Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4499/2021 22.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Məmməd oğlunun cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh QSC arasında 12.08.2020-ci il tarixli istehsalat zərurəti ilə əlaqədar sürücülərin, fəhlələrin və digər kateqoriyalı işçilərin çevik, operativ və keyfiyyətli xidmətini təmin etmək məqsədi ilə həmin xidməti personalın outstaffinq olunması xidməti (işçi heyətinin idarə edilməsi üsulu olmaqla, müəyyən sayda işçinin sifarişçinin sərəncamına verməklə xidmət göstərilməsi) haqqında müqavilə üzrə 203.463.25 (iki yüz üç min dörd yüz altımış üç manat, iyirmi beş qəpik) manat və 17.08.2020-ci il tarixli məsləhət (Konsaltinq) xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 48.970.00 (qırx səkkiz min doqquz yüz yetmiş) manat olmaqla ümumilikdə 252.433.25 (iki yüz əlli iki min dörd yüz otuz üç manat iyirmi beş qəpik) manat, eyni zamanda 12.08.2020-ci il tarixli müqavilə üzrə gecikdirilmiş 121 günə görə 49 238.11 (qırx doqquz min iki yüz otuz səkkiz manat on bir qəpik) manat, eyni müqavilə üzrə 213 gün gecikmə gününə görə 1.131,03 (bir min yüz otuz bir manat sıfır üç qəpik) manat, 17.08.2020-ci il tarixli müqavilə üzrə 151 gün gecikmə gününə görə 677.08 (altı yüz yetmiş yeddi manat sıfır səkkiz qəpik) manat ümumilikdə 51.046.22 (əlli bir min qırx altı manat iyirmi iki qəpik) manat cərimə borcu, Cavabdeh QSCnin İddiaçı MMC-yə olan müqavilə üzrə yaranmış borcunu ödəməməsi nəticəsində yaranmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən İddiaçı MMC-yə hesablanmış 52.790.33(əlli iki min yeddi yüz doxsan manat otuz üç qəpik) manat vergi borcu və mediasiyaya dair xərcə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12.08.2020-ci il tarixdə "xxxx" MMC və Cavabdeh QSC arasında bağlanan istehsalat zərurəti ilə əlaqədar sürücülərin, fəhlələrin və digər kateqoriyalı işçilərin çevik, operativ və keyfiyyətli xidmətini təmin etmək məqsədi ilə həmin xidməti personalın outstaffınq olunması xidməti (işçi heyətinin idarəedilməsi üsulu olmaqla müəyyən sayda işçinin sifarişçinin sərəncamına verməklə xidmət göstərilməsi) haqqında və 17.08.2020-ci il tarixdə "xxxx" MMC və Cavabdeh QSC arasında bağlanan Məsləhət (Konsaltinq) xidmətlərinin göstərilməsi haqqında müqavilələrə dair müqavilələr əsasında 01.06.2021-ci il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktına uyğun olaraq 12.08.2020-ci tarixli OTC/001/20 nömrəli 31.03.2021-EBAZ tarixli 485169 nömrəli qaimə əsasında 203.463.25 (iki yüz üç min dörd yüz altmış üç manat, iyirmi beş qəpik) manat 17.08.2020-ci il tarixli FC/2020/001 nömrəli müqavilə 31.03.2021 ci il tarixli EBAV-536968 və EBAY-109276 nömrəli qaimə əsasında 48.970.00 (qırx səkkiz min doqquz yüz yetmiş) manat olmaqla cəmi 252.433.25 (iki yüz əlli iki min dörd yüz otuz üç manat iyirmi beş qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. (12.03.2021-ci il tarixli çıxarış əsasında "xxxx" MMC İddiaçı MMC adı ilə fəaliyyət göstərir. 01.06.2021-ci il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktının tərtib olunduqdan sonra dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq Sifarişçi tərəfindən İcraçıya hər hansı ödəniş olmamışdır. OTC/001/20 saylı 12.08.2020-ci il tarixli müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ayda bir dəfə ən qısa müddət ərzində, lakin 5 (beş) bank günündən gec olmamaq şərti ilə aparılır. İşçilər üçün aylıq maaşdan əlavə olunacaq ödənişlər barədə məlumat Sifarişçi tərəfindən aylıq olaraq İcraçıya təqdim olunacaq. FC/2020/001 saylı 17.08.2020-ci il tarixli məsləhət (consalting) xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən şirkət tərəfindən göstərilən xidmətin dəyəri aylıq görülmüş işlər (xidmət) barədə aktda “Şirkət və “Müştəri” tərəfindən razılaşdırılaraq müəyyən ediləcək. Xidmətlərin göstərilməsinə görə şirkətə ödəniləcək məbləğə xidmət haqları şirkət tərəfindən xidmətlərlə əlaqədar çəkilmiş xərclər, hazırki müqavilədə göstərilən digər əlavə ödəmələr və tətbiq edilən vergilər daxildir. Şirkətdən asılı olmayan hadisələr (o cümlədən müştərinin hərəkəti və ya hərəkətsizliyi) şirkətin xidmətləri planlaşdırılmış şəkildə göstərmək imkanına təsir göstərirsə və ya ilkin olaraq razılaşdırılmış işlərin həcmindən əlavə işçilərin görülməsi zərurəti yaranırsa, şirkət müştəridən razılıq almaqla əlavə haqq tuta bilər. Hazırki müqavilə əsasında göstərilən xidmətlər üçün hesab-fakturalar Azərbaycan manatı ilə ifadə edilməli və ödənişlər hesabfakturada qeyd edilən bank hesabına hesab-fakturanın nömrəsi göstərilməklə aparılmalıdır. Ödəniş xidmət göstərilən aydan sonrakı ayda elektron qaimə sistemə vurulan tarixdən sonra 10 (on) təqvim günü ərzində aparılmalıdır. Vəsaitlər müştərinin bankına məxsus müxbir hesabdan silindiyi tarix ödəmə tarixi hesab ediləcəkdir. Bütün bank köçürmələri ilə bağlı haqqlar müştəri tərəfindən ödənilməlidir. Xidmətlərin tamamilə və ya hissələrlə tamamlanmasından sonra şirkət müştəriyə 2 (iki) nüsxədə təhvil təslim aktı göndərəcəkdir. Müştəri bu təhvil-təslim aktının bir nüsxəsini imzalamalı, tarixi qeyd etməli və şirkətə qaytarmalıdır, əks təqdirdə bu aktı aldıqdan 5 (beş) iş günü ərzində şirkətə aktı imzalamaqdan əsaslandırılmış imtina göndərməlidir.Ödəniş gecikdirildiyi təqdirdə şirkət gecikdirilmiş hər bir gün üçün 0,02 % dərəcəsində fazi tələb etmək hüququna malikdir. Şirkət bu hüququ müştəriyə fazilərin tələb olunması haqqında məktub verməklə həyata keçirəcəkdir. Müqavilə əsasında tam ödəniş aparılana qədər Şirkət xidmətlərin göstərilməsini dayandırmaq və (və ya) xidmətlərin hesabatını və digər materiallarını özündə saxlamaq hüquququna malikdir. OTC/001/20 saylı 12.08.2020-ci il tarixli ümumi dəyəri 1 277 649, 34 manat olan EBAZ-485169 nömrəli qaimə əsasında gecikdirilmiş 121 günə görə 49 238.11 (qırx doqquz min iki yüz otuz səkkiz manat on bir qəpik) manat, eyni müqavilə üzrə EBAV 536968 nömrəli qaimə əsasında 213 gün gecikmə gününə görə 1 131.03 bir min yüz otuz bir manat sıfır üç qəpik) manat müqaviləyə uyğun olaraq Cavabdeh QSC-nin İddiaçı MMC-yə cərimə borcu yaranmışdır. Eyni zamanda FC/2020/001 saylı 17.08.2020-ci il tarixli ümumi dəyəri 108 646 19 manat olan müqavilə üzrə EBAY-109276 nömrəli müqavilə əsasında 151 gün gecikmə gününə görə 677.08 (altı yüz yetmiş yeddi manat sıfır səkkiz qəpik) manat müqaviləyə uyğun olaraq Cavabdeh QSC -nin Aegis Group” MMC-yə cərimə borcu yaranmışdır. Ümumilikdə Cavabdeh QSCnin Aegis Group” MMC-yə 51.046.22 (əlli bir min qırx altı manat iyirmi iki qəpik) manat cərimə borcu yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən İddiaçı MMC-yə 52.790.33 (əlli iki min yeddi yüz doxsan manat otuz üç qəpik) manat vergi borcu hesablanmışdır. Vergi borcu Cavabdeh QSC-nin İddiaçı MMC-yə olan müqavilə üzrə yaranmış borcunu ödəməməsi nəticəsində yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X1 məhkəməyə izahatında qeyd etdi ki, QSC ilə "xxxx" MMC arasında bağlanmış 22.09.2020ci il tarixli podrat müqaviləsinə əsasən QSC GRON (Giqabit imkanlı passiv optik şəbəkə) texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması LTE (X2) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədilə iş və xidmətlərin icrasını öz üzərinə götürmüşdür. Həmin işlərin icrasına başlanması üçün "xxxx" MMC (İddiaçı MMC) ilə istehsalat zərurəti ilə əlaqədar sürücülərin, fəhlələrin və digər kateqoriyalı işçilərin çevik, operativ və keyfiyyətli xidmət fəaliyyətini təmin etmək məqsədi ilə həmin xidməti personalın outstaffinq olunması xidmətinin (işçi heyətinin idarəedilməsi üsulu olmaqla, müəyyən sayda işçinin sifarişçinin sərəncamına verməklə xidmət göstərilməsi) təşkili üçün 12.08.2020-ci il tarixli OTC/001/20 saylı və bu işlə bağlı məsləhət (konsalting) xidmətlərin göstərilməsi üçün 17.08.2020-ci tarixli FC72020/001 saylı müqavilə bağlanmışdır. Həmin 12.08.2020-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən "İcraçı” (MMC) "Sifarişçiyə” göstəriləcək xidmətlərin keyfiyyətinə zəmanət verərək və müqavilənin şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Lakin görülən işlərin yerində yoxlanılması ilə əlaqədar "xxxx" MMC-nin 01.04.2021-ci il tarixli əmri ilə yaradılmış komissiyanın təqdim olunmuş səyyar yoxlamasının ilkin nəticələrinə əsasən 2020-ci il dövründə 46 ədəd Forma-2 üzrə görülmüş işlərin yerində yoxlanması başlanmış və komissiyanın 16.06.2021-ci tarixli ilkin məlumatına əsasən 2020-ci il dövr ərzində 315.115,54 manat kənarlaşma məbləği aşkar etmişdilər. 2021-ci il dövr ərzində Bakı Telefon Rabitəsi MMC-nin komissiyası tərəfindən 16.06.2021-ci il tarixli akta əsasən 2021ci il dövrü ərzində kameral yoxlama nəticəsində 181.978,26 manat ehtimal edilən kənarlaşma məbləği müəyyən edilmişdir (yoxlama tam bitmədiyi üçün qeyd edimiş məbləğ tam dəqiq olmadığından ehtimal məbləği götürülüb). 2020-ci il dövr ərzində görülmüş işlərin nəticəsi olaraq ümumi dəyəri ƏDV daxil 1.466.436,62 azn olmaqla 46 ədəd Forma 2 (oktyabr ayı üzrə - 10 ədəd, noyabr ayı üzrə 21 ədəd, dekabr ayı üzrə-15 ədəd) tərtib və təsdiq edilsə də ondan 7 ədəd Forma-2 üzrə ƏDV daxil 201.329.33 manat məbləğində borc məbləği qalmışdır. Görülmüş işlərə görə 2020-ci il dövr üzrə İddiaçı MMC tərəfindən outsaffinq xidmətinə görə ƏDV daxil 573 017,02 azn (oktyabr ayı üzrə - 184 052.94 azn. noyabr ayı üzrə - 183 234,53 azn, dekabr ayı üzrə - 205 729,55 azn), konsultinq xidmətinə görə ƏDV daxil 86 226,19 azn (oktyabr ayı üzrə - 33 716,19 azn, noyabr ayı üzrə - 25 960,00 az, dekabr ayı üzrə - 26 550 azn), ümumi ƏDV daxil 659 243.21 azn dəyərində qaimə vurulub, lakin ƏDV daxil 632 693,21 manat outstafinq xidməti tam ödənilib 573 017,02 manat, konsaltinq xidməti qismən 59 676,19 azn ödənilmişdir. 2021-ci il dövr ərzində (yanvar-mart) görülmüş işlərin nəticəsi olaraq ümumi dəyəri ƏDV daxil 954 924,84 azn olmaqla 55 ədəd Forma 2 ( yanvar ayı üzrə -19 ədəd, fevral ayı üzrə 23 ədəd, mart ayı üzrə 13 ədəd) tərtib olunsa da yoxlanılması üçün Bakı Telefon Rabitə tərəfindən yaradılmış komissiyaya təqdim olunub, lakin İddiaçı MMC-nin səlahiyyətli şəxslər və iş icraçılarından yoxlamaya yardımçı olmadıqları üçün bu günədək həmin 55 ədəd Forma-2 qarşı tərəfdən təsdiq olunmayıb. Görülmüş işlərə görə 2021-ci il dövr üzrə İddiaçı MMC tərəfindən outstaffınq xidmətinə görə ƏDV daxil 704 623,31 azn (yanvar ayı üzrə - 236 602,99 azn, fevral ayı üzrə - 216 433.89 azn, mart ayı üzrə - 251 586,43 azn) konsultinq xidmətinə görə ƏDV daxil 22 420,00 azn (fevral ayı üzrə), ümumi ƏDV daxil 727 043,31 azn dəyərində qaimə vurulub, lakin ƏDV daxil 501 160.06 azn (outstaffinq xidməti qismən ödənilib - 501 160,06 az, konsaltinq xidməti qismən - 0 azn) ödənilmişdir. 2021-ci dövr ərzini əhatə etmiş 55 ədəd Forma-2 yoxlanılma dövründə olduğu və təsdiq edilmədiyi üçün Bakı Telefon Rabitəsi MMC tərəfindən bu dövrə aid ƏDV daxil 954 924.84 manat məbləğdən heç bir ödəniş aparılmasa da, İddiaçı MMC şirkətinə 2021-ci il dövrdə göstərdikləri outstaffınq xidmətinə görə ƏDV daxil 501 160,06 manat (yanvar ayı üzrə - 236 602,99 azn, fevral ayı üzrə - 216433,89 azn, mart ayı üzrə qismən - 48 123.18 azn) tərəfimizdən ödənilmişdir. Ümumi olaraq Bakı Telefon Rabitəsi MMC tərəfindən təsdiq edilmiş 7 ədəd Forma-2 üzrə ƏDV daxil 201.329.33 manat, yoxlamaya təqdim olunmuş, lakin təsdiq edilməmiş 55 ədəd Forma-2 üzrə isə ƏDV daxil 954.924.84 manat-cəmi ƏDV daxil 1.156.254.17 manat borc ödənilməmiş qalmışdır. 16.06.2021 -ci il tarixli Bakı Telefon Rabitəsi tərəfindən tərtib olunmuş ilkin məlumatda ümumi 497 093,80 manat (2020-ci il dövr ərzindəki kənarlaşma məbləği - 315 115.54 azn, 2021-ci il dövr ərzindəki ehtimal edilən kənarlaşma məbləği 181 978,26 azn) kənarlaşma məbləğini bu günədək aradan qaldırmadığını və yoxlamanı tez yekunlaşdırmaq üçün mütəxəssis cəlb etmədiyini nəzərə alaraq İddiaçı MMC 12.08.2020-ci il tarixli müqavilədə 2.2. 4.1 və 4.2 bəndindəki öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün ödənişləri dayandırılmışdır. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 12.08.2020-ci il tarixli müqavilə “outstaffınq” xidməti adlandırılsa da əslində mahiyyətcə subpodrat müqaviləsidir. Həmin müqavilədən göründüyü kimi podrat müqaviləsində göstərilən işlər və xidmətlər İddiaçı MMC tərəfindən yerinə yetirilmiş və o göstəriləcək xidmətlərin keyfiyyətinə zəmanət verərək və müqavilənin şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. İlkin yoxlama nəticəsində də görülən işlərin həcmində artıq hesablanmış kənarlaşmalar və keyfiyyətində ciddi qüsurlar müəyyən edilmişdir. "xxxx" MMC görülmüş işlərə görə təqdim olunmuş “Forma 2”-lər üzrə sonrakı ödənişləri birtərəfli qaydada dayandırmışdır. Bunun nəticəsində QSC-nin işgüzar nüfuzuna mühüm ziyan dəymiş və həmçinin külli miqdarda maddi zərərə məruz qalmışdır. Bu barədə İddiaçı MMC-nin nümayəndəsinin QSC-yə ünvanladığı 23.07.2021-ci il tarixli pretenziya məktubuna yazılan cavab məktubunda yuxarıda qeyd edilən vəziyyətlə bağlı məlumat verilmiş və onların QSC-dən pul tələbinə dair məsələyə komissiyanın yoxlamasının nəticələrindən sonra baxıla biləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən sonda cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə digər nümayəndənin izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh QSC “sifarişçi”, "xxxx" MMC "xxxx" olmaqla imzalanmış OTC/001/20 saylı 12.08.2020 tarixli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, icraçı "xxxx" MMC “sifarişçi” Cavabdeh QSC-nin tələbatına əsasən istehsalat zərurəti ilə əlaqədar sürücülərin, fəhlələrin və digər kateqoriyalı işçilərin çevik, operativ və keyfiyyətli xidmətini təmin etmək məqsədi ilə həmin xidməti personalın outstaffınq olunması xidmətini (işçi heyətinin idarəedilməsi üsulu olmaqla, müəyyən sayda işçinin sifarişçinin sərəncamına verməklə xidmət göstərilməsi) göstərir. 7.2-ci bəndə əsasən ödənişin vaxtını ötürmə hallarında, sifarişçi hazırki müqaviləyə uyğun olaraq, icraçıya ötürülmüş hər günə görə müqavilənin ödənilməmiş məbləğinin 0.2%-i həcmində cərimə ödəməlidir, ödəniləcək cərimə müqavilənin ümumi məbləğinin 5%-dən yüksək olmamalıdır. Cavabdeh QSC və "xxxx" MMC arasında OTC/001/20 saylı 12.08.2020 tarixli xidmət müqaviləsinə qiymətlərin razılaşdırma protokoluna əsasən müxtəlif işçi kateqoriyaları üzrə ödənişlər tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh QSC “müştəri”, "xxxx" MMC “şirkət” olmaqla imzalanmış FC/2020/001 saylı 17.08.2020-ci il tarixli məsləhət (konsaltinq) xidmətləri haqqında müqaviləyə əsasən şirkət müştəriyə peşəkar xidmətlər göstərəcək, müştəri isə şirkətə bu xidmətlərin müqabilində haqq ödəyəcəkdir. "xxxx" MMC “sifarişçi”, Cavabdeh QSC "xxxx" olmaqla imzalanmış 22 sentyabr 2020ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi müqaviləyə əlavə-1-də GPON (Giqabit imkanlı passiv optik şəbəkə) Texnologiyasının tətbiqi ilə mənzillərin telelfonlaşdırılması, LTE (X2) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədi ilə iş və xidmətlərin satın alınması üçün icraçının ƏDV ilə birlikdə 11.747.402,13 manat məbləğində tender təklifini qəbul etmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında müxtəlif tarixlərdə tərtib edilmiş məsləhət xidmətlərinin göstərilməsi haqqında təhvil-təslim aktlarına əsasən görülmüş işlərin dəyəri tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh QSC ilə İddiaçı MMC arasında imzalanmış 01.06.2021-ci il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh QSC-nin 252.433,25 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 252.433,25 (iki yüz əlli iki min dörd yüz otuz üç manat, iyirmi beş qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddia ərizəsindən məlum olur ki, iddiaçı iddia tələbində həm də 12.08.2020-ci il tarixli müqavilə üzrə gecikdirilmiş 121 günə görə 49.238,11 (qırx doqquz min iki yüz otuz səkkiz manat, on bir qəpik) manat, eyni müqavilə üzrə 213 gün gecikmə gününə görə 1.131,03 (bir min yüz otuz bir manat sıfır üç qəpik) manat, 17.08.2020-ci il tarixli müqavilə üzrə 151 gün gecikmə gününə görə 677.08 (altı yüz yetmiş yeddi manat sıfır səkkiz qəpik) manat ümumilikdə 51.046.22 (əlli bir min qırx altı manat iyirmi iki qəpik) manat cərimə borcunun eləcə də müqavilə üzrə yaranmış borcunu ödəməməsi nəticəsində yaranmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə hesablanmış 52.790.33 (əlli iki min yeddi yüz doxsan manat otuz üç qəpik) manat vergi borcunun cavabdehdən tutulmasını da tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları eləcə də tərəflər arasında imzalanmış müqavilələri nəzərə alaraq məhkəmə Cavabdeh QSC-dən 12.621,66 (on iki min altı yüz iyirimi bir manat, altımış altı qəpik) manat məbləğində dəbbə pulunun tutulmasını ədalətli hesab edir. Məhkəmə iddia tələbinin İddiaçı MMC-yə hesablanmış vergi borcunun cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat cavabdehdən tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh QSC-dən 252.433,25 (iki yüz əlli iki min dörd yüz otuz üç manat, iyirmi beş qəpik) manat əsas borc, 12.621,66 (on iki min altı yüz iyirimi bir manat, altımış altı qəpik) manat dəbbə pulu, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 252.433,25 (iki yüz əlli iki min dörd yüz otuz üç manat, iyirmi beş qəpik) manat əsas borc, 12.621,66 (on iki min altı yüz iyirimi bir manat, altmış altı qəpik) manat dəbbə pulu, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4499/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4499/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver