Məhkəmə qərarları › İş №e-2-2(113)-439/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-439/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-439/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 508 manat məbləğində pulun və mediasiya xidməti üçün ödənilmiş 40 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə 16 oktyabr 2020-ci il tarixli MAS-2902 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh istifadəsinə 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632727 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,89 manat, ümumilikdə isə 17352 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17352 manatın 13900 manatı əsas məbləğ təşkil edir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(001)-6987/2021 saylı qətnaməsi ilə (hakim R.Məmmədli) İddiaçı MMC-nin iddası qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 1161,94 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ ******* saylı qərara görə 36 manat; 2. EQ ******* saylı qərara görə 64 manat; 3. EQ ******* saylı qərara görə 32 manat; 4. İXP ******* saylı qərara görə 200 manat; 5. İXP ******* saylı qərara görə 96 manat; 6. İXP ******* saylı qərara görə 64 manat; 7. EQ ******* saylı qərara görə16 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 508 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında qərarlar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X4 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görəyol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cərimələr **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilən vaxtı yazılmış, iddiaçı isə cərimələri, həmdə sözügedən cərimələrə hesablanmış dəbbə pulları ödədiyinə görə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli MAS-2902 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632727 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı MMCyə təhvil verilmişdir. EQ ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarla **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə və 12 manat dəbbə pulu yazılmışdır. EQ ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarla **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə və 24 manat dəbbə pulu yazılmışdır. EQ ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarla **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə yazılmış, həmin cərimədən isə 4 manat endirim edilmişdir. EQ ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərarla **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXMnin 328.1-ci maddəsinə əsasən 10 manat cərimə və 6 manat dəbbə pulu yazılmışdır. İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərarla **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci maddəsinə əsasən 40 manat cərimə və 24 manat dəbbə pulu yazılmışdır. İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərarla **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinə əsasən 60 manat cərimə və 36 manat dəbbə pulu yazılmışdır. İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərarla **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə yazılmışdır. xx.xx.2022-ci il tarixli **********, **********, ********** nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış 508 manat məbləğində cəriməni ödəmişdir. xx.xx.2022-ci il tarixli MŞB/2-01786 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 40 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər” “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında avtomobilin lizinqə verilməsi barədə daxili lizinq müqaviləsi bağlanmış, 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh istifadəsində verilmiş, həmin nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixədək sonuncunun istifadəsində olduğu müddət ərzində Azərbaycan Respublikası İXM-nin müxtəlif maddələri ilə inzibati xəta haqqında qərarlarına əsasən cərimələr yazılmış, nəticədə dəbbə pulu daxil olmaqla ümumilikdə 508 manat məbləğində borc yaranmış və sözügedən vəsait avtomobilin mülkiyyətçisi olan İddiaçı MMC tərəfindən ödənilmişdir. Göründüyü kimi inzibati xəta cərimələri **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olduğu müddət ərzində yazılmış və həmin cərimələr, həmçinin onlara hesablanmış dəbbə pulları cəmi 508 manat məbləğində vəsait İddiaçı MMC tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 508 manat məbləğində pul və 40 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 508 manat məbləğində pul və 40 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar