Məhkəmə qərarları › İş №e-2-2(113)-4484/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4484/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4484/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödəilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MM-Cnin İddiaçı MMC-yə aldığı mallar üçün 10.847,45 manat(on min səkkiz yüz qırx yeddi manat 45 qəp), ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 5.738,30 manat (beş min yeddi yüz otuz səkkiz manat 30 qəp), məhkəmə xərcləri üçün ödədiyimiz 570,00 manat (beş yüz yetmiş manat 0 qəp.) cəmi 17.155,75 manat (on yeddi min bir yüz əlli beş manat 75 qəp) borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixinə saat 11:45-ə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, borclu ilə aralarında İcra və Məhkəmə prosesindən kənarda razılıq əldə olunmuşdur. Razılığa əsasən Cavabdeh MMC aldığı mallar üçün olan 10.847,45 manat borcu ödəmişdir. İşin baxılmamış saxlanması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödəilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödəilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 140 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar