Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4452/2025 23.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İdddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbi üzrə 259.512( ikiyüz əlli doqquz min beş yüz iki manat) manat borc və 41.575( qırx bir min beş yüz yetmiş beş manat) manat dəbbə pulu və 591.00( beş yüz doxsan bir manat doqquz qəpik)manat olmaqla, ümumillikdə 301.678,09 ( üç yüz bir min altıyüz yetmiş səkkiz manat doqquz qəpik) manat Cavabdeh tutularaq “ A+CO” ASC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “ A+CO” ASC arasında xx.xx.2024-cü il tarixli ACO/29.10.24/MZİ saylı alqı- satqı müqaviləsi bağlanmışdır( müvafiq müqavilənin surəti sənədə əlavə olunur). Həmin müqavilənin 1.1-ci bəndinə əsasən,“Satıcı” heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarını (gələcəkdə yem adlandırılacaqdır) “Alıcı”nın mülkiyyətinə verməyi,“Alıcı” isə həmin “yemləri” qəbuledib,əvəzində bu müqavilənin şərtləriəsasında vaxtında alınmış “yemlərə” dair müvafiq ödənişləriaparmağı öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı” hər partiya üzrə Satıcıdan almaq istədiyi Mala dair məlumatlarısifariş verir, Satıcı ilə alınacaq Malın adı, təsnifatı,çeşidi, markası, miqdarı, tara və qablaşdırması,eləcə də arzu olunan təchizat müddəti və digər xüsusiyyətləri barədə sifariş formasında (bundan sonra “Sifariş vərəqəsi”adlandırılacaq) razılığa gəlir. Alıcı tərəfindən Sifariş vərəqəsinin göndərilməsi,elektron poçt (e-mail), telefon, fax və digər rabitə vasitələri ilə həyata keçirilə bilər. Yuxarıda qeyd olunan edilən alqı- satqımüqaviləsinə əsasən,tərəfimizdən cavabdehin sifarişləri üzrə ona aşağıdakıməbləğlərdə elektron -qaimələr üzrə mallar satılmışdır:( müvafiq elektron qaimələrin surəti iddia ərizəsinə əlavə olunur). 1. 10092584 nömrəli, xx.xx.2025-ci il tarixlielekron qaiməyə əsasən 247.171(iki yüz qırx yeddi min yüz yetmiş bir manat) AZN; 2. 10048018 nömrəli xx.xx.2025- ci il tarixli elektron qaiməyə əsasən 15000, 30 (on beş min manat otuz qəpik )AZN Beləliklə,Cəmiyyətimiz tərəfindənCavabdehna ümumilikdə 262.171( iki yüz altmış iki manat yüz yetmiş bir manat) AZN dəyərində malsatılmışdır. Tərəfinizdən Cəmiyyətin balansına aşağıdakı kassa çekləri uyğun olaraq ödəniş həyata keçirilmişdir. 1. xx.xx.2025- ci il tarxli ödəniş tapşırığına əsasən 920( doqquz yüziyirmi manat) AZN 2. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 740( yeddi yüz qirx manat) AZN 3. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000( min manat) AZN Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş “Satıcı” tərəfindən malların “Alıcı”ya qaimə-faktura əsasında, təqdim edildiyi gündən, “Alıcı” tərəfindən gecikmələrə yol verilmədən 45 (qırx beş) təqvim günü ərzində tam ödənilməlidir. Ödənişlər tərəflərin yazılı razılaşmasına əsasən hissəhissə də həyata keçirilə bilər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən Alıcı” (2.3 bəndində göstərilən müddəti keçərsə) ödənişlərin gecikdirilməsinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş hər gün üçün 0.5 % dəbbə pulu (cərimə) tətbiq olunur. Dəbbə pulu (cərimə) “Alıcı”nın yaranmış borcuna əsasən müəyyən olunur. Yuxarıda qeyd olunanlarına əsasən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan xx.xx.2025-ci il tarxli elektron -qaimə faktura təsdiq edildiyi gündən 45 gün ərizində gecikmələr yarandığından 17 mart 2025-ci ildən 17 may 2025-ci ilə kimi 60 gün x 0.5%x15.000( elektron-qaimə)= 4500 manat dəbbə pulu yaranmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixli elektron-qaimə faktura təsdiq edildiyi gündən 45 gün ərizində gecikmələr yarandığından 18 aprel 2025-ci ildən 18 may 2025-ci ilə kimi 630 gün x 0.5%x247.171 ( elektron-qaimə)= 37.075 manat dəbbə pulu yaranmışdır. Ümumilikdə isə 41.575 manat dəbbə pulu hesablanmışdır. Yekun olaraq Cavabdehya 262.171 manatlıq elektron -qaimə faktura göndərilmiş və şəxs tərəfindən 2660 manat ödəniş olunduqdan sonra 259.512 manat borcu qalmışdır. Beləliklə, tərəflər arasındakı alqı- satqı əməliyyatları üzrə X4 Cəmiyyətə 259.512( iki yüzəlli doqquz min beş yüz on iki manat )+ 41.575( qırx bir min beş yüz yetmiş beş manat) AZN daxil olmaqla cəmiyətimizə 301.087( üç yüz bir min səksən yeddi manat borcu qalmışdır.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbi üzrə 257.012( iki yüz əlli doqquz min beş yüz iki manat) manat borc və 41.575( qırx bir min beş yüz yetmiş beş manat) manat dəbbə pulu və 591.00( beş yüz doxsan bir manat doqquz qəpik)manat olmaqla, ümumillikdə 299178 manat Cavabdeh tutularaq “ A+CO” ASC yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. 19.06.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh əsas borcu qəbul etmiş,iddia tələbinin dəbbə pulu hissəndə etiraz etmişdir.Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli ACO/9.10.24/MZİ nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “Satıcı” heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarını (gələcəkdə yem adlandırılacaqdır) “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin “yemləri” qəbul edib, əvəzində bu müqavilənin şərtləri əsasında vaxtında alınmış “yemlərə” dair müvafiq ödənişləri aparmağı öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən Alıcı hər partiya üzrə Satıcıdan almaq istədiyi Mala dair məlumatları sifariş verir, Satıcı ilə alınacaq Malın adı, təsnifatı, çeşidi, markası, miqdarı, tara və qablaşdırması, eləcə də arzu olunan təchizat müddəti və digər xüsusiyyətləri barədə sifariş formasında (bundan sonra “Sifariş vərəqəsi”adlandırılacaq) razılığa gəlir. Alıcı tərəfindən Sifariş vərəqəsinin göndərilməsi, elektron poçt (e-mail), telefon, fax və digər rabitə vasitələri ilə həyata keçirilə bilər. - 2.1-ci bəndinə əsasən Bu müqavilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və xx.xx.2025-cü il tarixədək qüvvədədir. Hər bir halda müqavilə tərəflərin müqavilə ilə öz üzərinə götürdükləri öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər biri digərini müqavilənin xitamı ilə əlaqədar 30 (otuz) təqvim günü qabaqcadan xəbərdarlıq məktubu verməzsə müqavilə növbəti il üçün uzadılmış hesab olunur. - 2.3-cü bəndinə əsasən Ödəniş “Satıcı” tərəfindən malların “Alıcf’ya qaimə-faktura əsasında, təqdim edildiyi gündən, “Alıcı” tərəfindən gecikmələrə yol verilmədən 45 (qırx beş) təqvim günü ərzində tam ödənilməlidir. Ödənişlər tərəflərin yazılı razılaşmasına əsasən hissə-hissə də həyata keçirilə bilər. - 2.5-ci bəndinə əsasən Alıcı” (2.3 bəndində göstərilən müddəti keçərsə) ödənişlərin gecikdirilməsinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş hər gün üçün 0.5 % dəbbə pulu (cərimə) tətbiq olunur. - 2.7-ci bəndinə əsasən ‘ Satıcı” ilə “Alıcı” arasında yaranmış borc öhdəlikləri hər ay (ən geci 2 aydan bir) üzləşmə aktı ilə təsdiqlənir və hesablaşma üçün əsas sənəd kimi qəbul edilir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında 04 noyabr 2024-ci il tarixli MB- 610/2024 saylı Təchizat Müqaviləsinə xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə imzalanmışdır.
11. İddiaçı tərəfindən cavabdehə MT2503 seriyalı 10092584 nömrəli xx.xx.2025-ci il tarixli 247171 manat, MT2502 seriyalı 10048018 nömrəli xx.xx.2025-ci il tarixli 15000 manat məbləğində elektron qaimələr göndərilmişdir.
12. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli borc məbləğinin müəyyən edilməsi aktı ilə təsdiq olunur ki xx.xx.2025-ci il tarixinə Cavabdeh tərəfindən Cəmiyyətdən 259,512 (iki yüz əlli doqqnz min beş yüz on iki manat) manat məbləğində mal götürülmüş və ümumilikdə X3 259,512 manat məbləğində borcu mövcuddur. V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
15. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə və üzləşmə aktı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasında (xx.xx.2025-ci il tarixli) 257012 manatlıq malı təhvil aldıqlarını və dəyərini ödəmədiklərini etiraf etdiyindən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya müqavilə üzrə əsas borc olaraq 257012 manat borcunun olması işin mübahisələndirilməyən halıdır.
22. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 257012 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh 257012 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 41.575 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
24. Göründüyü kimi Cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
25. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 7000 manat məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 591 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 556 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 257012 (iki yüz əlli yeddi min on iki) manat məbləğində əsas borc, 7000 (yeddi min) manat məbləğində dəbbə pulu və iddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə 556 (beş yüz əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova