Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4408/2025 01.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “GP Stock Feed”(hazırkı adı İddiaçı)MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış GPS TKFD/013nömrəli xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, 198275,00 manat əsas borc, gecikdirməyə görə 15000,00 manat dəbbə pulu olmaqla, cəmi 213275,00 manat borcun və ödənilmiş 504,00 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 12 iyun 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı məhkəmə/ə müraciət edərək, Tərəflər arasında bağlanmış GPSTKFD/013 nömrəli xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, 198275,00 manat əsas borc, gecikdirməyə görə 15000,00 manat dəbbə pulu olmaqla, cəmi 213275,00 manat borcun və ödənilmiş 504,00 man: t dövlət rüsumunun Əvəzinin cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətne mə qəbul edilməsim xahiş etmişdir.
2. Cavabdeh sonrada ı hissə-hissə ümumilikdə 15 000,00 manat ödəniş etmiş və hazırkı Banşıq sazişinin bağlandı ;ı xx.xx.2025-ci il tarixə olan əsas borcunun məbləği 183275,00 (yüz səksən üç min iki yüz yetı ıiş beş) manat təşkil edir.
3. Cavabdeh İddiaçıya 183275,00 manat borcunun olduğunu təsdiq edir.
4. Cavabdeh 30.05.1-025-ci il tarixli məktubla İddiaçıya müraciət edərək, borcun ödənilməsinə möhlət ver lməsini və borcun hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir.
5. Tərəflər borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlir və Cavabdeh aşağıda qeyd olunan qrafik üzrə ayl q ödənişlər etməklə Alqı-satqı müqaviləsi üzrə mövcud borc öhdəliklərinin tam yerin? yetirilməsini öhdəsinə götürür: 30.06.2025- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat; 31.07.2025- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat; 31.08.2025- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat; 30.09.2025- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat 31.10.2025- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat 30.11.2025- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat 31.12.2025- ci il tarixədək - 27 275 (iyirmi yeddi min iki yüz yetmiş beş) manat
6. Əgər Cavabdeh 31 12.2025-ci il tarixədək əsas borc məbləğini tam şəkildə ödəyərsə, İddiaçı Cavabdehin ona ö ləməli olduğu 15 000 (on beş min) manat məbləğində olan dəbbə pulu tələbindən imtina < dir və bu məbləğ üzrə Cavabdehə güzəşt tətbiq olunur. Göstərilən müddətdə əsas borcun tam ödənilməməsi halında isə, İddiaçı dəbbə puluna dair tələbetmə hüququnu tam şəkildə 02 ində saxlayır.
7. İddianın verilməs üçün ödənilmiş 504 (beş yüz dörd) manat dövlət rüsumu hazırkı Banşıq sazişi məhkəmə tərəfindən təsdiqləndikdən sonra Cavabdeh tərəfindən İddiaçıya ödənilir.
8. Hazırkı Barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
9. Banşıq sazişinin bağlanmasınm və məhkəmə tərəfindən təsdiqinin hüquqi nəticələri Tərəflərə aydındır.
10. Banşıq sazişi məlikəmə qərardadı ilə təsdiq edilməsi üçün Bakı Kommersiya məhkəməsinə təqdim edilir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
11. Barışıq sazişi Təriflərin hər biri və məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 12 iyun 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı məhkəmə/ə müraciət edərək, Tərəflər arasında bağlanmış GPSTKFD/013 nömrəli xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, 198275,00 manat əsas borc, gecikdirməyə görə 15000,00 manat dəbbə pulu olmaqla, cəmi 213275,00 manat borcun və ödənilmiş 504,00 man: t dövlət rüsumunun Əvəzinin cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətne mə qəbul edilməsim xahiş etmişdir.
2. Cavabdeh sonrada ı hissə-hissə ümumilikdə 15 000,00 manat ödəniş etmiş və hazırkı Banşıq sazişinin bağlandı ;ı xx.xx.2025-ci il tarixə olan əsas borcunun məbləği 183275,00 (yüz səksən üç min iki yüz yetı ıiş beş) manat təşkil edir.
3. Cavabdeh İddiaçıya 183275,00 manat borcunun olduğunu təsdiq edir.
4. Cavabdeh 30.05.1-025-ci il tarixli məktubla İddiaçıya müraciət edərək, borcun ödənilməsinə möhlət ver lməsini və borcun hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir.
5. Tərəflər borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlir və Cavabdeh aşağıda qeyd olunan qrafik üzrə ayl q ödənişlər etməklə Alqı-satqı müqaviləsi üzrə mövcud borc öhdəliklərinin tam yerin? yetirilməsini öhdəsinə götürür: 30.06.2026- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat; 31.07.2026- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat; 31.08.2026- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat; 30.09.2026- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat 31.10.2026- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat 30.11.2026- ci il tarixədək - 26 000 (iyirmi altı min) manat 31.12.2026- ci il tarixədək - 27 275 (iyirmi yeddi min iki yüz yetmiş beş) manat
6. Əgər Cavabdeh 31 12.2025-ci il tarixədək əsas borc məbləğini tam şəkildə ödəyərsə, İddiaçı Cavabdehin ona ö ləməli olduğu 15 000 (on beş min) manat məbləğində olan dəbbə pulu tələbindən imtina < dir və bu məbləğ üzrə Cavabdehə güzəşt tətbiq olunur. Göstərilən müddətdə əsas borcun tam ödənilməməsi halında isə, İddiaçı dəbbə puluna dair tələbetmə hüququnu tam şəkildə 02 ində saxlayır.
7. İddianın verilməs üçün ödənilmiş 504 (beş yüz dörd) manat dövlət rüsumu hazırkı Banşıq sazişi məhkəmə tərəfindən təsdiqləndikdən sonra Cavabdeh tərəfindən İddiaçıya ödənilir.
8. Hazırkı Barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
9. Banşıq sazişinin bağlanmasınm və məhkəmə tərəfindən təsdiqinin hüquqi nəticələri Tərəflərə aydındır.
10. Banşıq sazişi məlikəmə qərardadı ilə təsdiq edilməsi üçün Bakı Kommersiya məhkəməsinə təqdim edilir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
11. Barışıq sazişi Təriflərin hər biri və məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Həşimova