Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-441/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeba Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 yanvar 2020-ci il tarixli MAS-2035 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 iyun 2022-ci il tarixə 567.23 manat gecikdirilmiş əsas, 199 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 311.08 manat dəbbə pulu, 1319.50 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 2396.81 manat borc və mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli MAS-2035 saylı “daxili lizinq” müqaviləsinə əsasən R.Əliyevin sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220079 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən X6 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 28 mart 2022-ci il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-2035saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 27 yanvar 2020-ci il tarixli MAS-2035saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 28 mart 2022-ci il tarixdə 390 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 17 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 1319.50 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 27 yanvar 2020-ci il tarixli MAS-2035saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 iyun 2022-ci il tarixə ümumilikdə 1077.31 manat gecikmə borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC və X6 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli MAS-2035 saylı “daxili lizinq” müqaviləsinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.2 bəndə əsasən lizinq obyekti lizinq alan tərəfindən seçilib. 1.3 bəndə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 13.300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini lizinq verənə ödməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 48 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödəbilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş günü qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. 4.4.2 bəndə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. 5.1-ci bəndə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirlməsi, korlanması, talanması vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 7.2-ci bəndə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 27 yanvar 2020-ci il tarixli MAS-2035 saylı daxili lizinq müqaviləsinə əlavə 1-ə əsasən “Khazar SD” markalı minik maşının ümumi dəyəri 13.300 manat təşkil edir. 27 yanvar 2020-ci il tarixli MAS-2035 saylı daxili lizinq müqaviləsinə əlavə 2 olan təhvil təslim aktına əsasən bir ədəd 13.300 manat məbləğində “Khazar SD” markalı nəqliyyat vasitəsi təhvil verilmişdir. Təhvil-təslim aktı "xxxx" MMC tərəfindən təhvil verilmiş, İddiaçı MMC və lizinq alan X6 olmaqla imzalanaraq təhvil almışdır. Təhvil-təslim aktında qeyd edilmişdir ki, alıcı bütün lizinq obyektini tam həcmdə tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən təhvil verilməsini təsdiq edir. Tərəflərin bir-birinə heç bir iddiaları yoxdur. Bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə verilir. İddiaçı MMC, X1 Fərid Əzizağa oğlu arasında imzalanmış xx.xx.2022 tarixli MAS 2035 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2020 tarixli MAS-2035 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən İddiaçı MMC qarşısında bütün öhdəlikəri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlik ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. 2.4.2 bəndə əsasən tərtib edilmiş “ödəniş cədvəli” üzrə ödənişlər lizinq alan tərfindən pozularsa və ödəniş üç gün müddətində gecikdirilərsə, lizinq alan lizinq verən tərəfindən 300 manat məbləğində cərimə edilir. xx.xx.2022 tarixli təhvil-təslim aktında saz vəziyyətdə olan İddiaçı MMC-nin mülkiyyətindəki “KHAZAR SD” markalı, 99PF308 dövlət qeydiyyat nişanlı avtomobil X2 adı təhvil verən, Cavabdeh adı təhvil alan olmaq tərtib edilmişdir. İddiaçı MMC servis tərəfindən “Khazar SD” markalı ** PF *** nömrəli nəqliyyat vasitəsi barısində tərtib edilmiş qüsur aktında 1.319,5 manat yekun ödəniləcək məbləğ qeyd edilmişdir. Avtonəqliyyat vasitəsini saxlanca qəbul edilməsi barədə xx.xx.2022 tarixli akta əsasən İddiaçı MMC-nin “problemli aktivlər idarə edilməsi şöbəsi”nin problemi kreditlər üzrə mütəxəssisi X4, Cavabdeh arasında tərtib edilmiş akta əsasən xx.xx.2022 tarixdə İddiaçı MMC-yə məxsus olan “KHAZAR SD” markalı, **-PF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin kredit borcunu ödəyə bilmədiyi üçün təhvil-təslim aparmışdır. Təhvil-təslim aktında nəqliyyat vasitəsinin qabaq və arxa hissəsində sınıq və cızıqların olması qeyd olunmuşdur. 28 noyabr 2022-ci il tarixli 4492 nömrəli maliyyə arayışında Cavabdeh 27 yanvar 2020 tarixli MAS-2035 saylı “daxili lizinq” müqaviləsi üzrə 17 iyun 2022 tarixə 567,23 manat gecikmiş əsas borc, 199 manat mükafat borcu, 311,08 manat cərimə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən İddiaçı MMC ilə lizinqalan X6 arasında daxili lizinq müqaviləsi bağlanmış və 1 ədəd 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 lizinqə verilmişdir. Daha sonra həmin tərəflər və Cavabdeh arasında öhdəliklərin ötürülməsinə dair razılaşma əldə olunmuş, X2 müqavilə üzrə öhdəlikləri Cavabdeh ötürülmüşdür. İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Hazırda iddiaçı lizinq müqaviləsindən irəli gələn ödəmələr, eyni zamanda Cavabdeh lizinq obyektinə vurmuş olduğu zərəri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülkin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsi üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 27 yanvar 2020ci il tarixli MAS-2035 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 iyun 2022-ci il tarixə 567.23 manat gecikdirilmiş əsas borc, 199 manat gecikdirilmiş mükafat haqqı iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı 1319.50 manat lizinq obyektinə dəymiş zərərin də cavabdehdən tutulmasını tələb etmişdir. Mülki Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Mülki Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq obyekti olan əmlakı saz vəziyyətdə cavabdehin istifadəsinə vermişdir. Bununla belə lizinq obyekti olan nəqliyyat vasitəsi geri qaytarıldığı zaman təhvil verildiyi şəkildə qaytarılmamış, bununla da cavabdeh tərəflər arasında olan müqavilənin və mülki qanunvericliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktda nəqliyyat vasitəsində “qabaq bufer sınıb, arxa buferdə cızıqlar var”, “ehtiyat təkər yoxdur” qeydləri əlavə olunmuş, həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş qüsur aktından lizinq obyekti ilə bağlı yekun olaraq 1.319,5 manat məbləğin ödənilməsi göstərilmişdir. Qeyd olunan hallara əlavə olaraq, İddiaçı MMC və X6 arasında imzalanmış müqavilədə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsi müəyyən edilmiş, təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirlməsi, korlanması, talanması vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alanın daşıması tərəflər arasında razılaşdırılmışdır. Eyni zamanda məhkəmə Cavabdeh öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən İddiaçı MMC ilə “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2020 tarixli MAS-2035 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC qarşısında bütün öhdəlikəri “öhdəlik ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməsini və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürməsini də nəzərə alaraq hesab edir ki, iddiaçı nəliyyat vasitəsinə vurulmuş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərtib edilmiş qüsur aktına uyğun olaraq 1319,50 manat lizinq obyektinə dəymiş zərər iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı 311.08 manat dəbbə pulunun tutulmasını da tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə, iddia tələbinin əsaslı olduğunu, digər tərəfdən də tərəflərin mənafelərini nəzərə alaraq belə nəticəyə gəlir ki, 55,7 manat cərimə məbləği cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 yanvar 2020-ci il tarixli MAS-2035 saylı “daxili lizinq” müqaviləsinə əsasən 17 iyun 2022-ci il tarixə 567,23 (beş yüz altımış yeddi manat iyirmi üç qəpik) manat əsas borc, 199 (bir yüz doxsan doqquz) manat gecikdirilmiş mükafat və 55,7 (əlli beş manat yetmiş qəpik) manat dəbbə pulu, 1319,50 (bir min üç yüz on doqquz manat əlli qəpik) manat lizinq obyektinə dəymiş zərər və mediasiya xidməti üçün ödənilmiş 60 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2-2(113)-441/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-441/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver