Məhkəmə qərarları › İş №e-2-2(113)-4495/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4495/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4495/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (VÖEN:**********) iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023 cü il tarixli 143/23 saylı müqavilə üzrə yaranmış 22.354,60 manat, bunun 18.944,58 əsas məbləğ, və 3.410,02 ƏDV məbləği və hazırki iddia ərizəsinə görə ödənilmiş 150 manat məbləğində pulun tutularaq iddiaçı “Eyyub 92” firmaına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) ilə bağlanmış xx.xx.2023 cü il tarixli 143/23 saylı müqaviləyə dair müvafiq işlər (xidmətlər) görülmüş lakin müqavilə şərtləri ilə müəyyən edilmiş ödənişlər olmamışdır. Dəfələrlə aparılan danışıqlar nəticə verməmiş, mübahisənin həllinə dair addımlar atılmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli 143/23 saylı saylı müqavilə bağlanmışdır.

11. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı tikinti materialları və taxta satır, alıcı isə həmin tikinti materiallarını təhvil almağı və dəyərini vaxtında ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 1 saylı Əlavə ilə tərəflər malın adı, vahidi, qiyməti barəsində razılığa gəlmişlər.

13. 18.07.2022-ci il tarixli TP/TM-032 saylı saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə təsdiq edilmiş X1 ilə tərəflər malın adı, ölçü vahidi və qiyməti barədə razılığa gəlmişlər.

14. Müqavilə və əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBEC seriyalı, 908755 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 4.888,15 manat, EBED seriyalı, 682785 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 2.714 manat, EBED seriyalı, 691153 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 1.725,75 manat, EBED seriyalı 696655 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 3.953 manat, EBEE seriyalı, 046962 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 4.675,99, EBEE seriyalı, 046992 nörməli, xx.xx.2024-cü il tarixli, dəyəri 3.953 manat, EBEE seriyalı, 047098 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 13.502,74 manat, EBEE seriyalı 047058 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 16.425,6 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

18. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən hər iki tərəfin imzası və möhürü ilə tərəflər arasında borc məbləğinin əsas borc üzrə xx.xx.2024-cü il tarixinə 30.387.58 manat məbləğində, ƏDV borcu üzrə 3.750,65 manat məbləğində olduğunu təsdiq etmişlər.

19. Hazırda iddiaçı cavabdehin 18.944,58 manat məbləğində əsas borcunun, 3.410,02 manat məbləğində ƏDV borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

20. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən xx.xx.2024-cü il tarixində 11.443 manat məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir.

21. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

23. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.

24. Ona görə də, Məhkəmə hesab edir ki, əsas borc üzrə 18.944,58 manat (30.387,58-11.443), ƏDV borcu üzrə 3.410,02 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 143/23 saylı müqaviləyə əsasən əsas borc üzrə 18.944 (on səkkiz min doqquz yüz qırx dörd) manat 58 (əlli səkkiz) qəpik, ƏDV borcu üzrə 3.410 (üç min dörd yüz on) manat 02 (sıfır iki) qəpik , ümumilikdə 22.354 (iyirmi iki min üç yüz əlli dörd) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar