Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-437/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin Bakı Şəhərı̇ 1 saylı Ərazi ,̇ ısəradİ̇ Bakı Şəhərı̇ 14 saylı Notarı̇ at Kontoru, Bakı Şəhərı̇ 53 saylı Notarı̇ at Kontoru, "xxxx" MMC cəlb edilməklə) qarşı sənədlərin, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sənədlərin, müqavilənin etibarsız hesab edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin Bakı Şəhərı̇ 1 saylı Ərazi ,̇ ısəradİ̇ Bakı Şəhərı̇ 14 saylı Notarı̇ at Kontoru, Bakı Şəhərı̇ 53 saylı Notarı̇ at Kontoru, "xxxx" MMC cəlb edilməklə) qarşı sənədlərin, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilərək onun bazasında Cavabdeh2 yaradılması), "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 1 ünvanında yerləşən 15731,7 kv.m torpaq sahəsinin əsas səhmdar X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 004350 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız sayılmasına və əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında aparılmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 9 saylı notariat ofisinin 18 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı X7 hüquqi varisidir. X14 "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 8 ədəd özəlləşmə çeki təqdim etmiş və nəticədə hər birinin dəyəri 10000 manat olan 67 ədəd səhm əldə etmişdir. "xxxx" ASC öz fəaliyyətini Cavabdeh2 kimi tanınan və cəmiyyətə məxsus olan daşınmaz əmlak kompleksində həyata keçirmişdir. X14 adı çəkilən ASC-nin səhmdarı olmaqla yanaşı, həmçinin həmin cəmiyyətdə əmək fəaliyyəti ilə 2017-ci ildə pensiyaya çıxana qədər məşğul olmuşdur. İşdən çıxdıqdan sonra ASC-nin fəaliyyət göstərdiyi mülkiyyətçisi olduğu həmin daşınmaz əmlak kompleksinin qanunsuz şəkildə özgəninkiləşdirildiyini şifahi şəkildə öyrənmişdir. X14 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ilə müraciət etmişdir və xx.xx.2021-ci il tarixli, **********36 nömrəli cavab məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilərək, onun bazasında Cavabdeh2 yaradıldığını, o cümlədən ləğvetmə prosesində həmin ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 1 ünvanında yerləşən 15731,7 kv.m torpaq sahəsinin əsas səhmdar X3 mülkiyyətinə verilməklə onun adına xx.xx.2005-ci il tarixli, 004350 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyini öyrənmişdir. Belə ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına Bakı şəhəri, Nəsimi rayonu, 1 ünvanında yerləşən 15731,7 kv.m. torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli, 000091 nömrəli "Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən" şəhadətnamə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və onun bazasında Cavabdeh2 MMC yaradılmışdır. X14 bu barədə məlumat alan kimi dərhal bütün dövlət qurmlarına şikayət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir və Hacıyev Tofiq 2022-ci ilin dekabr ayının 12-də vəfat etdiyindən araşdırma başa çatmamışdır və qanunu pozanlar məsuliyyətdən kənarda qalmışdır. Bundan sonra İddiaçı vərəsə kimi tanındıqdan sonra yarımçıq qalan işi araşdırmaq və atasına vurulan zərəri tələb etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin məktubundan məlum olur ki, X7 da səhmdarı olduğu "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 1 ünvanındakı əmlaka dair alqı-satqı aparılmışdır: 1) Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 775 reyestr nömrəli alqı-satqı müqaviləsi; 2) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 405 reyestr nömrəli alqı-satqı müqaviləsi; 3) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 426 reyestr nömrəli alqı-satqı müqaviləsi, 4) 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixdə 1094 reyestr nömrəli alqı-satqı müqaviləsi; 5) 1 sayli Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixdə 715 reyestr nömrəli alqı-satqı müqaviləsi, 6) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 463 reyestr nömrəli alqı-satqı müqaviləsi, 6) Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 958 reyestr nömrəli alqı-satqı müqaviləsi; 7) Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 959 reyestr nömrəli alqı-satqı müqaviləsi; 8) Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 960 reyestr nömrəli alqı-satqı müqaviləsi; 9) Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 961 reyestr nömrəli alqı-satqı müqaviləsi, 10) Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 962 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla əmlaklar özgəninkiləşdirilmişdir. Qeyd olunan müqavilələr rəsmiləşdirilərkən səhmdar kimi X7 razılığı alınmamışdır. Bu da X7 qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. X1 Tofiq Ağaşərif oğlunun ona olan etibarından sui-istifadə edərək razılığı olmadan həmin əmlakları özəlləşdirmiş və başqa şəxslərə satmışdır. X3 X8 vurduğu ziyanın milyonlarla manatdır. Göründüyü kimi, Məmmədağa X2 ona olan etibarından sui-istifadə edərək X8 qarşı milyonlarla manat məbləğində zərər vurmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98.1, 98.3, 98.4, 98.5, 99.1, 99.2, 99.3, 105-1, 106-1, 107.1, 107.2, 107.4, 107.5, 107.6, 107-1.2, 107-2.1, 107-3.2, 107-3.3, 107-3.4, 107-3.5, 107-5.1, 107-6.1, 107- 6.3-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, hazırkı iş üzrə İddiaçı miras qoyan Hacıyev Tofiqin yalnız Bakı şəhəri, Yasamal rayonu, X16, 518-ci məhəllə, ev 6, mənzil 46 ünvanında yerləşən mənzilindən miras pay almışdır. Hər hansı bir səhmdar cəmiyyətinin səhmləri ilə bağlı vərəsəlik mövcud deyildir. İddiaçı səhmdar deyil və olmamışdır, odur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, bildirilmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməklə yanaşı, iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Belə ki, hüquqi şəxsin ləğvinin dövlət qeydiyyatına almaq cavabdeh fiziki şəxs olan Cavabdeh1 səlahiyyətləri daxilində deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bununla bağlı bildirilmişdir ki, iddia tələbində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi” barədə "xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi istənilmişdir. Halbuki, cəmiyyətin ləğv edilməsi barədə qərar qanunvericiliklə müəyyən olunmuş qaydada icra edilmiş, ləğvetmə tədbirləri həyata keçirilmiş və son olaraq hüquqi şəxsin ləğv edilməsi müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. Burada hər hansı bir səhmdarın hüququ pozulsaydı, ləğvetmə dövlət qeydiyyatına alına bilməzdi. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-5.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Yuxarıda sadalananlara əsasən cavabdeh İddiaçı Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin Bakı Şəhəri 1 saylı Ərazi İdarəsi, Bakı Şəhəri 14 saylı Notariat Kontoru, Bakı Şəhəri 53 saylı Notariat Kontoru, "xxxx" MMC cəlb edilməklə) qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair məhkəmənin icraatında olan e-2- 2(113)-6567/2024 saylı iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra cavabdeh “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ üçün müəyyən edilmiş bir illik iddia müddəti keçmişdir. Belə ki, iddia tələbində "xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilərək onun bazasında "Təzə Bazar” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması), "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15731,7 kv.m torpaq sahəsinin əsas səhmdar X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 004350 nömrəli “mülkiyyət hüququ haqqında” şəhadətnamənin etibarsız sayılmasına və əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında aparılmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi istənilmişdir. İddia tələbındə "xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi iddiası irəli sürsə də, 12 dekabr 2022-ci il tarixdə vəfat etmiş Hacıyev Tofiq tərəfindən məhkəməyə müraciət edilməmişdir. Hazırkı iddia ərizəsindən də görünür ki, iddiaçı 20 (iyirmi) ildən çox müddətdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, qərarın etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Yuxarıda qeyd edilənləri əsas gətirərək cavabdeh İddiaçı Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin Bakı Şəhəri 1 saylı Ərazi İdarəsi, Bakı Şəhəri 14 saylı Notariat Kontoru, Bakı Şəhəri 53 saylı Notariat Kontoru, "xxxx" MMC cəlb edilməklə) qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbinə iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə “AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə daxil olmuşdur. Əirzə onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qanunvericiliyin tələblərinə tam riayət edərək, torpaq sahəsini Cavabdeh2ndən qanuni alqı-satqı əsasında əldə etmişdir. Alqı-satqı prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən, Mülki Məcəllə və digər müvafiq qanunvericilik aktlarına tam uyğun şəkildə, notarius tərəfindən rəsmi təsdiqlənərək həyata keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə çevrilməsi prosesinə dair hüquqi və ya inzibati detallara malik olmadıqları nəzərə çatdırılır. Qeyd olunan dəyişikliklərin dövlət orqanlarının nəzarəti altında və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyi qənaətindədirlər. "xxxx" MMC tərəfindən torpaq sahəsi alındıqda, bu prosesə dair bütün zəruri sənədlər, o cümlədən torpaq üzərində hər hansı hüquqi məhdudiyyətlərin olmaması barədə müvafiq rəsmi arayışlar alınmışdır. "xxxx" MMC bu işdə yalnız mübahisəli əmlakın əldə edilməsi ilə bağlı faktları aydınlaşdırmaq məqsədi ilə iştirak edir və şirkətin hər hansı qanunsuz hərəkətə yol vermədiyini bir daha vurğulayırlar. Tədqiq olunan sübutlar:
7. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında etiraz ərizələrinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi.
10. xx.xx.2022-ci il tarixli, AZ-İİ 320590 nömrəli X11 görünür ki, X14 xx.xx.2022-ci ildə vəfat etmişdir.
11. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan oğlu İddiaçı (AZE********. xx.xx.2013 – Asan 3 FİN:xxxxxxx, d/t:xx.xx.1978) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak kimi ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X8 verilmiş **********75-05101-093007 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 60.5 kv/m, yaşayəş sahəsi 47.5 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********SE70501 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 6 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-yə məxsusdur. (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2013).
13. Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC Cavabdeh2 MMC-dən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 2703.7 kv.m olan daşınmaz əmlakı ******* manata almışdır. Müqavilə notarial qaydada təsdiq edilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017).
15. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* nömrəli müqavilənin məzmunundan müəyyən edilir ki, alıcı "xxxx" MMC ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakı 217075,25 manat qiymətinə Cavabdeh1 almışdır. Müqavilə notarial qaydada təsdiq edilmişdir.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 54.7 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mülkiyyət hüququnun qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci ildir.
17. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 54.7 kv.m olan qeyri-yaşayış sahəsini 444867,65 manata "xxxx" MMC-yə satmışdır.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 49.8 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mülkiyyət hüququnun qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci ildir.
19. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 49.8 kv.m olan qeyri-yaşayış sahəsini 409093,1 manata "xxxx" MMC-yə satmışdır.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 20.9 kv.m olan qeyri-yaşayış binası (5 saylı mağaza) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mülkiyyət hüququnun qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017ci ildir.
21. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* nömrəli daşınmaz alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 20.9 kv.m olan qeyri-yaşayış sahəsini 198092,55 manata "xxxx" MMC-yə satmışdır.
22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 182.1 kv.m olan qeyri-yaşayış binası (85 saylı mağaza) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mülkiyyət hüququnun qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci ildir.
23. Bakı şəhəri, 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 182.1 kv.m olan qeyri-yaşayış sahəsini 1375023,95 manata "xxxx" MMC-yə satmışdır. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 21 kv.m olan qeyri-yaşayış binası (3 saylı mağaza) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mülkiyyət hüququnun qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017ci ildir.
25. Bakı şəhəri, 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.m olan qeyri-yaşayış sahəsini 198822,5 manata "xxxx" MMC-yə satmışdır. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
26. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 007AZ**********1 nömrəli mədaxil orderinin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən X9 bank hesabına 1629527,4 manat vəsait göndərilmişdir.
27. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 006AZ********** nömrəli mədaxil orderinin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən X9 bank hesabına 1233348,43 manat vəsait göndərilmişdir.
28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən səlahiyyətli orqanlara göndərilmiş xx.xx.2023-cü il tarixli, 3342 saylı məktubun məzmunundan görünür ki, xx.xx.1947-ci il təvəllüdlü və xx.xx.2022-ci il tarixdə vəfat etmiş ünvan 4 ünvanında qeydiyyatda olmuş X7 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilmişdir. Vərəsə: oğlu-İddiaçıdur.
29. Respublika Auksion Mərkəzi tərəfindən verilmiş 007627 nömrəli bildirişin məzmunundan müəyyən olunur ki, Əzizbəyov prospekti, 518-ci məhəllə, ev 46 ünvanında yaşayan X14 "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 8 ədəd özəlləşdirmə çeki təqdim etmiş və nəticədə hər birinin dəyəri 10000 (on min) manat olan 67 ədəd səhm əldə etmişdir.
30. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş qəbzin məzmunundan müəyyən olunur ki, sifarişçi X7 "xxxx" ASC-nin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 8 ədəd özəlləşdirmə çeki qəbul edilmişdir.
31. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Tofiq Hacıyeva ünvanlanmış xx.xx.2008-ci il tarixli, 09-2/6786-H-193 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, "xxxx" Səhmdar Cəmiyyəti keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli 144 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş 1 nömrəli bazarın bazasında yaradılmış, səhmləri tam özəlləşdirilərək dövlət müəssisəsinin təşkilati-hüquqi forması və mülkiyyətçisi dəyişmişdir. Səhmdarların birinci və növbəti ümumi yığıncaqları keçirilərək cəmiyyətin daimi idarəetmə orqanlan formalaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Səhmdar Cəmiyyətinin nizamnaməsinə əsasən hər bir səhmdarın cəmiyyətin idarə edilməsində iştirak etmək, idarəetmə və icra orqanlarına seçmək və seçilmək, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, səhmdarların ümumi yığıncağının çağırılmasını tələb etmək, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək, cəmiyyətin xalis mənfəətindən malik olduğu səhmin dəyərinə uyğun olaraq dividend almaq və sair hüquqları vardır. Eyni zamanda qeyd edilmişdir ki, özəlləşdirmə prosesi başa çatdıqdan sonra müstəqil təsərrüfat subyekti olaraq "xxxx" Səhmdar Cəmiyyətinin fəaliyyəti, idarə edilməsi, habelə əmlak və maliyyə məsələləri mülki qanunvericiliyə uyğun olaraq tənzimlənir. Səhmdar cəmiyyəti ilə bağlı yaranmış hər hansı bir mübahisəli məsələ cəmiyyətin idarəetmə orqanlan tərəfindən və ya məhkəmə qaydasında həll olunur.
32. Azərbaycan Respublikası Mərkəzi Bankının vəkil sorğusuna verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda deyilir ki, “xxx-1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 may 2004-cü il tarixində səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda “xxx-1" ASC-nin ləğv edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bundan sonra Ədliyyə Nazirliyi Hüquqi X13 üzrə Bakı bölgə şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə cəmiyyətin ləğvi faktı qeydə alınmış “xxx-1" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.
33. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda deyilir ki, “xxx-1" Açıq Səhmdar Cəmiyyətinin adına ünvan 9 ünvanında yerləşən 15731,7 kv.m torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli 000091 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” şəhadətnamə verilmişdir. ünvan 9 ünvanında yerləşən “xxx-1" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Ümumi yığıncağının xx.xx.2004-cü il tarixli qərarına əsasən ləğv edilmiş və onun bazasında Cavabdeh2 MMC yaradılmışdır. Ləğvetmə prosesində həmin torpaq sahəsi əsas səhmdar Cavabdeh1 mülkiyyətinə verilmiş və onun adına xx.xx.2005-ci il tarixli 004350 nömrəli “Mülkiyyət hüququ haqqında ” şəhadətnamə verilmişdir. “xxx-1" Açıq Səhmdar Cəmiyyətinin adına respublikanın digər ərazilərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 107.1.5-ci maddəsinə əsasən cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə daxildir. 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında deyilir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. ...Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
37. İddia tələbi "xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 18 may 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi, "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 1 ünvanında yerləşən 15731,7 kv.m torpaq sahəsinin əsas səhmdar X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 004350 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında aparılmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsindən ibarətdir.
38. İşin faktiki hallarından göründüyü kimi, “xxx-1" Açıq Səhmdar Cəmiyyətinin adına ünvan 9 ünvanında yerləşən 15731,7 kv.m torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli 000091 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” şəhadətnamə verilmişdir. ünvan 9 ünvanında yerləşən “xxx-1" Açıq Səhmdar Cəmiyyəti səhmdarların Ümumi yığıncağının xx.xx.2004cü il tarixli qərarına əsasən ləğv edilmiş və onun bazasında Cavabdeh2 MMC yaradılmışdır. Ləğvetmə prosesində həmin torpaq sahəsi əsas səhmdar Cavabdeh1 mülkiyyətinə verilmiş və onun adına xx.xx.2005-ci il tarixli 004350 nömrəli “Mülkiyyət hüququ haqqında ” şəhadətnamə verilmişdir. “xxx-1" Açıq Səhmdar Cəmiyyəti olaraq fəaliyyət göstərmiş və X14 "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 8 ədəd özəlləşmə çeki təqdim etmiş və nəticədə hər birinin dəyəri 10000 manat olan 67 ədəd səhm əldə etmişdir. Qeyd olunduğu kimi, “xxx-1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 may 2004-cü il tarixində səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilmiş, həmin yığıncaqda “xxx-1" ASC-nin ləğv edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bundan sonra Ədliyyə Nazirliyi Hüquqi X13 üzrə Bakı bölgə şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə cəmiyyətin ləğvi faktı qeydə alınmış “xxx-1" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. X7 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilmişdir. Vərəsə: oğlu-İddiaçıdur.
39. Bundan başqa, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, hazırkı iş üzrə İddiaçı miras qoyan Hacıyev Tofiqin yalnız Bakı şəhəri, Yasamal rayonu, X16, 518-ci məhəllə, ev 6, mənzil 46 ünvanında yerləşən mənzilindən miras pay almışdır.
40. Həmçinin hazırkı tələblərlə bağlı cavabdehlərin cavabdehliyinin nədən ibarət olması əsaslandırılmamışdır.
41. Həmçinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Tofiq Hacıyeva ünvanlanmış xx.xx.2008-ci il tarixli, 09-2/6786- H-193 nömrəli məktubda deyilir ki, "xxxx" Səhmdar Cəmiyyəti keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli 144 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş 1 nömrəli bazarın bazasında yaradılmış, səhmləri tam özəlləşdirilərək dövlət müəssisəsinin təşkilati-hüquqi forması və mülkiyyətçisi dəyişmişdir. Səhmdarların birinci və növbəti ümumi yığıncaqları keçirilərək cəmiyyətin daimi idarəetmə orqanlan formalaşdırılmışdır... Həmin məktub 2008-ci ildə X8 göndərilmiş və həmin məktubda Səhmdar cəmiyyəti ilə bağlı yaranmış hər hansı bir mübahisəli məsələnin cəmiyyətin idarəetmə orqanları tərəfindən və ya məhkəmə qaydasında həll olunduğu bildirilmişdir.
42. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
43. İş materiallarından (sorğulara cavab məktubları) müəyyən olunur ki, əqdin mübahisələdirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət hələ xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 olarkən ötürülmüşdü.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova