Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4388/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 16.259,48 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25.06.2018-ci il tarixli, 322 saylı alğı-satqı müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Tərəflərindən üzərlərinə götürdükləri öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC İddiaçı MMC-dən aldığı malların dəyərini ödəməmiş və nəticədə 16 259,48 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alğı-satqı müqaviləsi imzalandıqdan sonra alıcı tərəfindən sifariş verilən mallar tam və vaxtında ona təhvil verilmişdir. Alğı-satqı mübadiləsi başa çatdıqdan sonra tərəflər müqaviləyə uyğun olaraq malların təhvil verilməsi və ümumi qalıq borcun dəqiqləşdirilməsi məqsədilə yekun üzləşdirmə aktı imzalamışlar. 18.01.2021-ci il tarixində imzalanmış təhviltəslim aktına əsasən, Cavabdeh MMC, İddiaçı MMC-dən 2 604 manat əsas, 468,72 manat ƏDV məbləği olmaqla ümumilikdə 3 072,72 manat dəyərində altlıq(poddon) təhvil aldığını təsdiq etmişdir. Digər - 19.01.2021-ci il tarixli əmridşəlzü“ akt”ına əsasən, Cavabdeh MMC 28.11.2020-19.01.2021 –ci il dövrün yekunu üzrə İddiaçı MMC-yə təhvil aldığı inşaat mallarının əvəzi olaraq 11 175,22 manat əsas, 2 011,54 manat ƏDV olmaqla ümumilikdə 13 186,76 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də, öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 14.02.2021-ci il tarixində cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında borc məbləğini tam şəkildə qəbul etdiyini və həmin məbləğin hissə-hissə ödənilməsini niyyətində olduqlarını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 25 iyun 2018-ci il tarixdə 322 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -Həmin müqaviləyə 1 saylı əlavə ilə Spesifikasiya aktı tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. -İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19.01.2021-ci il tarixli üzləşdirmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 28.11.2020-cu il tarixdən 19.01.2021-ci il tarixə qədər əsas məbləğdən 13.186,76 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möürü ilə təsdiq edilmişdir. - 18 yanvar 2021-ci il tarixli 2 saylı Təhvil-təslim aktı ilə İddiaçı MMC tərəfindən cəmi 3072,72 manat dəyərində 217 ədəd altlıq (poddon)-super Cavabdeh MMC-yə təhvil verilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 11 fevral 2021-ci il tarixli, 032 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 15 gün müddətinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 16.259,48 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaya etirazına əsas kimi alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal verilməməsi, üzləşmə aktında göstərilmiş borcun onun deyil, Namiq adlı şəxsin borcunun olması barədə dəlillərə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh həmin dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, bu halda iş üzrə cavabdeh alqı-satqı münasibətlərinin öz adına rəsmiləşdirilməsinə razılıq verməklə, həmin münasibətlər əsasında öhdəliklərin icra edilməsini üzərinə götürmüş olur. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 16.259,48 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 16.259,48 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16.259,48 manat (on altı min iki yüz əlli doqquz manat qırx səkkiz qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4388/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4388/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver