Məhkəmə qərarları › İş №e-2-2(113)-439/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-439/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-439/2021 03.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 104.490,44 manat məbləğində borcun və 10.449,44 manat məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 114.969,88 manat məbləğində tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 01.05.2019-cü il tarixində № 0012-05/2019 XG–0695 saylı qara metal qırıntısının alqı – satqısı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış XG-0695 saylı müqavilənin predmetini satıcı tərəfindən istismar zamanı sıradan çıxmış və yararsız hala düşmüş, balansdan silinmiş gəmilərin qara metal qırıntısını alıcıya vermək, alıcı isə xüsusi texnika və avadanlıq cəlb etməklə doğrama işləri apararaq malı öz nəqliyyat vasitəsilə daşımağı və malı qəbul edib əvəzində onun müqavilə ilə müəyyən olunmuş qiymətini satıcıya ödəmək təşkil edir. Cəmiyyət tərəfindən № 0012-05/ XG–0695 saylı müqavilənin şərtlərinə tam əməl olunmasına baxmayaraq, Cavabdeh satıcıya 104 490,44 manat məbləğində borcu yaranmışdır. Tərəflərindən borcun ödənilməsinin təmini ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, 21.07.2020–ci il tarixdə rəsmi qaydada pretenziya verilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Cavabdeh tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində cəmiyyət maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış GX–0695 saylı müqavilənin 2.1.1–ci bəndinə əsasən satıcı göstərilən və tərəflərin razılaşdırdığı malı qaimə əsasında alıcıya satır. Müqavilənin 2.1.2–ci bəndinə əsasən satıcı qaimənin alıcının özü, yaxud mövcud qanunvericiliyə əsasən müvəkkil edilmiş şəxslər tərəfindən imzalanmasını alıcıdan tələb edir. Müqavilənin 2.4.2–ci bəndinə əsasən alıcı malın qiymətini 4.3–cü bənd ilə müəyyən edilmiş müddətdə və qaydada satıcının hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 4.1–ci bəndinə əsasən malın 1 tonunun qiyməti 145 manat, ƏDV 26.10, cəmi 171.1 manat təşkil edir. Müqavilənin 6.1–ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə zərəri tam həcmdə ödəməlidir. Müqavilənin 8.1–ci bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşlıqlı razılığa əsasən həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Satıcı tərəfindən müqavilənin şərtlərinə əsasən, mallar qaimə əsasında alıcıya təhvil verilmiş və XG–0695 saylı müqavilənin şərtləri pozulmamışdır. Alıcı tərəfindən isə müqaviləyə əsasən götürdüyü öhdəliklər yerinə yetirilməmiş və öhdəliyin icrası gecikdirilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh MMC-dən 85.610,44 manat məbləğində əsas borcun, 8.561,04 manat məbləğində dəbbə pulunun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 94.201,48 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 85.610,44 manat məbləğində əsas borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 01 may 2019-cu il tarixdə 0012-05/2019 XG-0695 saylı qara metal alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı tərəfindən istismar zamanı sıradan çıxmış və yararsız hala düşmüş, balansdan silinmiş gəmilərin qara metal qırıntısını alıcıya verməyi, alıcı isə xüsusi texnika və avadanlıq cəlb etməklə doğrama işləri apararaq malı öz nəqliyyat vasitəsilə daşımağı və malı qəbul edib əvəzində onun müqavilədə müəyyən olunmuş qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC tərəfindən Cavabdeh” MMC-yə oktyabr 2019-cu il tarixli 035280 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 2.231,64 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035308 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.063,04 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035307 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.527,92 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035306 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.127,56 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035305 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.147,56 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035304 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.183,32 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035303 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.566,93 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035302 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.423,89 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035301 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1,583,18 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035318 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.573,43 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035317 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.771,74 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035316 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.748,98 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035311 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.934,28 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035300 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.683,96 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035312 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.336,11 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035313 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.261,34 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035314 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.787,74 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035315 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.459,65 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035310 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.310,11 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035309 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.290,60 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035323 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.973,29 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035299 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.475,90 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035298 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.485,66 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035297 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 2.899,58 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035296 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.297,10 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035295 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.254,84 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035294 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.316,61 manat məbləğində, oktyabr 2019-cu il tarixli 035293 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.514,23 manat məbləğində, 30 oktyabr 2019-cu il tarixli 035340 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.794,49 manat məbləğində, 30 oktyabr 2019-cu il tarixli 035339 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.609,18 manat məbləğində, 29 oktyabr 2019-cu il tarixli 035338 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.957,04 manat məbləğində, 29 oktyabr 2019-cu il tarixli 035337 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 3.969,34 manat məbləğində, 29 oktyabr 2019-cu il tarixli 035336 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.822,51 manat məbləğində, 25 oktyabr 2019-cu il tarixli 035335 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 3.953,09 manat məbləğində, 23 oktyabr 2019-cu il tarixli 035331 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 3.693,02 manat məbləğində, 23 oktyabr 2019-cu il tarixli 035332 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.953,79 manat məbləğində, 22 oktyabr 2019-cu il tarixli 035327 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.729,47 manat məbləğində, 24 dekabr 2019-cu il tarixli 035458 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 13.771,04 manat məbləğində, 20 dekabr 2019-cu il tarixli 035452 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 3.458,95 manat məbləğində, 17 dekabr 2019-cu il tarixli 035445 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.267,85 manat məbləğində, 16 dekabr 2019-cu il tarixli 035439 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.879,02 manat məbləğində, 12 dekabr 2019-cu il tarixli 035433 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.732,72 manat məbləğində, 11 dekabr 2019-cu il tarixli 035432 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.722,97 manat məbləğində, 10 dekabr 2019-cu il tarixli 035426 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.553,93 manat məbləğində, 9 dekabr 2019-cu il tarixli 035424 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 2.184,60 manat məbləğində, 21 oktyabr 2019-cu il tarixli 035325 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.820,50 manat məbləğində, 21 oktyabr 2019-cu il tarixli 035326 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.706,72 manat məbləğində, 21 oktyabr 2019-cu il tarixli 035324 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.755,48 manat məbləğində,18 oktyabr 2019-cu il tarixli 035322 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.641,70 manat məbləğində, 17 oktyabr 2019-cu il tarixli 035320 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.800,99 manat məbləğində, 22 oktyabr 2019-cu il tarixli 035329 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.716,47 manat məbləğində, 16 oktyabr 2019-cu il tarixli 035288 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.739,22 manat məbləğində, 16 oktyabr 2019-cu il tarixli 035289 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 2.053,04 manat məbləğində, 16 oktyabr 2019-cu il tarixli 035290 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.579,93 manat məbləğində, 25 noyabr 2019-cu il tarixli, 035394 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.713,22 manat məbləğində, 26 noyabr 2019-cu il tarixli, 035397 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.566,93 manat məbləğində, 26 noyabr 2019-cu il tarixli, 035398 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 3.494,71 manat məbləğində, 09 dekabr 2019-cu il tarixli, 035424 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 2.184,60 manat məbləğində, 10 dekabr 2019-cu il tarixli, 035426 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.553,95 manat məbləğində, 11 dekabr 2019-cu il tarixli, 035432 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.722,97 manat məbləğində, 12 dekabr 2019-cu il tarixli, 035433 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.732,72 manat məbləğində, 16 dekabr 2019-cu il tarixli, 035439 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.879,02 manat məbləğində, 17 dekabr 2019-cu il tarixli, 035445 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 1.267,85 manat məbləğində, 20 dekabr 2019-cu il tarixli, 035452 saylı qaimə-fakturaya əsasən ƏDV daxil 3.458,95 manat məbləğində qara metal qırıntısı adlı mal təqdim edilmişdir. -İddiaçı QSC tərəfindən 79.890,87 manat dəyərində qara metal qırıntısının təqdim edilməsinə dair EBAC seriyalı, 655127 nömrəli, 19.11.2019-cu il tarixli; 17571,11 manat dəyərində qara metal qırıntısının təqdim edilməsinə dair EBAF seriyalı, 025723 nömrəli, 14.01.2020-ci il tarixli və 7.028,45 manat dəyərində qara metal qırıntısının təqdim edilməsinə dair EBAH seriyalı, 508477 saylı, 11.03.2020-ci il tarixli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. -21.07.2020-ci il tarixdə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 14 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı QSC-yə olan borcu 85.610,44 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 85.610,44 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC 85.610,44 manat məbləğində pul tutularaq İddiaçı” QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 85.610,44 (səksən beş altı yüz on manat qırx dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar