Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4401/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, X9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, xərc məbləği) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili X1, Cavabdehlər X9 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, X9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi, daha sonra tələbin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə 30000 manat məbləğində pulun, cavabdehlər "Aztürk Çarşı” MMC, X9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 dikt (taxtaların), materialların alqı-satqısı ilə bağlı ödənilmiş 20.000 manat məbləğində pulun və həmin materialların söküntüsü üçün çəkilmiş 7000 manat məbləğində xərcin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım ilə bağlı ödənilmiş 220 manat, 400 manat dövlət rüsümu-mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı inşaat materiallarının icarəsi və satışı üzrə sahibkarlq fəaliyyəti ilə məşğul olur. Meqafan istirahət və əyləncə mərkəzinin ikinci mərtəbəsində söküləcək dikt və ağac materiallarının alqı-satqısı ilə bağlı cavabdehlərlə aralarında razılıq əldə edilmiş, tərəfindən öhdəlik icra edilməsinə baxmayaraq cavabehlər götürmüş olduğu öhdəliyi yerinə yetirməyərək ona maddi, mənəvi zərər vurmaqla onu aldatmışlar. Belə ki, tanışı “Aqil” adlı şəxs X10 ikinci mərtəbəsində söküntü işlərinin gedəcəyini və sahiblərinin həmin dikt və taxta materiallarını satmaq istədiklərini bildirdikdən sonra o özlərini şirkətin əməkdaşı kimi təqdim edən cavabdehlərdən Xaspolad və Zöhrab ilə görüşmüş, sonuncular X10 "xxxx" MMC tərəfindən icarəyə götürüldüyünü və həmin mərkəzin 2-ci mərtəbəsində söküntü işləri aparılacağını və materialları da satacaqlarını bildirmişlər. Aralarındakı razılaşmaya əsasən söküntü işləri onun tərəfindən aparılmalı idi. Daha sonra 23 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı alıcıya 1,52x1,52 kv.m ölçülü, 14 mm qalınlığında olan taxta fanerka (dikt), reyka və vintlər satmalı iddiaçı isə söküntü işlərindən əvvəl ilkin olaraq 30000 manat məbləğində pulu satıcıya ödəməli idi. 24 iyun 2022-ci il tarixdə Cavabdeh3 və Cavabdeh5 onun iş yerinə gələrək malların pulundan 20000 manat məbləğində pul alaraq getmişlər. Həmçinin işin həlli ilə bağlı X2 şirinlik olaraq 1000 manat məbləğində də pul verilmişdir. Daha sonra da 28 iyun 2022-ci il tarixdə müqavilədə qeyd edilmiş 30000 manat məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Müqavilənin şərtlərinə əsasən söküntü işlərini öz hesabına aparmalı olduğundan fəhlələr gətirərək avqust ayında söküntü işlərinə başlamış və bütün sökülmüş diklər mərtəbəyə yığılmışdır. Söküntü işlərinin görülməsi üçün fəhlələrə ümumilikdə 7000 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə də Aslan İsmiyevə 1000 manat məbləğində tərəfindən şirinlik verilmişdir. Daha sonra X10 işçiləri və mühafizə xidməti fəhlələrdən söküntü işlərini dayandırmağı tələb etmiş həmçinin, sökülmüş malları çıxarmağa qoymamışlar. Bunun səbəbini soruşduqda səbəb kimi X17 ilə "xxxx" MMC arasında mübahisə yarandığı və bu səbəbdən sözü gedən yerin "xxxx" MMC-yə icarəyə verilmədiyi bildirilmişdir. Daha sonra iddiaçı aldadılması ilə bağlı X11 müraciət etmiş və Nərimanov RPİ-nin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Nəcəfzadə X8 RPİ-də vermiş olduqları izahat zamanı öz əməllərini etiraf edərək ümumilikdə 50000 manat məbləğində pul aldıqlarını etiraf etmişlər.
3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə verərək, iddiaçıya vurulmuş zərərdən 1500 manat cavabdehlərdən Cavabdeh3 tərəfindən, 1500 manat da X12 tərəfindən ödənildiyini və qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh1 iddiaya dair təqdim etdiyi etirazı onunla əsaslandırılmışdı ki, İddiaçı Əlmövsüm oğlu tərəfindən "xxxx" MMC-yə MMC-nin təsisçisi olaraq ona və MMC-nin digər işçilərinə qarşı iddia qaldırılaraq, "xxxx" MMC-dən müqavilə üzrə 30000 manat, ondan və digər cavabdehlərdən 28000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Hazırkı mübahisə İddiaçı Əlmövsüm oğlu ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022 tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tərəflərdən asılı olmayan səbəblərdən yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı tərəfindən köçürülmüş pullar MMC-yə daxil edilmiş və həmin pul vəsaitləri MMC-nin hazırki və digər müqavilələr üzrə öhdəliklərinin icrasına və məcburi ödənişlərinə yönəldilmişdir. İddiaçıla aparılan bütün danışıqlar fiziki şəxs olaraq deyil, MMC-nin səlahiyyətli nümayəndəsi kimi aparılmış və bu zaman onun qarşısında şəxsən hər hansı bir öhdəlik götürülməmişdir. İddiaçı ödəmiş olduğu pulların bir hissəsini MMC-nin işçiləri və təsisçisindən istəməsinin qanuni əsası yoxdur. İstinad edilən qanuni əsas iddiaçı ilə MMC arasında bağlanılmış alqısatqı müqaviləsidir ki, bu müqaviləyə və ümumiyyətlə MMC-nin öhdəliklərinə görə onun işçiləri və təsisçisinin məsuliyyəti yoxdur. Həmçinin iddiaçının iddia tələbinin əsasları kimi məhkəməyə bildirdiyi xüsusatlar, o cümlədən cavabdehlərin Nərimanov RPİ-də verdikləri izahatlar həqiqətləri əks etdirmir. Belə ki, iddiaçı ilə onun yalnız "xxxx" MMC ilə bağladığı alqı-satqı müqaviləsi birləşdirir. Cavabdehlərin guya alınmış pulun bir hissəsini Cavabdeh1 verildiyi, digər hissəsinin isə öz aralarında böldükləri barədə fikirləri yalandır. "xxxx" MMCnin İddiaçı alınmış bütün məbləğlər barədə məlumatlı olmuş, digər cavabdehlərdə qalan pullar onların əmək haqqları və avanslar olmuşdur. Hətta həmin cavabdehlər – işçilər həmin pulları "xxxx" MMC-yə ödəməmişlərsə belə həmin pulun tələb hüququ MMC-yə məxsusdur və bu əsasla iddiaçının cavabdehlər olan fiziki şəxslərdən (işçilər və təsisçidən) tələb hüququ yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin hüquqi əsasları – öhdəlik münasibətləri cavabdeh olaraq ona və cavabdeh olan digər fiziki şəxslərə (MMC-nin işçilərinə) münasibətdə şamil edilə bilməz. Öhdəliyin yaranması üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarına görə də İddiaçıla "xxxx" MMC müqavilə bağlamış və onların bir birləri qarşısında öhdəlikləri olmuşdur. Həmin müqavilənin bağlanılmasında iştirak etmiş digər şəxslər kimi MMC-nin təsisçisi və işçiləri hazırkı iddia tələbi üzrə cavabdeh ola bilməz. Bu barədə İddiaçı şikayəti əsasında Nərimanov RPİ-nin xx.xx.2022 tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında da aparılan araşdırmanın tərəflər arasında müqavilə münasibətlərinin olması və digər əsaslarla cinayət tərkibli deyil, mülki (öhdəlik) xarakterli olması göstərilmişdir. Göründüyü kimi iddia tələbində cavabdeh olaraq ondan və MMC-nin digər işçilərindən etdiyi tələbin qanuni əsası yoxdur, təqdim edilən qanuni əsaslar öhdəlik xarakterli olub yalnız cavabdeh "xxxx" MMC-dən tələb hüquqları yaradır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 bildirdi ki, o "xxxx" MMC-də Texniki Təhcizat şöbəsində müdir mavini vəzifəsində işləyib, sonradan şirkət fəaliyyətini dayandırdığı üçün işdən çıxıb. İşlədiyi şirkətin rəhbəri Cavabdeh1 tərəfindən, göstəriş verilmişdir ki, Meqafan istirahət və əyləncə mərkəzinin 3-cü mərtəbəsində döşəməyə vurulan dikt və reykaların satılması barədə məlumat versnlər. Sökülməli olan diktlər təxminən 20 gün əvvəl vurulmuşdur və yaxşı vəziyyətdə idi. Həmin diktləri almaq üçün çox adam müraciət etdi. Onlardan biri də İddiaçı idi. Danışığa əsasən o, həmin diktləri söküb almalı idi. Qeyd edir ki, həmin zaman bazarda dikin qiyməti 32 manat olduğu halda cavabdeh onu 21 manatdan satdı, hətta altındakı 50 kub reykaları da üstündə hədiyə olaraq verirdi. Tərəflər razılığa gəldilər ki, qabaqcadan 20000 manat ödəniləcək və Cavabdeh1 bunlara deyib ki, gedib İddiaçı həmin məbləği alsınlar. O, Rəfael ilə birlikdə İddiaçı yanına gediblər və Zakir 20000 manat pul verdi, o da həmin pulu gətirib Cavabdeh1 təqdim etdib, Güləli isə deyib ki, onlar neçə aydır ki, maaşsız işləyirlər, buna görə də bu məbləğdən müəyyən qədər məbləği özlərinə götürə bilərlər. Onlar həmin puldan 5000 manat məbləğini özlərinə götürdülər, qalan 15000 manat məbləğini isə Güləlinin özünə veriblər. 5000 manat məbləğ Rəfail, o, Xaspolad və Aslan arasında bölüşdürülmüşdür. Hər kəs 1250 manat pul götürdü. Bundan sonra müqavilə bağlandı, müqaviləyə əsasən 30000 manat "xxxx" MMCnin hesabına köçürüldü. Lakin sonradan "xxxx" MMC ilə "xxxx" Holdinq arasında bağlanmış müqaviləyə xitam verildi və bu işlər yarımçıq qaldı. Söküntü işlərinin aparılması üçün Təminat və təchizat şöbəsi olaraq tərəflərindən bütün lazımı şərait yaradılmışdır. Onlar orada təxmini 20 günə yaxın işlədilər, 10-12 fəhlə və təmir üçün zəruri olan alətləri də gətirmişdilər. İşlərin böyük hissəsi görülmüşdür, 500-ə yaxın dikt sökülüb yığılmışdır qapının yanında. Həmçinin onu da bildirir ki, 5000 manatdan götürdüyü 1500 manat məbləğini 17-ci polis bölməsində müstəndiqin yanında İddiaçı qaytarıb. İddiaçı 17-ci polis bölməsində verdiyi izahatında bunu təsdiq etmişdir.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdeh X9 bildirdi ki, o "xxxx" MMC-nin rəsmi işçisi olmayib. O, Zakirlə görüşdüyü zaman 20000 manatı əlbəl ödəməməyini tövsiyə edib. Zakir Güləli ilə Xaspoladla da görüşmüşdür. Zakir 20.000 manat verəndə o, Zöhrabın yanında şahid kimi dayanmışdı, lakin pulu Zöhrab götürmüşdü. İddiaçı 20000 manat aldıqdan sonra Cavabdeh1 15.000 manat pul verilmişdir. Daha sonra Cavabdeh1 maaş verilməsini istəyiblər. Xaspoladda olan 5000 manat məbləği aralarında bölüşdürüblər. Zöhrabla birlikdə 5000 manat məbləği veriblər Xaspolada, Xaspolad sonra gəlib onlara bildirdi ki, artıq tərəflər arasında müqavilə bağlanacaqdır. İddiaçı alınan 20.000 manat puldan onlara qalan 5000 manat məbləğdən 1250 manat ona çatmışdır. Zakirlə sonradan o danışıb, Zakir ona bildirdi ki, həmin pul qaytarılmalıdır. O da Zakirin şərikinə bildirib ki, həmin məbləği hissə-hissə ödəyə bilər. 5000 manatdan ona çatan pulu İddiaçı qaytarmayib, lakin həmin məbləği qaytarmağa bugün də hazır olduğunu bildirdi.
8. Əvvəlki məhəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, "xxxx" MMC ilə "xxxx" Holdinq arasında “Meqafan”ın 3 (üş) mərtəbəsini icarəyə götürülməsi ilə bağlı müqavilə bağlanmışdır. Tərəflər arasında razılaşdırıldı ki, binanın 3-cü mərtəbəsində müəyyən təmir işləri aparılsın. Bununla bağlı Cavabdeh1 onlara göstəriş verib ki, döşəməyə vurulan dikt və reykalar sökülməlidir və bazar qiymətindən ucuz qiymətinə satılması üçün müştəri tapsınlar. Onlar da bununla əlaqədar tanıdıqları insanlara məlumat veriblər. Tanışı olan Aqil zəng edib ona deyib ki, Zakir adlı bir şəxs diktləri almaq istəyir, sizinlə əlaqə saxlayacaq. Zakir adlı şəxslə görüşüb danışıblar. Həmin ərəfədə taxtanın qiyməti çox baha idi, 1 diktin qiyməti 31 manatdan satılırdı, onlar isə 21 manata satırdı. Zakir qiyməti öyrənəndə, xahiş elədi ki, bu diki heç kimə satmasınlar, özü alacaq. Həmin şəxsi Cavabdeh1 ilə əlaqələndirdi, müqavilə bağlandı və söküntü işləri başlanmalı idi, lakin bu işlər bir gədər gecikdi, çünki işlərin görülməsi saatları sakinlərlə razılaşdırılmalı idi. Cavabdeh1 onlara deyib ki, İddiaçı ilkin olaraq nə qədər pul ödəyə biləcəyini öyrənsinlər. Pulun alınması məsələlərində o iştirak etməyib, bununla bağlı danışıqları Rafael ilə Zöhrab aparırdı. Ümumi olaraq onlara 100000 manat köçürülməli idi. Danışıqlar zamanı İddiaçı pulun yarısını ödəyə biləcəyini bildirdi. Rafael ilə Zöhrab İddiaçı iş yerinə gedib 20.000 manat pulu götürüb gətirdilər. Onlar, yəni o, Zöhrab, Aslan və Rafael həmin puldan 5000 manatını götürüblər və 15000 manatını Cavabdeh1 veriblər. Daha sonra İddiaçı tərəfindən 30000 manat məbləğini də bank vasitəsilə "xxxx" MMC-nin hesabına köçürüldü. Lakin "xxxx" MMC tərəfindən icarə haqqı ödənilmədiyi üçün sökülmüş diktlərin çıxarılmasına icazə verilmədi.
9. Sonuncu məhkəmə iclasında cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1 iştirak etməmişdilər.
10. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01-AT.M-2022/01 saylı alqı-satqı müqaviləsinə əsasən:
13. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya "xxxx" MMC-nin 1-ci və 3-cü mərtəbələrində döşəməyə vurulmuş 1,52x1,52 kv.m. ölçülü, 14 mm qalınlığında olan taxta fanerka (dik), reyka və vintlər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada qiymətini satıcıya ödəyir.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən malın döşəmədən çıxarılması və alıcını ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxildir və alıcı tərəfindən ödənilir.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcının aşağıdakı vəzifələri vardır:
16. Müqavilənin 3.2.1-ci bəndinə əsasən malı müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək;
17. Müqavilənin 3.2.3-cü bəndinə əsasən alıcıya tərəflərin razılaşdıqları çeşiddə və miqdarda mal vermək;
18. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən 3 təqvim günündən sonra malın söküntüsünə icazə verir, alıcı söküntünü öhdəsinə götürür.
19. Müqavilənin 4.3-cü bəndinə əsasən söküntü işlərindən əvvəl alıcı ilkin olaraq ƏDV xaric 30000 manat məbləğində "xxxx" MMC-nin bank hesabına ilkin avans ödəniş edir. Söküntü işləri mərhələli qaydada həyata keçirildiyi üçün hər söküntüdən sonra, yüklənmədən əvvəl malın qiyməti söküntüyə mütənasib olaraq nəğd və ya köçürmə yolu ilə ödəniləcək. Malın qiymətinin tam ödənilməsi söküntünü başa çatdıqdan sonra yüklənmə işlərindən əvvəl 15 gün ərzində həyata keçirilir. Son haq-hesab zamanı üzləşmə aparılmaqla avans qoyulmuş 30000 manat nəzərə alınacaq.
20. Müqavilənin 4.5-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.
21. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın qiymətinin 30000 manat miqdarında ilkin ödənişini etdikdən 3 gün sonra söküntü işlərinə başlayır.
22. 23.06.2023-cü il tarixli 1 saylı qiymətin razılaşdırılması protokoluna əsasən tərəflər xx.xx.2022-ci il tarixli 01-AT.M-2022/01 saylı alqı-satqı müqaviləsində diklərin sökülməsi və dəyərinin ödənməsi barədə razılığı gəldilər. Fiziki şəxs İddiaçı söküntü işlərindən əvvəl 30.000 ilkin olaraq avans ödənişi edir və ikinci mərhələdə söküntüdən sonra qalan nağd və ya köçürmə yolu ilə 15 gün ərzində ödənişi təmin edir.
23. 23.06.2023-ci il tarixli, 01 saylı hesab fakturaya əsasən Diktlərə görə ödəniş məbləği 30000 manat müəyyən edilmidir.
24. xx.xx.2022-ci il tarixli **********32254 saylı ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən 30000 manat məbləğində "xxxx" MMC-nin bank hesabına avans ödənişi edilmişdir.
25. Cavabdeh3 Nərimanov RPİ-də vermiş olduğu xx.xx.2022-ci il tarixli izahatında «2022-ci ilin aprel ayından "xxxx" MMC-də işə başladığını, texniki təchizat şöbəsinin müdir müavini vəzifəsində işlədiyini, şirkət bağlandığı üçün işdən çıxarıldığını, şirkətin təsisçisi B.Güləlinin 3-cü mərtəbədə döşəməyə vurulan dikt və reykaların satılması üçün göstəriş verdiyini, həmin mərtəbədə yenidən qurma işlərinin aparıldığı üçün dikt və reykaların sökülməli olduğunu, buna görə də Zakir adlı şəxs şirkətlə müqavilə bağlayaraq söküntü işini və çıxan taxta və dikləri almağı boynuna götürdüyünü, bunun üçün Zakirin şirkətə 60.000 manat pul ödəməli olduğunu, avans olaraq 20000 manat ödəməyə razılaşığını, buna görə də 2022-ci ilin iyun ayında iş yoldaşı Rəfael ilə o Zakirin işlədiyi Baksol yolundakı obyektinə gedib 20.000 manatı ondan götürdüyünü, həmin pulu gətirib şəxsən özü Cavabdeh1 təqdim etdiyini, danışığa əsasən taxta materiallar Zakirə satıldığını, daha sonra müqavilə əsasında Zakir şirkətin hesabına 30000 manat pul ödədiyini, ona məlum olmayan səbəblərdən şirkətin "xxxx" holdinqlə müqaviləsinin pozulduğu üçün Zakirə həmin taxta materialların verilmədiyini, 01 avqust 2022-ci il tarixdə materialların 80%-a qədəri söküldüyünü, həmin vaxt heç bir problem olmadığını, Zakirə materialların çıxarılmasını dediklərini və kran və maşın üçün şərait yaratdıqlarını, amma həmin vaxt çıxartmadığını, hamısını sökdükdən sonra çıxardacaqlarını və iki dəfə kran kirayələmək istəmədiklərini, Zakirin narazılığından Güləli müəllimin xəbərdar olduğunu, xx.xx.2022-ci il tarixdə işlə bağlı ödənilən pulların geri qaytarılacağını» qeyd etdi.
26. Cavabdeh2 Nərimanov RPİ-də vermiş olduğu xx.xx.2022-ci il tarixli izahatında «2022-ci ilin may ayında "xxxx" MMC-də əmək fəaliyyətinə başladığını, həmin şirkətin "xxxx" holdinq ilə 10 illik rəsmi müqavilə bağladığını, MMC-nin ümumiyyətlə mağazalar, əyləncə mərkəzi, turizm, təhsil işi reklam və sair işlərlə məşğul olduğunu, "xxxx" holdinqlə müqaviləyə əsasən X10 yerləşdiyi binanın 1, 2 və 3-cü mərtəbəsində sifarişlərə əsasən çalışdığı şirkət onlarla icarə müqaviləsi bağlayaraq, orda müxtəlif mağazalar, iaşə obyektləri fəaliyyətini davam etdirəcəyini, icarə müqaviləsinə əsasən orda yenidənqurma, təmir və söküntü işlərinin aparılmalı olduğunu, buna görə də şirkətin təsisçisi Cavabdeh1 onlara göstəriş verərək 3-cü mərtəbəyə döşəməyə vurulmuş dikt və taxta reyka sökülməli olduğunu, daha sonra İddiaçı özü könüllü müraciət edərək həmin işi öz öhdəsinə götürdüyünü, həmin şəxslə ilk dəfə şirkətin adından danışdığını, B.Güləli həmin taxta və diktlərin şirkətə məxsus olduğunu və buna görə də həmin materialların İddiaçı satılmasına söz verdiyini bildirmiş, 2022-ci ilin iyun ayında müqavilə bağlandığını və 20.000 manat beh məbləğini işçiləri Rafael və Zöhrab adlı şəxs Zakirin iş yerindən gedib götürdüklərini, sonra xx.xx.2022-ci il tarixdə müqavilə ilə satış barədə razılığa gəlindiyini, Zakir şirkətin hesabına 30.000 manat pul köçürdüyü, həmin pullar olduğu kimi Cavabdeh1 təqdim olunduğunu, sonra ona məlum olmuşdur ki, "xxxx" MMC ilə "xxxx" holdinq arasında müqaviləyə xitam verilmiş, Zakirdə söküntüdən sonra malları götürə bilməmiş, bu barədə B.Güləliyə məlumat verdiyini, o da bildirmişdir ki, 15 gün ərzində Zöhraba Zakirin pullarının qaytarılmasına söz verdiyini bütün danışıqları Cavabdeh1 təlimatına əsasən apardığını, Zakirdən alınan 50.000 manat pulun 5000 manatının saxladığını, həmin pulu şirkət işçiləri Zöhrab, Rafel, Aslan və onun arasında bölündüyünü, 45000 manatın Güləli müəllimə təqdim olunduğunu, hazırda şirkətdə işləmədiyini, xx.xx.2022-ci il tarixdən işdən çıxarıldığını» vurğulamışdır.
27. 30.09.2019-cu il tarixli, ******* saylı əmək kitabçasının surətinə əsasən Cavabdeh2 "xxxx" MMC-də texniki təchizat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.
28. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə bağlanmış alqı-saqı müqaviləsinə əsasən diklərin söküntüsünə səhhəti ilə əlaqədar vaxtında başlaya bilmədiyi üçün üzürlü sayılmasını, xx.xx.2022-ci il tarixdən etibarən diklərin söküntüsünə başlayacağını, söküntü ərəfəsində elektrik enerjisi ilə təmin edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir.
29. Cavabdeh1 Nərimanov RPİ-də vermiş olduğu xx.xx.2022-ci il tarixli izahatında «xx.xx.2022-ci il tarixində "xxxx" MMC ilə X15 arasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında yerləşən “Azure” TM 1-ci, 2-ci və 3-cü mərtəbələrinin və 3-cü mərtəbələrindən keçid etməklə girişi olan, 4-cü mərtəbələrini 10 il müddətinə icarəyə götürülməsi haqqında müqavilə bağladıqlarını, həmin ticarət mərkəzi ilə tanış olduğu zaman müəyyən elədi ki, 3-cü və 1-ci mərtəbələrin yerinə taxta diklər vurulub, icarə müqaviləsinin 3.3.3-cü bəndində razılaşdırılmışdır ki, MMC ticarət mərkəzinin təmir və bərpa işlərini apararaq yerə vurulmuş dikləri sökə bilər və istənilən şəxsə sata biləcəyini, işləri də şəxslərə və ya şirkətlərə gördürə biləcəyini, bundan sonra xx.xx.2022-ci il tarixdə İddiaçılə diktlərin satılması üçün razılaşdırdıqlarını, həmin müqaviləyə əsasən bir neçə gün sonra ilkin ödəniş olaraq 30.000 manat hesabına köçürüldüyünü, daha sonra "xxxx"nın işçisi olan Zöhrab tərəfindən 15000 manat nağd şəkildə pul göndərildiyi, şirkət tərəfindən mədaxil qəbzi yazılıb Zakirə göndərildiyi, bir müddət keçdikdən sonra İddiaçılə əlaqə saxlanıldığı, nə üçün hələ də diklərin çıxarılmadığının səbəbinin soruşuldğunu, rəsmi şəkildə İddiaçı zəng elədiyini, sağlamlığında problem olduğunu və onlara rəsmi şəkildə məktub göndərməklə ona vaxt verilməsini xahiş etdiyini, bundan sonra Zakirin adamları söküntü işlərinə başladığını, dəfələrlə ona sökülmüş dikləri apara biləcəyi barədə xəbər göndərdiyini, hər səfərindən bir yerdə aparılması üçün ona şərait yaradılmasını xahiş etdiyini, xx.xx.2022-ci il tarixdə də Babayev Babək tərəfindən MMC-yə məktub göndərildiyi və onlarla bağlanmış müqaviləyə xitam verildiyini, bunun səbəbini aydınlaşdıranda da hesab ödəniş olmadığı üçün müqavilənin pozulduğunu, müqaviləyə xitam verildiyinə görə də İddiaçılə bağlanmış olduqları müqaviləni yerinə yetirə bilmədiklərini, Cavabdeh3 ona 15000 manat verdiyini və həmin pulu Zakir adlı şəxsin iş yerində götürdüyünü, 15000 manatı aldıqdan sonra rəsmiş şəkildə mədaxil qəbzi yazıldığını, Nədən bu köçürmənin bank vasitəsi ilə eləmədiyini soruşduqda, bank hesabında pul az olduğunu, təxminən 2-3 gün sonra İddiaçın 15000 manat deyil 20000 manat aldığını, həmçinin yenidən Babayev Babəklə müqavilə bağlanarsa diklərini götürə biləcəyini, əgər bağlanmasa aralarında bağlanan müqaviləyə xitam verəcəyini, ondan alınmış 45000 manatı geri ödəyəcəyini» vurğuladı
30. Nərimaov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
31. X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Zakir ona bildirib ki, Meqafanda diklər söküləcəkdir. Təxmini 4500 ədəd dikt sökülməli idi. Söküntü ərazisində briqadir kimi işləyib. İşçilər günü 50 manatdan işləyirdi. Orada 1 ay və ya 1,5 ay işləyiblər. Hər gün müxtəlif 4, 5, 10-12 sayda işçi olub. Lakin, işçilərin hesabatı hər hansı formada aparılmamışdır. Birinin qiyməti 250 manat olmaqla 4 ədəd drel alıb, ümumi işçilərin pulu nəzərə alınmaqla 7000 manat xərc çıxmışdır. Reykaların sökülməsi üçün əlavə 1500 manat xərc çəkildi. Əlavə çıxan 1500 manat 7000 manatla əhatə olunur. İşçilərə pulu öz pulundan ödəyirdi, sonra isə ödədiyi pulu Zakirdən alırdı. 7000 manatı tam şəkildə Zakirdən alıb. Sadəcə olaraq iş bitəndən sonra briqadir kimi işlədiyi üçün Zakir ona əlavə pul da ödəyəcək idi, aralarında olan münasibətləri nəzərə alaraq bu pulu ondan almayıb.
32. X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 14-15 gün diklərin söküntüsü zamanı fəhlə kimi işləyib. Dikləri daşıdılar, reykaları söküb liftin qabağına yığıblar, daha sonra daşınmasına icazə verməyiblər. Ümumilikdə həmin işdən 2450 manat məbləğində pul alıb. Sökülən diklər və reykaların hamısı qaldı orda.
33. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
34. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
37. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
38. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
39. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
42. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01-AT.M-2022/01 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya "xxxx" MMC-nin 1-ci və 3-cü mərtəbələrində döşəməyə vurulmuş 1,52x1,52 kv.m. ölçülü, 14 mm qalınlığında olan taxta fanerka (dik), reyka və vintlər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada qiymətini satıcıya ödəyir. Müqavilənin 4.3-cü bəndinə əsasən söküntü işlərindən əvvəl alıcı ilkin olaraq ƏDV xaric 30000 manat məbləğində "xxxx" MMCnin bank hesabına ilkin avans ödəniş edir. Söküntü işləri mərhələli qaydada həyata keçirildiyi üçün hər söküntüdən sonra, yüklənmədən əvvəl malın qiyməti söküntüyə mütənasib olaraq nəğd və ya köçürmə yolu ilə ödəniləcək. Malın qiymətinin tam ödənilməsi söküntünü başa çatdıqdan sonra yüklənmə işlərindən əvvəl 15 gün ərzində həyata keçirilir. Son haqq-hesab zamanı üzləşmə aparılmaqla avans qoyulmuş 30000 manat nəzərə alınacaq.
43. Məhkəmə ilkin olaraq iddia tələbinin 30000 manat hissəsinə dair hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə 30000 manat məbləğində ilkin ödəniş edilməsi nəzərdə tutulmuş və həmin məbləğ xx.xx.2022-ci il tarixli **********32254 saylı ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə həmin məbləğin köçürülməsi işdə olan sənədlərlə öz təsdiqini tapdığı və həmin pulun müqabilində iddiaçıya heç bir mal verilmədiyi üçün, 30000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutulması barədə iddiaçının tələbi əsaslı hesab edilərək, iddia tələbi həmin hissədə təmin edilməlidir.
44. İddia tələbinin digər hissəsini təşkil edən 20000 manat məbləğində pulun cavabdehlərdən tutulması ilə bağlı tələbi məhkəmə qismən əsaslı hesab edərək aşağıdakı məqamları qeyd edir.
45. Belə ki, işdə olan Nərimanov RPİ-də İddiaçı şikayəti üzrə aparılmış araşdırma zamanı 20.000 manat məbləğində pulun iddiaçı tərəfindən Cavabdeh3 vasitəsi ilə Cavabdeh1 verilməsi Polis İdarəsində verilmiş yazılı izahatlar ilə (həmçinin Cavabdeh1 öz izahatı) təsdiqini tapdığı üçün, məhkəmə hesab edir ki, həmin məbləğdən Cavabdeh1 çatmış 15.000 manat – ondan tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh1 etirazında irəli sürdüyü – “pulu Şirkətlə bağlanmış müqavilə nəticəsində ödənildiyi və buna görə də nə təsisçi olaraq Cavabdeh1, nə də Şirkətin işçiləri olmuş şəxslərdən həmin pul tutula bilməz, təsisçi və işçilər MMC-nin öhdəliklərinə görə məsuliyyət daşımamalıdır” arqumentinə dair məhkəmə qeyd edir ki, müqavilə bağlanılan, həmçinin 20.000 manat pul verilən zaman "xxxx" MMC-nin drektoru X7 olmuşdur, lakin həmin pul nə şirkətin direktoruna, nə də ki, şirkətin hesabına mədaxil olunmamışdır (buna dair heç bir sübut mövcüdd deyil). Buna görə də, nağd şəklində fiziki şəxslərə verilmiş 20.000 manatın MMC-dən tutulması qanuni və əsaslı hesab edilə bilməz.
46. Bundan əlavə, həmin 20.000 manatdan Cavabdeh1 çatmayan 5000 manata dair məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı 3000 manatının iddiaçıya geri qaytarılması və iddiaçının da həmin faktı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qəbul etməsi, eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən həmin məbləğə dair mübahisələrinin olmamasına dair ərizə təqdim etməsi işin mübahisəsiz halını təşkil etdiyindən məhkəmə məbləğə dair yenidən qiymətləndirilmə aparılmasını zəruri hesab etmir.
47. Digər tərəfdən, iş materiallarına əlavə olunmuş yazılı izahatlardan, məhkəməyə verilən şifahi izahatlardan müəyyən olundu ki, 5000 manat iş üzrə cavabdehlər olan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 arasında bölündüyü üçün, iddiaçıya qaytarılmayan 2000 manatın da həmin şəxslərdən tutulması qanuni və əsaslı hesab edilməlidir.
48. Beləliklə, iddiaçının 20.000 manat tələbi qismən (3000 manatın qaytarıldığını iddiaçı etiraf etmiş) təmin olunaraq, 15.000 manat Cavabdeh1, 2000 manat isə müştərək qaydada Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməlidir.
49. Məhkəmə iddianın təmin edilməyən 7000 manat hissəsi ilə bağlı aşağıdakıları məqamları qeyd etməyi zəruri hesab edir.
50. Təfərlər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən 3 təqvim günündən sonra malın söküntüsünə icazə verir, alıcı isə söküntünü öz öhdəsinə götürmüşdür.
51. Məhkəmə müqavilənin 4.1-ci maddəsini və həm də işdə olan sübutlar əsasında hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğdə xərcin çəkilməsi sübuta yetirilmədiyindən və həmin söküntü zamanı ona həmin məbləğin xərc kimi yaranmasında cavabdeh şəxslərin öhdəliklərinin pozması ilə əlaqəli olması öz təsdiqini tapmamışdır.
52. Digər tərəfdən, iddiaçı 7000 manat məbləğində xərcin çəkilməsini sübut etmək üçün yalnız şahid ifadələrinə istinad etmiş. İşçilərə pulun verilməsini, drelin alınması və sair xərcləri təsdiq edən və 7000 manat məbləğin dəqiq olaraq necə formalaşdığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
53. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
55. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıbaparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın.
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
60. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 220 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaitləri cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 30.000 (otuz min) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 15.000 (on beş min) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehlər X9, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 2000 (iki min) manat tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 manat və vəkil xərcinin əvəzi olaraq 220 manat müştərək qaydada cavabdehlər "xxxx" MMC, X9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova