Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4479/2025 26.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən alqı-satqı müqaviləsinə əsasən 53 292, 51 (əlli üç min iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində əsas borc, 2 664 (iki min altı yüz altmış dörd manat) manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün çəkilmiş xərc 257,87 (iki əlli yeddi manat səksən yeddi qəpik) manat məbləğində olmaqla, ümumilikdə isə 56 214,38 (əlli altı min iki yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğin iddiaçıİddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (”Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında xx.xx.2023-cü il tarixli № 13xx/xx-2023 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” “Alıcının” sifarişi əsasında “Mal və “Malları” satır, “Alıcı” isə bunun müqabilində “Satıcıya” malın dəyərini ödəyir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” malların dəyərini qaimə-fakturaya əsasən 30 gün əvvəlcədən ödəməli idi. Lakin “Satıcı” tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirsə də “Alıcı” malların dəyərini hələ də ödəməkdən boyun qaçırır və bu günə kimi № 13xx/xx-2023 saylı, xx.xx.2023cü il tarixli müqavilə üzrə “Alıcı” “Satıcıya”ya 53 292, 51 (əlli üç min iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində pul borcludur. Qeyd edilən borcun məbləği iddia ərizəsinə əlavə edilən tərəflər arasında imzalanmış təhvil-təslim aktları və qaimələrlə öz sübutunu tapır. Eyni zamanda bildirmək istəyirik ki, xx.xx.2025-ci il tarixdə “Satıcı” “Alıcıya” Pretenziya məktubu yollamış və 5 (şeb) iş günü ərzində borc ödənilmədiyi təqdirdə tərəflərindən əsas borcun, cərimənin (53 292,51 AZN + 5 %) və digər xərclərin ödənilməsinin təmin olunması məqsədilə məhkəməyə müraciət olunacağını qarşı tərəfə bildirmişdir. Lakin Cavabdeh MMC Pretenziya məktubunu qəbul etməsinə baxmayaraq, məktubumuzu cavabsız qoymuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 13xx/xx-2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “satıcı” “alıcı”ya onun sifarişi əsasında “mal” və “mallar” satır, “alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcf’ya ödəyir.. - 2.1-ci bəndinə əsasən mal “alıcı’ya “Satıcı”nın ünvanında təhvil verilir.. - 2.2-ci bəndinə əsasən malın ümumi dəyəri əvvəlcədən “Alıcı” tərəfindən hazırki müqaviləyə əsasən “Satıcı” ya ödənilir... - 5.1- ci bəndinə əsasən “alıcı” malın dəyərini müvafiq qaimə faktura əsasında 30 gün ərzində “Satıcı”ya əvvəlcədən ödəyir. - 5.2-ci əndinə əsasən müqaviləyə əsasən “Alıcı” tərəfindən Malın dəyərinin ödənilməsi ııəğd qaydada və ya bank vasitəsilə sadə köçürülmə yolu ilə həyata keçirilə bilər.
Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı tərəfindən cavabdehə MT2404 00070898 nömrəli xx.xx.2024-cü il tarixli 11865.05 manat, MT2404 ******* nömrəli xx.xx.2024-cü il tarixli 442.08 manat, MT2404 00274497 nömrəli xx.xx.2024-cü il tarixli 22671.21 manat, MT2404 ******* nömrəli xx.xx.2024cü il tarixli 23193.99 manat, MT2404 10408470 nömrəli xx.xx.2024-cü il tarixli 9973.99 manat məbləğində elektron qaimə göndərilmişdir.
9. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 11865.06 manat məbləğində mal verilmişdir.
10. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 442.09 manat məbləğində mal verilmişdir.
11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 22671.22 manat məbləğində mal verilmişdir.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 23194 manat məbləğində mal verilmişdir.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 9974 manat məbləğində mal verilmişdir.
14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması barədə protokolda 11865.06 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması barədə protokolda 442.09 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
16. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması barədə protokolda 22671.22 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
17. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması barədə protokolda 23194 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
18. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması barədə protokolda 9974 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
V. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.3-cü maddəsinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
21. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 13xx/xx-2023 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqısatqı müqaviləsi, qiymət razılaşdırma protokolu, təhvil təslim aktları, elektron qaimə və digər sübutlarla sübuta yetirilir.
23. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 53 292, 51 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 2664 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Göründüyü kimi cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
26. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 2000 manat cərimə tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 257.87 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 255 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “ Atlas Mühəndislik ” MMC-dən 53 292, 51 (əlli üç min iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində əsas borc, 2000 (iki min manat) manat dəbbə pulu və 255 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC -nin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
. Hakim Günay Həşimova