Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-448/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” X7 Cavabdehnə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxx” X12 Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 2.950 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumu, ümumilikdə 2.980,40 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində Cavabdeh MMC-yə məxsus **-JR-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 1840 markalı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində X6 idarə etdiyi **-JR-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 1840 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək **-MD-*** dövlət qeydiyyat nişanlı VAZ 21725 markalı və **-SS-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 markalı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər BPİ DYPİ əməkdaşı tərəfindən X6 barəsində xx.xx.2018-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə tam təfsilatı ilə aydınlaşdrılarkən müəyyən olunmuşdur ki, sürücü M.Pənahov Cavabdeh MMC-yə məxsus **-JR-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 1840 markalı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, **-MD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21725 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 4.086,00 manat məbləğində müəyyən edilmiş və “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən, 3.901,83 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, **-SS-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 1 150 manat məbləğində müəyyən edilmiş və “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən, 1.098,17 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, qeyd edilən hadisə üzrə “xxxxxxxxxxxx” ASC tərəfindən ümumilikdə 5.000 manat məbləğində sığorta ödənişi verilmişdir. Ödənişmiş sığorta ödənişinin əvəzinin yalnız 2.050 manat hissəsi “xxxxxxxxxxxx” ASC-yə ödənilmiş, 2.950 manat hissəsi isə bu günədək ödənilməmiş qalmaqdadır. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki: “xxxxxxxxxxxx” X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən Cavabdeh MMC-yə məxsus **-JR-*** dövlət qeydiyyat nömrəli Mercedes-Benz 1840 markalı yük avtomobili nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmışdır. Həmin müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş - sığortalanmış avtomobili idarə edən X6 yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törətmiş və hadisə nəticəsində **- MD-*** dövlət qeydiyyat nömrəli, VAZ 21725 markalı və 90—SS-767 dövlət qeydiyyat nömrəli Mercedes-Benz E220 markalı avtomobillərə maddi ziyan dəymişdir. Bakı DYPİ-nin xx.xx.32018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X11 Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmişdir. Həmin qərarla inzibati xəta törətmiş M.Pənahovun həmin avtomobildən istifadə etmək hüququ verən etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlara əsasən hadisə nəticəsində **-MD-*** dövlət qeydiyyat nömrəli, VAZ 21725 markalı avtomobilə dəymiş ziyan 4086 manat; 90— SS-767 dövlət qeydiyyat nömrəli “Mercedes-Benz E220” markalı avtomobilə dəymiş ziyan 1150 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2018-ci il tarixli sığorta aktlarına əsasən həmin avtomobillərin mülkiyyətçilərinə müvafiq olaraq 3901,83 manat məbləğində və 1098,17 manat məbləğində, cəmi 5000 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Hazırda “xxxxxxxxxxxx” ASC Cavabdeh MMC tərəfindən sığorta ödənişinin bir hissəsinin onlara ödənildiyini əsas göstərərək sığorta ödənişinin qalan hissəsinin- cəmi 2950 manat məbləğində subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1108, 936, “İcbari Sığorta” haqqında AR Qanununun 25.1.3-cü maddəsi təşkil edir. Mülki Məcəllənin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar” haqqında AR qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, işin yuxarıda göstərilən halları və qanunvericilik normalarına əsasən müəyyən edilir ki, “xxxxxxxxxxxx” ASC-də mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış, Cavabdeh MMC-yə məxsus **-JR-*** dövlət qeydiyyat nömrəli, Mercedes- Benz 1840 markalı yük avtomobilinin sürücüsü X6 tərəfindən mülki hüquq pozuntusu delikt törədilmişdir. Delikt törətmiş M.Pənahovun sığortalanmış avtomobild’n istifadə etmək, o cümlədən onu idarə etmək hüququ olmamış və avtomobilin mülkiyyətçisi olan Cavabdeh MMC avtomobilin M.Pənahov tərəfindən qanuni əsas olmadan istifadə edilməsi barədə məlumatlı olmuşdur. Belə olan halda isə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin avtomobilin sahibi olan Cavabdeh MMC-dən zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş zərərin bir hissəsi – 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxslərə ödənildikdən sonra həmin tələb hüququ Mülki Məcəllənin 936 və “İcbari Sığortalar haqqında qanunun 25.1.3-cü maddəsinə əsasən sığorta ödənişi həcmində subroqasiya qaydasında sığortaçı “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxxx” ASC-nin ödənilmiş sığota ödənişinin əvəzi olaraq pulun tutulması tələbinə dair iddiası əsaslı olmaqla təmin edilməli, Cavabdehndən sığorta ödənişinin əvəzi olaraq 2950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxx” X9 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun və çəkilmiş xərclərin əvəzi olaraq 30,4 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən sığorta ödənişinin əvəzi olaraq 2950 (iki min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 manat (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxx” X9 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-448/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-448/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver