Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-440/2023 09.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və cavabdeh “X3” MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən 29055,97 manat borc məbləği və 2905,60 manat faiz borcu olmaqla, cəmi 32061,57 manat pulun və 200 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "X5 Azerbaijan" MMC ilə “X3" MMC arasında xx.xx.2020-ci il tarixli, № 2020-SM/EH-076 saylı “alqı-satqı” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını müqavilə müddəti dövründə satıcı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən, satıcı sabit limit olaraq 20000 manat məbləğində malı alıcıya verir, alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 30 gün müddətində satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1% peniya ödəməyi qəbul və təsdiq edir. Yuxarıda qeyd olunan müqavilə əsasında satıcı tərəfindən inşaat kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə alıcıya təhvil verilmişdir. Müqavilənin şərtlərinə əsasən ödəmə müddəti 30 gün, limit məbləği 20000 manat müəyyən edildiyi halda, ortalama ödəmə müddətinin və limit məbləğinin müqavilə şərtlərini keçməsinə baxmayaraq hələ də ödəmə alıcı tərəfindən tam həyata keçirilməmişdir. Göründüyü kimi, "X5 Azerbaijan" MMC həmin alqı-satqı müqaviləsi əsasında müxtəlif tarixlərdə müəyyən edilmiş şərtlərlə və lazım olan halda inşaat kimyəvi məhsullarını alıcının mülkiyyətinə vermək öhdəliyini yerinə yetirmiş, lakin alıcı isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2021-xx.xx.2022-ci il tarixlərindəki dövrləri əhatə edən İddiaçı MMC-nin hesabdan çıxarışından göründüyü kimi, “X3" MMCnin xx.xx.2020-ci il tarixli, № 2020-SM/EH-076 saylı “alqı-satqı” müqaviləsi üzrə 34955,95 manat ödənilməmiş borcu qalmışdır. Mübahisənin həlli ilə bağlı xx.xx.2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə göndərildikdən sonra xx.xx.2022-ci il tarixli hesabdan çıxarışlardan göründüyü kimi, 5000 manat borc məbləği və 900 manat ƏDV olmaqla, 5900 manat “X3" MMC tərəfindən ödənilmişdir. xx.xx.2020-ci il tarixli, № 2020-SM/EH-076 saylı “alqı-satqı” müqaviləsi üzrə borc məbləği noyabr ayının 28-dək 29055,97 manat borc məbləği və 2905,60 manat faiz borcu olmaqla, cəmi 32061,57 manat təşkil edir. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, mediator qismində X2 təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə 11:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirakla bağlı cavabdeh “X3" MMC-yə 11 gün əvvəlcədən bildiriş göndərilməklə, həmçinin mobil nömrəyə zəng vurulmaqla məlumatlandırılmışdır. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 200 manat mediasiya xərci ödənilmiş, X2 tərəfindən isə xx.xx.2022-ci il tarixli, MŞB/6-6860 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və cavabdeh “X3” MMC-nin direktoru X4 izahatlarında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Sistemə yüklənilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. "X3" MMC öhdəsinə götürür ki: xx.xx.2023-cü il tarixədək 10000 manatı; xx.xx.2023-cü il tarixədək 14807,95 manatı "X5 Azerbaijan" MMC-yə ödəyəcək;
2. "X5 Azerbaijan" MMC öhdəsinə götürür ki, barışıq sazişinin 1-ci bəndi ilə müəyyən edilən öhdəliklər "X3" MMC tərəfindən yerinə yetiriləcəyi təqdirdə xx.xx.2020-ci il tarixli, N° 2020-SM/E11-076 saylı “Alqı-satqı” müqaviləsi üzrə "X3" MMC-yə qarşı hər hansı iddiası qalmayacaqdır.
3. "X3" MMC tərəfindən X9in 1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyin həmin bənddə göstərilən müddətdə və məbləğdə yerinə yetirilmoməsi, əsas borc və cərimə borcları daxil, ümumilikdə 27713,55 manat məbləğin ondan tutulmasına dair icra vərəqəsinin verilməsinə əsas olacaqdır.
4. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.
5. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cii maddəsinin məzmunu onlara tam aydındır.
6. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
7. X9 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib olundu və imzalandı. AR Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
QƏRARAALDİ:
İddiaçı "X5 Azerbaijan" MMC ilə cavabdeh "X3" MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-440/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev