Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4444/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdizadə Hafizə Etibar qıznın katibliyi iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 01 aprel 2021-ci il tarixli 018 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı 173.154,72 (bir yüz yetmiş üç min yüz əlli dörd manat 72 qəpik) manat əsas borcun, 31.167,85 (otuz bir min yüz altmış yeddi manat 85 qəpik) manat X3 borcu olmaqla ümumilikdə 204.322,57 (iki yüz dörd min üç yüz iyirmi iki manat 57 qəpik) manat, o cümlədən 55.757,52 (əlli beş min yeddi yüz əlli yeddi manat 52 qəpik) manatlıq cərimə pulunun, 400 (dörd yüz) manat mediasiya xərclərinin və iddiaçı tərəfindən ödənilmiş 150,09 (bir yüz əlli manat 09 qəpik) manat dövlət rüsumu məbləğinin, ümumilikdə 260.630,18 (iki yüz altmış min altı yüz otuz manat on səkkiz qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi hazırki üzrə eyni tərəflər arasında məhkəmə mübahisəsi olduğundan işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4440/2022 nömrəli işə birləşdirilməlidir. AR MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası, Bakı Kommersiya Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı müqavilənin ləğvi tələbinə dair işlə əlaqəli olduğundan gələcəkdə ziddiyyətli məhkəmə qərarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı müqavilənin ləğvi tələbinə dair e-2-2(113)-4440/2022 nömrəli işə birləşdirilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4444/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4444/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver