Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4396/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 6.901,95 manat əsas borc, 1.242,35 manat ƏDV, ümumilikdə 8.144,30 manat miqdarında qalıq borcun, habelə ödənilmiş 100 manat mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı 6901,95+ƏDV manat miqdarında qalıq borcun, habelə ödənilmiş 100 manat mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tariхli 20 saylı alqı-satqı müqaviləsi bu müqaviləyə 1 saylı əlavəyə (qarşılıqlı razılaşma protokolu) əsasən gördüyü işlərlə bağlı EBBN seriyalı 707382 saylı elektron qaimə təqdim edilmişdir. Lakin bu elektron qaiməyə əsasən cavabdeh tərəfindən cəmi 6828,05+ƏDV olmaqla yalnız 3 dəfə hissəvi (xx.xx.2021-ci il tarixdə 4828,05+ƏDV, xx.xx.2022-ci il tarixdə 1000,00+ƏDV və xx.xx.2022-ci il tarixdə 1000,00+ƏDV) ödəniş edilmiş, borcun qalan 6901,95+ƏDV manat hissəsi bu günə kimi ödənilməmişdir.
3. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, 6.901,95 manat əsas borc, 1.242,35 manat ƏDV, ümumilikdə 8.144,30 manat miqdarında qalıq borcun, habelə ödənilmiş 100 manat mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, pretenziya məktubu, e-qaimələr eqaydada vurulub, lakin məhkəmə prosesində bundan məlumatı olmuşdur. Bu müqavilələr çox güman ki, əvvəlki direktorla bağlanmış müqavilələrdir. Əslində bu müqavilələrin olubolmaması da şübhə doğurur. Çünki iddiaçıdan dəfələrlə müqavilənin və təhvil-təslim aktının cavabdehə təqdim edilməsi və həqiqətən də mövcud olub-olmadığını aydınlaşdırmaq istəmişlər, lakin cavabdehə heç nə təqdim edilməmişdir. Hesab edir ki, nə qədər iddianın əsasını təşkil edən müqavilə və təhvil-təslim aktı yoxdur, iddia əsassızdır. Cavabdehin əvvəlki direktorla da münasibətləri kəsildiyindən bu məsələni aydınlaşdıra bilmirlər. Ola bilər əvvəlki direktorla aralarında münasibətlər olub, lakin bu münasibətlər yazılı olmadığına görə bu münasibətləri qəbul etmirlər. E-qaimələrin vurulmasından heç bir məlumatları olmamışdır. Əvvəlki direktorla təsisçi arasında mübahisə olduğundan eqaimələr barədə cavabdehə heç bir məlumat verilməmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. xx.xx.2021-ci il tarixli EBBN seriyalı 707382 saylı Elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 16201,40 manat dəyərində malın satılmasına dair qaimə təqdim edilmişdir.
11. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 4828,11 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat və xx.xx.2022-ci il tarixdə 1000 manat ödəniş edilmişdir.
12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil 16201,40 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən isə iddiaçıya ümumilikdə 7424,11 manat + ƏDV ödənilmişdir.
13. Məhkəmə qaimə ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir.
14. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər.
15. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron qaimə ilə təsdiq edilir.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli EBBN seriyalı 707382 saylı elektron qaimə üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə satılmış malların dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi müvafiq olaraq 16201,40 manat təşkil etdiyi, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən həmin faktura üzrə 7424,11 manat + ƏDV məbləğin iddiaçıya ödənildiyi müəyyən olunur.
17. Elektron qaimə-faktura faktiki olaraq xx.xx.2021-ci il tarixdə cavabdehə göndərilmiş, o, cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, ona etiraz edilməmişdir, hətta həmin qaimə üzrə ödənişlər edilmişdir. Bu halda məhkəmə hesab edir ki, satılmış mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
18. Məhkəmə qeyd edir ki, iş materiallarında olan elektron qaimə-fakturanın mövcud olması, cavabdeh tərəfindən ona hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 7424,11 manat + ƏDV məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
19. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.
20. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.
21. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
22. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;
23. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.
24. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq malların təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
25. Cavabdehin xx.xx.2021-ci il tarixli EBBN seriyalı 707382 saylı elektron qaimə üzrə 16201,40 manat dəyərində malların verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə malların verilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş xx.xx.2021-ci il tarixli EBBN seriyalı 707382 saylı elektron qaimə üzrə 16201,40 manat dəyərində satılmış mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
26. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında qaimədə göstərilən malların alqı-satqısı ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 16201,40 manat dəyərində mal sonuncuya satılmış və alqısatqının nəticələri qaimə ilə rəsmiləşdirilmiş, lakin cavabdeh üzərinə götürdüyü malın dəyərinin ödənilməsi öhdəliyini 6.901,95 manat əsas borc, 1.242,35 manat ƏDV, ümumilikdə 8.144,30 manat hissəsində yerinə yetirməkdən yayınmışdır.
27. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyi qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
28. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərinə düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni cavabdeh iddiaçının satdığı malların dəyərini ödəməyə borcludur.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilməmiş 6.901,95 manat əsas borc, 1.242,35 manat ƏDV, ümumilikdə 8.144,30 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməldir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 6.901,95 manat əsas borc, 1.242,35 manat ƏDV, ümumilikdə 8.144,30 manat miqdarında qalıq borc, ödənilmiş 100 manat mediasiya rüsumu tulularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev