verilən səhvdən irəli gələn problemlərə görə tamamilə sahibkar məsuliyyət daşıyacaqdır. Müqavilənin 5.10-cu bəndinə görə iş başa çatdıqda yekun layihələr (As-Build) hazırlanacaqdır. Yekun layihələrə salınması üçün sahə işlərində edilən dəyişikliklər həmişə dizaynerə bildirilməlidir. Yekun layihələr CD olaraq hazırlanacaq və sahibkara təhvil veriləcəkdir. Bunların çap edilməsi üçün sahibkar cavabdehdir. Layihəçi bu şərtlərə əməl etmişdir. Müqavilənin 5.17-ci bəndinə görə layihə çərçivəsindəki iş ümumilikdə 500 (beş yüz) kilometrlik qoşa əsas xətt hissəsindən ibarətdir. Dizayner işə başladıqdan sonra idarə və ya sahibkar tərəfindən istənilən səbəbdən iş tamamilə dayandırıldıqda sahibkar müqavilə dəyərinin minimum 50%-ni (əlli faizini) dizaynerə ödəməlidir. Müqavilənin 6-cı bəndinə görə İddiaçı ilə İdarə arasında imzalanan layihənin başa çatdırılma müddəti 18 (on səkkiz) aydır və imzalandığı gündən etibarən bu müddətin bir hissəsi istifadə edilmişdir. Kontakt şəbəkəsi sistemlərinin layihələndirilməsi işləri ilə bağlı infrastruktur, üst quruluş planlaşdırılmaları və sahə tətbiqləri ilə əlaqədar olaraq həyata keçirilən layihədir. Müqavilədə nəzərdə tutulmuş kontakt şəbəkəsi sistemlərinə dair işçi layihələrin 500 (beş yüz) km cüt əsas qoşa xəttin içində hazırlanması işinin 14 (on dörd) ay ərzində başa çatdırılması nəzərdə tutulur və dizayner tərəfindən icra ediləcək işin müddəti idarə və podratçı arasında bağlanmış əsas müqavilənin müddətinə bağlıdır. Sahibkar və dizayner arasında bağlanan müqavilənin müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8000 Avro ödəniləcək. Müqavilənin müddəti 14 ay, yəni 420 gündür, bu müddətdən sonra da iş davam edəcəksə, dizaynerə aylıq əlavə maaş ödəniləcək. İş tamamilə başa çatdırılmadan yekun layihələr (as-build) hazırlanmayacaq. Müqavilənin 7-ci bəndinə görə dizayner işə başladıqdan sonra görülən işin həcmi sahibkar tərəfindən 500 (beş yüz) kilometrlik qoşa əsas xətt miqdarından azaldılarsa; başa çatdırılan hissənin neçə kilometr olmasından asılı olmayaraq sahibkar işin həcminin 400 (dörd yüz) kilometrə qədər olan hissəsi üçün nəzərdə tutulmuş 550000,00 €-nu (beş yüz əlli min Avro) layihə mütəxəssisinə ödəyəcək. Sahibkar və dizayner arasında bağlanan müvafiq müqavilənin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, hər ay üçün nəzərdə tutulmuş əlavə haqq 8000,00 €/ay (səkkiz min Avro/ay) təşkil edəcək. Göründüyü kimi, müqavilənin bu bəndinə əsasən İddiaçı MMC müqavilənin icrasini dayandırdığına görə lahiyəçi 550000 avro pul ödəməli idi. Sahibkar tərəfindən dizaynerə ödəniləcək ödənişlər sahibkarın idarədən alacağı ödənişlərdən asılı olmayacaq. Sahibkar ödənişlərlə bağlı hər hansı bir gecikmə baş versə belə, dizaynerə ediləcək müvafiq ödənişi gecikdirməyəcək. Sahibkar, əgər dizaynerə ödəniləcək haqqı müqavilədə nəzərdə tutulmuş tarixlərdə həyata keçirtməzsə, bu halda dizayner lahiyə işlərinin ödəniş edilənə qədər təxirə salacaq və bu müddətin uzadılmasından qaynaqlana biləcək xoşagəlməz hallara görə dizayner məsuliyyət daşımayacaq. Sahibkar işin ləğv olunmasını əsas gətirərək layihə (dizayn) haqqını ödəməkdən imtina edə bilməz. Müqavilənin 8-ci bəndinə görə ödənişlər müqavilə ilə nəzərdə tutulmuş BQ-yə əsasən həyata keçiirləcək. Sonrakı fakturalar (hakedişlər) aylıq olaraq kəsiləcəkdir. Hər aylıq faktura ((hakediş) həmin ayın 5ci (beşinci) günü sahibkarla razılaşdıqdan sonra kəsiləcək və sahibkara təqdim olunacaq. Bu fakturalar əvvəlki ay ərzində hazırlanan və sahibkara təqdim olunmuş layihələrə aid məbləğləri əhatə edəcək. “X4 və Ticaret Anonim Şirkəti” tərəfindən sonuncu görülmüş işlərin aylıq fakturası İddiaçı MMC-yə təqdim olunsa da, İddiaçı MMC hec bir əsas göstərmədən layihəçinin xidmət haqqını ödəməkdən imtina etmişdir. Bundan başqa, İddiaçı MMC layihəçinin işçilərinin sahəyə daxil olmasına icazə verməmişdir. müqaviləyə əsasən bütün işlərə rəqəmsal şəraitdə nəzarət ediləcək və sahibkar müvafiq ödənişləri faktura tarixindən etibarən 10 (on) gün ərzində aşağıdakı bankın AVRO (€) İBAN hesabına nağd olaraq köçürəcək. X4 və Ticaret Anonim Şirkəti tərəfindən dəfələrlə internet vasitəsilə xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu ildə e-mail vasitəsilə, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə isə həm e-maillə, həm də karqo vasitəsi ilə yazılı pretenziya məktubları ilə İddiaçı MMC-yə və "xxxx" QSC-yə müraciət edərək “X4 və Ticaret Anonim” Şirkətinə olan borcun ödənilməsini və müqavilə şərtlərinə əməl edilməsi xahiş edilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixində İddiaçı MMC ilə X4 və Ticaret Anonim Şirkəti arasında ikinci Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi Böyük Kəsik-Gəncə arasındakı mövcud asma kontakt sistemin mümkün dərəcədə qorunaraq birbaşa cərəyanın alternativ cərəyana çevrilməsinin həyata keçirilə bilməsi üçün lazımi “Sahə araşdırması-Hesabat vermə Layihələndirmə-Planlaşdırma” İşi müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən layihəçi İddiaçı MMC-nin sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi Böyük Kəsik-Gəncə arasındakı birbaşa cərəyan-alternativ cərəyan çevrilməsinin xəttdəki mövçud asma kontakt sistemlərinin mümkün dərəcədə qorunaraq həyata keçirilməsi işinə aid “Sahə araşdırması-Hesabat vermə-Layihələndirmə Planlaşdırma” işlərini hazırlamalı, İddiaçı MMC isə bunun müqaqbilində görülən işlərin haqqını ödəməli idi. Müqavilə layihəçi tərəfindən tam və layiqincə icra edilmiş, İddiaçı MMC isə öz öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 7-ci maddəsində onun ümumi dəyərinin 180000 (bir yüz səksən min) Avro təşkil etdiyi qeyd olunmuşdur. Bu Müqavilə üzrə ödəniş şərtlərinə əsasən İddiaçı MMC tərəfindən cəmi 90000 (doxsan min) Avro avans olaraq “X4 və Ticaret Anonim” Şirkətinin hesabına köçürülmüşdür. Müqavilə üzrə hazırlanmış layihələrin, görülmüş işlərin 90000 avro məbləğində dəyəri isə İddiaçı MMC tərəfindən ödənilməmişdir. Layihəçiyə sifariş verilən layihələr üzrə işlər tam yerinə yetirilmiş, layihələr hazırlanmışdır. Lakin 43000 avro məbləğində layihə İddiaçı MMC-yə təhvil verilsə də, faktura (hakediş) İddiaçı MMC-yə təqdim edilsə də, layihəçi həmin işin dəyərini ödəməmişdir. Bundan əlavə, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə layihəçinin əməkdaşları sahədən qovularaq çıxarılmışdır. X4 və Ticaret Anonim Şirkəti tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş layihələr 100 faiz hazırlanmış, layihələrin bir hissəsi İddiaçı MMC-yə təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri ücün sonrakı layihələrin təhvil verilməsi dayandırılmışdır. Təqdim edilmiş layihələrdə hər hansı qüsurlar olmamışdır. X4 və Ticaret Anonim Şirkətinin işləyib hazırladığı layihə qeyd-şərtsiz İddiaçı MMC tərəfindən qəbul edilmiş və Sifarişçi xxxx QSC-yə təhvil verilmişdir. Lakin sonuncu layihənin hesab fakturası (hakediş) İddiaçı MMC-yə göndərilsə də, İddiaçı MMC tərəfindən həmin ödənişlər ödənilməmişdir. Bundan əlavə, İddiaçı MMC tərəfindən müqavilənin şərtləti pozulmuşdur. Yuxarıda göstərilənlərlə yanaşı, müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC-yə təqdim edilmiş xidmət və layihələrin dəyərinin vaxtında ödənilməməsi, işlənib hazırlanmış layihələrin isə qəbul edilməsindən imtina edilməsi nəticəsində X4 və Ticaret Anonim Şirkətinə külli miqdarda maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 90000 avro məbləğində borc ödənilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində «X4 və Ticarət” Anonim Şirkətinə külli miqdarda maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsi və qarşılılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - xx.xx.2018-ci il tarixdə "İddiaçı" MMC ilə X4 ve Ticaret Anonim Şirkəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dizayner (X4 ve Ticaret Anonim Şirkəti) sahibkarın ("İddiaçı" MMC) sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində 14 ay (420 gün) müddətinə X1 hazırlamalıı, sahibkar isə bunun müqaqbilində görülən işlərin haqqını ödəməli idi. Həmin Müqavilənin 7-ci maddəsində müqavilənin ümumi dəyərinin 600000 Avro təşkil etməsi qeyd olunmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş işin ümumi həcmi 481,40 km məsafəni əhatə edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2018-ci il tarixli 005SW**********6 nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 50000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2018-ci il tarixli 005SW**********8 nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 50000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2018-ci il tarixli 005SW**********1 nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 30000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2018-ci il tarixli 005SW**********1 nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 50000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2018-ci il tarixli 005SW**********2 nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 60000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2018-ci il tarixli 120OCT********** nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 60000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2019-cu il tarixli 005SW**********7 nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 60000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2019-cu il tarixli 120OCT********** nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 60000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2019-cu il tarixli 102OCT********** nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 36000 Avro məbləğində pul ödənilmişdir. - xx.xx.2019-cu il tarixdə "İddiaçı" MMC ilə “X4 ve Ticaret Anonim” Şirkəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən sahibkarın sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Böyük Kəsik-Gəncə arasında sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün Layihələr hazırlamalı, sahibkar isə bunun müqabilində görülən işlərin haqqını ödəməlidir. - xx.xx.2019-cu il tarixli 005SW**********2 nömrəli ödəniş qəbzindən görünür ki, qeyd olunan tarixdə "İddiaçı" MMC tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X4 ve Ticaret Anonim” Şirkətinin hesabına 90000 Avro məbləğində pul ödənilmişdir. - İlkin iddia üzrə iddiaçı "İddiaçı" MMC hər iki müqavilə üzrə pretenziya qaydasında ilkin iddia üzrə cavabdeh “X4 ve Ticaret Anonim” Şirkətinə müraciət edərək, müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirilmədiyi üçün iddiaçıya dəymiş zərərin aradan qaldırılması məqsədilə 7 iş günü müddətində müqavilə üzrə göstərilən bütün layihələr möhürlənmiş və sertifikatlandırılmış vəziyyətdə "İddiaçı" MMC-yə təqdim edilməsi xahiş olunmuşdur. - Qarşılıqlı iddia üzrə iddiaçı “X4 ve Ticaret Anonim” Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdə pretenziya qaydasında qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı" MMC-yə müraciət edilərək tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış 196000 Avro məbləğində borcun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 90000 Avro məbləğində borcun, 14300 Avro məbləğində əldən çıxmış faydanın ödənilməsi xahiş olunmuşdur. - "xxxx" QSC-nin məhkəməyə ünvanladığı məktubda qeyd olunur ki, "xxxx" QSC tərəfindən X4 ve Ticaret Anonim Şirkətinin layihələndirmə işlərində hər hansı nöqsanın olması barədə "İddiaçı" MMC-yə müraciət edilməmişdir. Müstəqil tərəlb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 773-ci maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İlkin iddia üzrə iddiaçı "İddiaçı" MMC-nin tələbi xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə bağlanmış müqavilələr üzrə cəmi 363000 (273000+ 90000) Avro məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasından ibarətdir. Qarşılıqlı iddia üzrə iddiaçı X4 ve Ticaret Anonim Şirkətinin tələbini tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış 196000 (164000+32000(8000x4ay)) avro məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 90000 avro məbləğində borc, 14300 Avro məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 300300 avro məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Məhkəmə ilkin və qarşılıqlı iddia üzrə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə "İddiaçı" MMC ilə layihəçi X4 ve Ticaret Anonim Şirkəti arasında podrat müqaviləsi (bundan sonra mətndə şərti olaraq “birinci müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən dizayner sahibkarın sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində 14 ay (420 gün) müddətinə X1 hazırlamalı, sahibkar isə bunun müqaqbilində görülən işlərin haqqını ödəməli idi. Həmin Müqavilənin 7-ci maddəsində müqavilənin ümumi dəyərinin 600000 Avro təşkil etməsi qeyd olunmuşdur. Qeyd olunan müqavilə üzrə "İddiaçı" MMC tərəfindən layihəçiyə ümumilikdə 456000 Avro ödəniş edilmişdir. Layihəçi tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km-i üzrə məsafənin 320,80 km-i üzrə layihələndirmə işi aparılmış, həmin 320,80 km məsafənin cəmi 232,05 km üzrə layihə lazımı formada, möhürlə təsdiq edilərək sahibkara təqdim edilmişdir. Qalan 88,75 km məsafə üzrə isə layihələr möhürlənməmiş və sertifikatlaşdırılmamışdır. Qeyd olunan hala dair layihəçi müqavilə predmeti üzrə nəzərdə tutulmuş 481,40 km məsafəyə dair layihələndirmə işlərini tamamlandırdığını, lakin sifarişçi tərəfindən ödənişlərin tam yerinə yetirilməməsi səbəbindən həmin layihələri təqdim etmədiyini bildirmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi (bundan sonra mətndə şərti olaraq “ikinici müqavilə”) bağlanmışdır ki, həmin müqavilə üzrə Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi dair Böyük Kəsik- Gəncə arasında sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün Layihələrin hazırlaması nəzərdə tutulmuşdur. Qeyd olunan müqavilə üzrə sifarişçi tərəfindən layihəçinin hesabına avans olaraq müqavilə şərtlərinə əsasən müqavilə dəyərinin (180000 avro) əlli faizi olan 90000 avro ödənilmişdir. Göründüyü kimi tərəflər arasında müxtəlif vaxtlarda yaranmış münasibətlərin əhatə dairəsi genişdir. Bu səbəbdən məhkəmə ilk öncə tərəflər arasında yaranmış mübahisənin mübahisəsiz hallarının müəyyən edilməsini məqsədmüvafiq hesab edir. İkin iddia tələbi üzrə tərəflər arasında bağlanmış birinci müqavilə üzrə sifarişçi tərəfindən 232,05 km hissəyə dair layihələrin qəbul edilməsi, layihəçinin birinci müqavilə üzrə görülən işlərə görə 436000 Avro pul ödənişini qəbul etməsi və layihəçi tərəfindən müqavilə şərtlərinə əsasən təsdiqsiz və möhürsüz olmasına baxmayaraq, 88,75 km məsafəyə dair layihənin hazırlanması işin mübahisəsiz hallarıdır. İkinci müqavilə üzrə sifarişçi tərəfindən müqavilə dəyərinin əlli faizinin, yəni 90000 avro pulun layihəçiyə avans olaraq ödənilməsi işin mübahisəsiz halıdır. Belə olan halda hər iki tələb üzrə işin mübahisəsiz hallarına nisbətdə birləşdirilmiş ilkin iddia tələbinin birinci müqavilə üzrə mübahisəli halları layihəçi tərəfindən görülməli işlərə görə sifarişçi tərəfindən ödənildiyi iddia olunan 456000 avro pulun 20000 avro hissəsinin görülən işlərlə bağlı deyil, digər məqsədlər üçün ödənilməsi, tələbin həmin hissəsinə dair qarşılıqlı iddia tələbində isə tam olaraq şifarişçi tərəfindən ödənilməmiş 196000 (164000+32000(8000x4ay)) məbləğində borcun olmasıdır. Qeyd olunan hallara əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə hazırlanmış layihələrin ilk növbədə elektron poçt vasitəsi ilə sifarişçiyə göndərilməsi razılaşdırılmışdır. Hazırda layihəçi tərəfindən 320,80 km məsafəyə dair layihələrin hazırlanması sifarişçi tərəfindən təsdiq olunur. Digər 160.6 km hissəyə dair layihələrin sifarişçiyə göndərilib-göndərilməməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 273000 Avro məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir. Bu zaman iddiaçı həmin müqavilənin 5.17-ci maddəsinə əsaslandığını bildirmişdir. Həmin maddəyə əsasən dizayner işə başladıqdan sonra idarə və ya sahibkar tərəfindən istənilən səbəbdən iş tamamilə dayandırıldıqda sahibkar müqavilə dəyərinin minimum 50%-ni dizaynerə ödəməlidir. xx.xx.2018-ci il tarixli müqavilənin 10-cu maddəsinə əsasən dizayner müqavilədə göstərilən öhdəlik və səlahiyyətlərdən hər hansı birinə əməl etməyəcəyi təqdirdə və və/yaxud qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, sahibkar müqaviləni ləğv etmək hüququna malikdir; 5.18-ci maddəsinə əsasən layihə çərçivəsində 500 kilometrlik qoşa əsas xəttin miqdarı artdıqda və ya azaldıqda ödənişlər müqavilədə göstərilən vahid qiymət siyahısına (BQ) əsasən həyata keçiriləcəkdir. Artma və ya azalmanın miqdarına görə kilometr bazasındakı vahid qiymətlər fərqli olacaqdır. Sahibkar tərəfindən ödənişlər 7-ci maddədə olan BQ-yə əsasən həyata keçiriləcəkdir; 7-ci maddəsinə əsasən 400 km-ə qədərki hər bir km cüt əsas xətt üçün X7inin işçi layihəsinin hazırlanması işi 1225 Avro, 400 km-dən sonra 500 km qədər olan 100 km hər bir km qoşa əsas xətt üçün X7inin tətbiqi layihəsinin hazırlanması işinin vahid qiyməti 500 Avro təşkil edəcək. Məhkəmənin qənaətinə əsasən birinci müqavilə üzrə sifarişçi tərəfindən edilmiş ödənişlər layihəçi tərəfindən görülmüş işlərin nisbətinə bərabər sayılmalı, ilk iddia tələbi xx.xx.2018-ci il tarixli müqavilə üzrə 273000 Avro məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, həmin əsasla qarşılıqlı iddia tələbinin xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 164000 (600000-436000) avro məbləğində borcun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması hissəsi də təmin olunmamalıdır. İlkin iddia üzrə iddiaçı "İddiaçı" MMC-nin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi 90000 Avro məbləğində pulun cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya qaytarılması barədə iddiası qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, həmin müqavilənin 8-ci maddısinə əsasən ödənişlər müqavilədə yer alan BQ-yə əsasən həyata keçiriləcək. Sifarişçi müqavilə üzrə layihəçiyə 90000 avro avans ödənişi ödəyəcək. Bu avans ödənişi daha sonra görülən iş vahidlərindən 50%-lik miqdarlar şəklində çıxılacaq. Müqavilənin 5.15-ci maddəsinə əsasən layihəçi işə başladıqdan sonra, İdarə və ya sifarişçi tərəfindən hər hansı səbəblə işin tamamilə dayandırılması zamanı sifarişçi müqavilə ödənişinin minimum 10%-ni layihəçiyə ödəmək məcburiyyətindədir. İkinci müqavilə üzrə işlərin başlandığı nəzərə alınaraq, ilkin iddia üzrə iddiaçı ikinci müqavilənin dəyəri olan 180000 avro məbləğin 10%-ni təşkil edən 18000 avro məbləği cavabdehə ödəmək məcburiyyətindədir. Qeyd olunduğu kimi, həmin müqavilə üzrə 90000 avro avans olaraq layihəçiyə ödənilib. Ona görə də 72000 avro məbləğində pul vəsaiti (90000-18000=72000) ilk iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbinin birinci müqavilə üzrə 32000 avro məbləğində pulun cavabdehdən tutulmasına münasibətdə qeyd olunmalıdır ki, müqavilənin 6-cı maddəsinə əsasən sahibkar və dizayner arasında bağlanan müqavilənin müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almağa davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8000 Avro ödəniləcək. Məhkəmə tərəflər arasında münasibətlərn pozulduğunu nəzərə alaraq, qarşılıqlı iddiaçının həmin maddəyə əsaslanmaqla göstərilən məbləğin cavabdehdən tutulmasını tələb etməsini əsaslı saymır. Ona görə də belə qənaətə gəlir ki, tələb həmin hissədə də əsassız olduğunudan təmin olunmamalıdır. Qarşılıqlı iddia tələbinin xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 90000 avro məbləğində borcun cavabdehdən tutulması hissəsi də əsassız olduğundan (yuxarıda ilk iddia tələbinə münasibətdə həmin müqavilə üzrə gəlinən nəticə əsas götürülərək) təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı tələbindən tərəflər arasında bağlanmış müqavilə üzrə sifarişçi tərəfindən öhdəliklərə tam əməl edilməməsi səbəbindən əldən çıxmış fayda olaraq 14.300 Avro məbləğində pulun cavabdehdən tutulması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qarşılıqlı tələbin həmin hissəsinə müasibətdə qeyd edir ki, göstərilən səbəbdən 14300 Avro məbləğində faydanın əldən çıxmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh X4 ve Ticaret Anonim Şirkətindən 72000 avro (yetmiş iki min) məbləğində pul ilkin iddia üzrə İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh X4 ve Ticaret Anonim Şirkətindən 72000 avro (yetmiş iki min) məbləğində pul ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-437/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-437/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver