Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-437/2023 12.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı lizinq müqaviləsinin ləğvi, pul və lizinq obyektlərinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021 tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2021 tarixli LM№5xx-xx-2021-01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-03 saylı və xx.xx.2021 tarixli LM№511-09- 2021-04 saylı əlavələr ləğv edilməsini, lizinq müqavilələri üzrə iddia verilən tarixə ilkin ödəniş üzrə 136088 manat borc, gecikmə cərimələri üzrə 8774,18 manat borcun, faiz üzrə 21630,43 manat borc, əsas borc üzrə 40087,11 manat, cəmi 206579,72 manat məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulmasını, SEM 512 vərdənənin, CAT 320 GC 07D tırtıllı ekskavatorun, CAT 326 07B tırtıllı ekskavatorun, CAT 330 GC07C tırtıllı ekskavatorun, CAT 326 07B tırtıllı ekskavatorun, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin, HOWO ZZ3327N3847E özüboşaldan yük avtomobilinin “X2" MMC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı "xxxx" ASC elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı lizinq müqaviləsinin ləğvi, pul və lizinq obyektlərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 497 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-437/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-437/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver