Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4412/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022 -ci il tarixli İEKSC-1907/22-014 saylı müqavilənin ləğv edilməsi və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022 -ci il tarixli İEKSC- 1907/22-014 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh MMC-nin bank hesabına köçürülmüş 9.440 manat pulun geri qaytarılması, hüquqi xidmətlər üçün vəkilə ödənilən 200 manat vəsaiti və 110 manat mediasiya xərci, 120 manat dövlət rüsumu, cəmi 9.870 manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə "xxxx" MMC arasında geyim formalarının alqı-satqı müqviləsi bağlanmışdır. Bu müqavilənin ayrılmaz hissəsi hesab olunan qiymət razılaşma protokoluna əsasən, satıcı Cavabdeh MMC, alıcı İddiaçı QSC-yə 25.134 manat (ƏDV daxil) dəyərində müxtəlif çeşiddə geyim ləvazimatları təqdim etməli idi. Bunun müqabilində tərəflərindən müvafiq ödənişlər aparılmalı idi. xx.xx.2022-ci il tarixli İE-KSC-1907/22-014 saylı müqaviləyə əsasən Cavabdeh MMC, İddiaçı QSC-yə 100 ədəd pencək, 100 ədəd qısa şalvar, 100 ədəd qısa gödəkçə, 100 ədəd uzun gödəkçə, 100 ədəd səhra şalvarı, 100 ədəd səhra kiteli, 100 ədəd papaq, 130 ədəd səhra ayaqqabı satmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə qiymət razılaşma protokolunda qeyd olunan malların 25.134 manat (ƏDV daxil) müəyyənləşdirilmiş, hər iki şirkət tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Tərəflərindən “Xalq Bank”ın baş filialında olan bank hesabından "xxxx" MMC-nin “Ekspressbank”ın neftçilər filialında olan bank hesabına xx.xx.2022-ci il tarixdə 204 nömrəli ödəniş tapşırığı əsasında 3.000 manat və 540 manat ƏDV ödənişi, daha sonra isə xx.xx.2022-ci il tarixdə 237 nömrəli ödəniş tapşırığı əsasında 5.000 manat və 900 manat ƏDV ödənişi həyata keçirilmişdir. Cəmi 9.440 manat ödənilmişdir. Lakin, halhazırda ödənilmiş avans məbləğinin müqabilində Cavabdeh MMC tərəfindən müqavilənin 2.1-ci bəndinin şərtləri kobud surətdə pozulmuşdur. Lazım olan müddətdə qeyd olunan mallar onlara "xxxx" MMC tərəfindən təqdim olunmamışdır. Tərəflər arasında müqavilə imzalanıb möhürlə təsdiqləndikdən sonra, özünü Cavabdeh MMC-nin nümayəndəsi kimi təqdim edən Qasımov Vüsal adlı şəxs 2022-ci ilin avqust ayının sonunadək qeyd olunan malları təhvil verməyi öz üzərinə götürmüşdür. Lakin əməkdaşları tərəfindən müqavilə üzrə təqdim olunası malları tələb etdikdə Cavabdeh MMC-nin nümayəndəsi Qasımov Vüsal müxtəlif bəhanələr gətirərək malların verilməsini bu günədək uzadır. Dəfələrlə onun telefonuna zənglər olunsa da, o gah dəstəyi qaldırmır, gah da müxtəlif səbəblər gətirərək, üzərinə düşən öhdəliyin yerinə yetirilməsində boyun qaçırır. Şirkətlərinzə qarşı Qasımov Vüsalın dələduzluq hərəkətləri barədə məlumatı Cavabdeh MMC-nin Emil adlı baş mühasibinə məlumat verdikdə, o bu işdən xəbərinin olmadığını və Vüsalı onun qohumu Mirsaleh vasitəsi ilə tanıdığını bildirmişdir. Halbuki, alqı-satqı müqaviləsi imzalanan müddətdə Emil adlı baş mühasiblə şirkətlərinin mühasibi arasında dəfələrlə müqavilənin şərtlərinin müzakirəsi ilə bağlı telefon danışıqları aparılmışdır. Mirsaleh adlı şəxslə telefon danışıqları tərəflərindən aparılmış və qohumu Vüsalın bu cür dələduzluq əməllərinə son qoyulması üçün köməklik göstərilməsi bildirilmişdir. Aparılmış bütün danışıqlar və tədbirlər öz nəticəsini verməmiş və tərəflərindən ödənilmiş məbləğin müqabilində mallar təqdim edilməmşdir. Hesab edirlər ki, Cavabdeh MMC-ni və onun simasında Qasımov Vüsal adlı şəxsin əməlləri dələduzluq kimi qiymətləndirilməlidir. Belə ki, özünü Cavabdeh MMC-nin nümayəndəsi kimi təqdim edən Qasımov Vüsal şirkətlərinin etibarından sui-istifadə etmiş, aldatma yolu ilə tərəflərindən 9.440 (ƏDV daxil) manat pul vəsaitini mənimsəyərək təmsil etdiyi cəmiyyətin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Şirkətləri tərəfindən "xxxx" MMC-nin dələduzluq əməlləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrüpsiya qarşı Mübarizə İdarəsinə yazılı müraciət olunmuşdur. Daha sonra müraciətləri baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Bakı Şəhər Baş Polis İdarəsində şirkətlərinə qarşı dələduzluq etmiş "xxxx" MMCnin nümayəndəsi kimi özünü təqdimedən X4 verərək bildirmişdir ki, həqiqətən İddiaçı QSC tərəfindən ödənilmiş vəsaiti tanış X3 (ş/v-AZE ********) xx.xx.2022-ci il tarixdə 3.180 manat və qohumu X1 ( ş/v- AA3108114) xx.xx.2022-ci il tarixdə 4.918 manat “Ekspressbank”ın neftçilər filialından çıxararaq ona təhvil vermişdir. Həmən vətəndaşalr öz izahatlarında da bunu təsdiq edirlər. Hər üç şəxs izahalarında yaxın zamanda malların təqdim olunmasını və yaxud qeyd olunan pul vəsaitinin geri qaytarılmasına vəd versəl ər də, hal-hazıradək onlar tərəfdən heç bir tədbir görülməmişdir. Həmin vətəndaların dələduzluq əməlləri nəticəsində cəmiyyətlərinə maddi ziyan dəymiş, bunun nəticəsində əməkdaşlarının xüsusi geyim forması ilə təmin etmək mümkün olmamışdır. Dəfələrlə Cavabdeh MMC-nin direktoru, baş mühasib ilə telefon danışıqları olsa da heç bir nəticə verməmişdir.Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin könüllü olaraq yerinə yetirilməsi ilə əlaqədar cavabdehə xx.xx.2023-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq heç bir nəticə əldə olmamışdır. Bu səbəbdən də məhkəməyə hazırkı tələblə bağlı müraciət edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022 -ci il tarixli İEKSC-1907/22-014 saylı müqavilənin ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı xx.xx.2022 -ci il tarixli İEKSC-1907/22-014 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə əsas kimi cavabdehin həmin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilir. Odur ki, hazırkı halda sözügedən müqavilənin ləğvi hissədə işə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022 -ci il tarixli İEKSC-1907/22-014 saylı müqavilənin ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4412/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4412/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver