Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4497/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçınin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4760 (dörd min yeddi yüz altmış) ABŞ dolları məbləğində əsas borc, cərimə 100 (bir yüz) ABŞ dolları, cəmi 4860 (dörd min səkkiz yüz altmış) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 103 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasındaD/AZ-№ 34 saylı, 10 iyun 2022-ci il tarixli müqavilə bağlanmışdır. 11265 saylı spesifikasiyada göstərilən mallar cavabdehə göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 15 avqust 2022cı il tarixdən hər həftə hissə hissə olmaqla 01 oktyabr 2022-ci il tarixədək 4760 ABŞ dolları qalıq borcunuı ödəməliydi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Pretenziya məktubu və iddia ərizəsi vergi elektron portal vasitəsilə vergi ödəyici olan cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir Cavabdehdən 10 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu tam olaraq ödəməmidir. Tərəflər arasında yaranmış borcla bağlı xx.xx.2025-ci il tarixli, 07/04 nömrəli üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında malların Cavabdeh tərəfindən təhvil alındığı və iddiaçıya 4760 ABŞ dolları borcunun olduğu təsdiq olunmuşdur. D/Az-02 №li, 02 may 2025-ci il tarixli arayışa əsasən Cavabdeh “DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon A.Ş.-nə 4760 ABŞ dolları əsas borc,100 ABŞ dolları cərimə, cəmi borc: 4860 ABŞ dolları təşkil etdiyi qeyd edilmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4218 (dörd min iki yüz on səkkiz) ABŞ dolları məbləğində əsas borc, cərimə 100 (bir yüz) ABŞ dolları, cəmi 4318 (dörd min üç yüz on səkkiz ) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 103 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə yenidən ərizə təqdim edərək, cavabdehdən 3818 ABŞ dolları əsas borc, cərimə 100 ABŞ dolları, cəmi 3918 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 103 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsiı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
7. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, D/AZ34 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun olaraq Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, satıcı ilə həmin malların hazırlanması və göndərilməsini təmin edir, alıcı bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an alıcı tərəfindən satıcıya ödənilir. Yerdə qalan ödənişlər 15 avqust 2022-ci il tarixdən hər həftə hissə hissə olmaqla 01 oktyabr 2022-ci il tarixədək tam ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 60 gün ərzində malların dəyərini alıcı tam ödəməlidir. Göstərilən qaydada ödənişlər alıcı tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırıla bilər.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı tərəfindən malların alıcıya göndərilməsi 15 avqust 2022-ci ildən gec olmayaraq həyata keçirilir. Mallar göndərildiyi andan mallar verilmiş və alıcı tərəfindən qəbul edilmiş hesab edilir. Alıcı ona göndərilmiş malları qəbul etdikdən sonra 24 saat ərzində elektron vasitələrin köməyindən istifadə etməklə bu barədə satıcıya məlumat verməlidir.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 0,2 % həcmində cərimə ödəyir.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən sifariş olunmuş malların alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya gecikdirilən hər gün üçün göndəriləcək partiyanın (mal dəstinin) ümumi dəyərinin 0,2 % miqdarında cərimə ödəməlidir.
14. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli üzləşdirmə aktına əsasən cavabdehin iddiaçıya borcu 4760 ABŞ dolları təşkil edir. Akt iddiaçının qanuni təmsilçisinin və cavabdehin imzaları, iddiaçının möhürü ilə təsdiq edilmişdir.
15. 03.07.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 680 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, D/AZ34 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumi dəyəri 7389 ABŞ dolları təşkil edən malları cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən bunun müqabilində 3571 ABŞ dolları ödəniş edilmiş, qalıq 3818 ABŞ dolları ödənilməmiş qalmışdır.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixli, D/AZ34 nömrəli müqaviləyə əsasən cavabdehdən 3818 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
26. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, D/AZ34 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən hesablanmış 100 ABŞ dolları məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3818 ABŞ dolları əsas borc, 100 ABŞ dolları dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 103 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3818 ABŞ dolları əsas borc, 100 ABŞ dolları dəbbə pulu, ümumilikdə 3918 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 103 manat dövlət rüsumu tutularaq iddiaçı “DossoDossi Tekstil Sanayi Turizm ve X1”nə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova