Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4459/2021 13.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanuni təmsilçisi Turan Elcanın, nümayəndələri və vəkilləri Vəkil və X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X11, nümayəndəsi və vəkili X3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı cavabdehdən 422756,60 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pulun və həmin pula hesablanmış gecikdirilmiş hər ilə görə 5 faiz məbləğində əldən çıxmış faydanın tutularaq, iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən alınan yararsız dizel yanacağı nəticəsində avtobus nəqliyyat vasitələrinə dəymiş zərərə görə 369099,51 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 500000 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 869129,51 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı cavabdehdən 422756,60 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pulun və həmin pula hesablanmış gecikdirilmiş hər ilə görə 5 faiz məbləğində əldən çıxmış faydanın tutularaq, iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra Cavabdeh İddiaçınə qarşı cavabdehdən alınan yararsız dizel yanacağı nəticəsində avtobus nəqliyyat vasitələrinə dəymiş zərərə görə 369099,51 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 500000 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 869129,51 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabeh Cavabdeh arasında "neft məhsularının pərakəndə satışına dair" 05 oktyabr 2017-ci il tarixli 17/006 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1 və 1.3-cü bəndlərinə əsasən, cavabdeh təşkilata, Aİ-92 benzin və Dizel yanacaqları satılmışdır. İddiaçı ilə Cavabdeh əməkdaşlığı uzun müddətdir ki, davam edir. Bu müddət ərzində aralarında ciddi narazılıq baş verməmişdir. Lakin son zamanlar İddiaçı tərəfindən Cavabdehnə satılmış neft məhsullarının dəyəri İddiaçınə ödənilmir. İddiaçı aralarında olan müqavilə üzrə Cavabdehnə verdiyi məhsulları alqı-satqı yolu ilə dövlət şirkətindən əldə etmiş, pərakənda olaraq Cavabdehnə və digər alıcılara satır. Buna görə də Cavabdehnə İddiaçı tərəfindən aralarında olan müqavilə üzrə, onlara verdiyi neft məhsulları üzrə vaxtı-vaxtında ödənişlər olunmadıqda, İddiaçı, digər tərəfdaşları qarşısında çıxılmız vəziyyətdə qalır. Bu da İddiaçı işgüzar imicinə və biznes maraqlarına ciddi ziyan vurur. Belə ki, İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış 20.05.2021-ci il tarixli EBBC serialı 003885 saylı "Elektron qaimə" üzrə 134584 manat və 20.05.2021-ci il tarixli EBBC serialı 004087 saylı "Elektron qaimə" üzrə 107210 manat, ümumilikdə 241794 manat pul İddiaçınə ödənilməmişdir. Həmçinin İddiaçı tərəfindən Cavabdehnə 16 iyun 2021-ci il tarixdə, 09 saylı ilə ünvanlanmış pretenziya məktubunda da qeyd etdiyi kimi, Cavabdeh ilə İddiaçı arasında olan 05 oktyabr 2017-ci il tarixli, 17/006 saylı alqı-satqı müqaviləsi üzrə hesablaşmalar üzrə apardığı yoxlamalar zamanı aşkar edilmişdir ki, Cavabdeh İddiaçınə aralarında olan müqavilə üzrə 16.06.2021-ci il tarixinə 422756,60 manat ödənilməmiş məbləğdə yaranmışdır. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin qanuni təmsilçisi Turan Elcan məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə uzun müddət işləmişdir. Cavabdeh İddiaçınə həmişə borcu olmuş və ödəmişdir. Onların dostluğu olmuşdur. İddiaçı heç vaxt Cavabdeh yanacağını kəsməmişdir. Cavabdeh, İddiaçındən hər ay 200-250 min manatlıq yanacaq alır, indidə borcu rədd etmir. Nə vaxt danışılsa deyir pulu verəcəkdir. İddiaçı Cavabdeh ilə 3 ay onunla görüşülmüş, pulun ödəniləcəyi dyilmişdir. Onlar hər dəfə malı alanda qol çəkib götürmüşlər. Sonuncu 3-4 ildə bank vasitəsi ilə ödəmişdir. Sonuncu dəfə də pulunu verməsinə dair məktub göndərmiş və pulunu verməsə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Daha sonra ona 1 ay əvvələ tarixi qeyd olunan məktub yazıb maşınlarına 360000 manat ziyan dəydiyini bildirmişdir. Onun özünün neft ayrıması zavodu yoxdur. Azərbaycan Respublikasının 1 dənə neft ayırması var və hamı da nefti oradan alır. Yəni onun neftin keyfiyyətinə müdaxilə edəcək şansı yoxdur. Lakin qarşı tərəf ona məktub yazaraq maşınlarına ziyan vurduğunu və 500000 manat da guya ziyan vurduğunu bildirir. Onların uzun müddətlik dostluğu olmuşdur. Həmişə ona kömək etmiş, lakin onun etdiyi hərəkət düzgün deyildir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi və vəkili X12 məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17.10.2017-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında “neft məhsullarının pərakəndə satışına dair” alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci maddəsinin tələbinə əsasən satışa buraxılan neft məhsulunun keyfiyyəti DÜİST 2617-85 uyğun olmalıdır. Lakin İddiaçı tərəfindən satılan neft məhsulları yararsız vəziyyətdə olduğu üçün Cavabdeh mülkiyyətində olan bir çox avtobuslara, o cümlədən “AVRO 5” və “AVRO 6” standartlarında müasir avtobus nəqliyyat vasitələrinə ciddi maddi zərərlər dəyərək, bəzi ehtiyyat hissələri sıradan çıxmışdır. Nəticədə Cavabdehnə bu günədək cəmi 369 099,51 manat məbləğində zərər dəymişdir. Hesab edir ki, cavabdeh İddiaçı tərəfindən satılan yararsız neft məhsulu səbəbindən vurulmuş maddi zərərlə yanaşı, yararsız yanacaq səbəbindən avtobus nəqliyyat vasitələrinin yollarda qalması, bu nəqliyyat vasitələrinin on minlərlə sərnişinin Cavabdehnə olan etirazları və nəticə olaraq işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 500000 manat ödəməlidir. Eyni zamanda Cavabdeh məhkəməyə ilkin iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında neft məhsullarının alqısatqısına dair 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”ya neft məhsullarının ödənilmiş məbləği qədər verir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən isə “Alıcı” hər ayın sonunda “Satıcı” ilə üzləşmə aktı tərtib etməlidir. Müqavilənin 3.2-ci maddəsi borc məbləğinin yalnız üzləşdirmə aktı ilə müəyyən olunmasını tələb edir. İddiaçı ərizədə 422756,60 manat tələb etsə də, 20.05.2021-ci il tarixli EBBC seriyalı, 003885 saylı qaimə faktura üzrə 134584 manat, 20.05.2021-ci il tarixli, EBBC seriyalı, 004087 saylı qaimə faktura üzrə 107210 manat, ümumilikdə 241794 manat tələbi qaimə fakturalar ilə əsaslandırmağa çalışsada, tələbin 180962 manat hissəsini ümumiyyətlə izah edə bilməmişdir. Qeyd olunan qaimə faktura tarixlərinə nəzər yetirdikdə məlum olur ki, 20 may tarixində güya Cavabdeh 241794 manatlıq dizel məhsulu almışdır. Bu məbləğdə 302242 litir yanacaq edir. Bu həcmdə yanacağı saxlamaq üçün İddiaçı heç anbarı yoxdur. Bununla belə Cavabdeh tərəfindən 2021-ci il ərzində (31.01.21, 28.02.21, 31.03.21, 30.04.21, 31.05.21-ci il) 333.281,84 manat məbləğində ödənişlər həyata keçirmişdir. Bundan başqa sözügedən elektron qaimələrin 2021-ci il may ayında kəsilməsinə baxmayaraq İddiaçı rəsmi möhürü ilə təsdiq edilmiş 08.06.2021-ci il tarixli, 05 saylı rəsmi məktubuna əsasən borcun 241794 manat olduğu bildirilir, həmin tarixdən sonra İddiaçı baş mühasibinin imzası ilə daxil olan məktubda borcun 165523 manat olduğunu, lakin 40201 manat məbləğinin güya ziyanlar və bank faizinə görə tələb olunduğu bildirilmişdir. Müqavilə şərtlərində borcun üzləşdirmə aktı ilə müəyyən edilməsinə dair imperativ şərt olmasına baxmıyaraq, İddiaçı iddia tələbini əks etdirən aktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, İddiaçı iddia tələbinin yalnız formal mülahizələrdən ibarət olunduğu tam sübüt olunur, müqavilə tələblərinə uyğun olaraq heç bir üzləşmə aktı təqdim edə bilməmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X14 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinin və ilkin iddia ərizəsinə etirazın məzmunlarına uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinin və ilkin iddia ərizəsinə etirazın məzmunlarına uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 05 oktyabr 2017-ci il tarixli 17/006 saylı "Neft məhsularının pərakəndə satışına dair" alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdehnə neft məhsullarını pərakəndə satmağı, Cavabdeh isə neft məhsullarını qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 10 ədəd elektron qaimədən və Elektron qaimə (e-qaimə) altsistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 10.10.2019-cu il tarixdən 20.05.2021-ci il tarixədək ümumilikdə 1.633.872,35 manat məbləğində neft məhsulları satılmışdır. 01.10.2019-13.12.2021-ci il tarixləri arası Bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 01.10.2019-cu il tarixdən 07.05.2021-ci il tarixədək 1.331.192,60 manat məbləğində ödəniş edilmişdir. 14 ədəd ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 2021-ci il üzrə (21.01.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək) 333.281,84 manat məbləğində ödəniş edilmişdir. 01.10.2019-cu il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Cavabdeh 01.10.2019-cu il tarixə İddiaçınə olan borcu 160076,85 manat təşkil etmişdir. 24.08.2020-ci il tarixli 001678 saylı, 25.06.2020-ci il tarixli 00158 saylı və 27.07.2020-ci il tarixli 00375 saylı kassa məxaric orderlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə müvafiq olaraq 10.000 manat, 15.000 manat və 15000 manat olmaqla ümumilikdə 40.000 manat nağd ödəniş edilmişdir. Maliyyə arayışından görünür ki, 01 oktyabr 2019-cu ü tarixində hər iki tərəfin qarşılıqlı hesablaşmalar haqqında üzləşməyə əsasən həmin dövrün sonuna qalıq borc 160076,85 manat təşkil etmişdir və həmin tarixdən (01.10.2019) bu günə qədər Cavabdehndən İddiaçı hesabına daxil olan bank ödənişi 1331192.60 manat təşkil etmişdir. 01.10.2019-cu tarixindən Cavabdehndən İddiaçınə daxil olan kassa məxaric orderləri üzrə 40000.00 manat ödəniş olmuşdur. Bunlara nəzərən 01.10.2019-cu il tarixindən bu günə kimi XALİQ FAİQOĞLU" X9tinə İddiaçı tərəfindən kəsilən Elektron qaimə 1633872.35 manat təşkil etmişdir. Bunlara əsasən alıcı Cavabdeh İddiaçınə olan qalıq borcu 422756.60 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 05 oktyabr 2017-ci il tarixli 17/006 saylı "Neft məhsularının pərakəndə satışına dair" alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı Cavabdehnə neft məhsullarını pərakəndə satmağı, Cavabdeh isə neft məhsullarını qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında 01.10.2019-cu il tarixədək olan alqı-satqı münasibətləri üzrə Cavabdeh 01.10.2019-cu il tarixə İddiaçınə 160076,85 manat borcu olmuş və bu borc 01.10.2019-cu il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq edilmişdir. 01.10.2019-cu il tarixdən sonra İddiaçı tərəfindən Cavabdehnə 1.633.872,35 manat məbləğində neft məhsulları satılmış, Cavabdeh tərəfindən isə İddiaçınə 1.331.192,60 manat məbləğində bank vasitəsi ilə və 40.000 manat məbləğində nağd formada ödənişlər edilmişdir. Beləliklə, Cavabdeh İddiaçınə 422756.60 manat (1.793.949,20 manat (160076,85 manat (01.10.2019-cu il tarixə borc) + 1.633.872,35 manat (01.10.2019-cu il tarixdən sonra satış) – 1.371.192,60 (1.331.192,60 manat (01.10.2019-cu il tarixdən sonra bank vasitəsi ilə ödəniş) + 40.000 manat (01.10.2019-cu il tarixdən sonra nağd ödəniş) = 422756.60 manat) borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə İddiaçı öhdəliyi yerinə yetirərək, neft məhsullarını Cavabdehnə satmış, bunun nəticəsində İddiaçı Cavabdehndən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə İddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 17/006 saylı "Neft məhsularının pərakəndə satışına dair" alqı-satqı müqaviləsinə əsasən yaranmış 422756,60 manat məbləğində borc iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiq olunduğundan ilkin iddia həmin hissədə təmin edilməlidir. İlkin iddia üzrə əldən çıxmış fayda tələb edilsə də, göstərilən tələb barədə hər hansı bir sübutu məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin tələb qeyri-müəyyəndir. Buna görə də məhkəmə hesab edir ki, həmin tələb hissəsində ilkin iddia təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə Cavabdeh İddiaçı tərəfindən maddi zərərin vurulmasına dair qarşılıqlı iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. "xxxx" X9, ona dəymiş zərərin, yəni ona məxsus avtobusların ehtiyyat hissələrinin sıradan çıxmasının məhz İddiaçı ona satdığı dizel yanacağının keyfiyyətsiz olması səbəbindən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı yanacaq istehsal edən müəssisə olmadığından yanacağın keyfiyyətinə görə də məsuliyyət onun üzərinə qoyula bilməz. Eyni zamanda Cavabdeh işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 500000 manat tələb etsə də, bu tələbini də təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, qarşılıqlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdehndən 422756,60 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, ilkin iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın qismən təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilməli, qalan 10 manat məbləği isə İddiaçınə aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 422756,60 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 10 manat məbləği isə İddiaçınə aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4459/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4459/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver